Bu evdə İNSAN yaşayır

1940-cı il. Sovetlər Birliyinin mənəvi, siyasi, hərbi və ideoloji baxımdan öz qıpmızılığı və həyasızlığı ilə işağlçılıq hədəflərindən bir addım da olsun geri çəkilmək fikrində olmayan “Qırmızı Ordu” Finlandiyanı öz ərazisinə qatmaqla daha böyük coğrafi sulara, eləcə də Avropanın Şimal dənizlərini nəzarətə almaq üçün işğalçılıq siyasəti yürüdürdü. Qəhrəman Fin xalqı demək olar ki, indiki coğrafi sınır hüdudlarına qədər son nəfəsinə kimi döyüşdü. Təəssülər olsun ki, Kola yarımadasını (Azərbaycan Respublikasının indiki ərazisindən 24 dəfə böyük) itirməli oldu. 
Vıborq vilayətinnin kəndlərinin birində fin-sovet savaşının ən qızğın çağında xüsusi qəddarlıqla döyüşən sovet qoşunları evlərini tərk etmək zorunda qalan finlərin amansızlıqla yandırırdılar. Yanan evlərin birində iki yaşlı fin yaşayırdı. 
Evdən lazım olan zəruri əşyaları götürüb çıxan zaman qadın ərinə müraciət edərək deyir: “ Lütfən iki dəqiqə gözlə. İndi gəlirəm”. 
Qadın həyətdəki baxçada əkdiyi çiçəklərdən bir dəstə hazırlayıb evə daxil olur. Çiçəkləri qonaq otağındakı güldana qoyur. 
Əri təəccüblü şəkildə qadından soruşur: “Bunu nə üçün etdin? Onsuz da evimizi əbədi olaraq tərk edirik”.  
Qadın ərinə belə bir cavab verir: “Onlar evimizə girəcəklər. Mən istəyirəm ki, onlar bilsinlər ki, burada İnsanlar yaşayırdılar”. 

P.S. Nə vaxtsa, finlərin tarixi və memuarları ilə bağlı oxuduğum kitablardan bu olay yadıma düşüdü. Ermənilər işğal etdikləri Qarabağ torpaqlarından bu gün məcburi şəkildə uzaqlaşmaq zorundadırlar. Ancaq, köçüb getməmişdən öncə 28 ildir Qarabağımızda qanunsuz yerə yaşadıqları evləri, meşələri və hətta öz əlləri ilə bəslədikləri heyvanları yandırıb gedirlər. Ancaq, finlərə məxsus evlərdə İNSAN yaşayırdı. Bir vaxtlar bizlər də məcburi köçkün və qaçqın durumuna düşəndə heç birimiz evimizi yandırmamışdıq.    
Ənvər BÖRÜSOY

Xudaferin.eu

22:51