“TeaFond” İstehsalat Kommersiya Müəssisəsinin rəhbəri Şamil Ağayev “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın sədri Azərpaşa Nemətovun qanunsuz əməlləri barəsində Respublika Baş Prokuroru Zakir Qaralova 7 yanvar 2019-cu il tarixdə ərizə ilə müraciət edərək pozulmuş hüquqlarının ədalətli şəkildə bərpa edilməsini istəmişdir.
Şikayətin səbəbləri nədən ibarətdir?
“TeaFond” İstehsalat Kommersiya Müəssisəsi (İKM) yarandığı gündən hər ay gəlirlərinin 35 faizini Teatr Xadimləri İttifaqına (TXİ) ödəmişdir və bundan əlavə, digər zəruri xərclər də əlavə olunmaqla külli miqdarda vəsait xərcləmişdir. Belə ki, bir çox sənət adamlarının yubileylərinin, yaradıcılıq gecələrinin təşkili, TXİ rəhbərliyinin ezamiyyət məsrəflərini hər zaman həvəslə təşkil etmişdir. Bütün bunların qarşılığında TXİ İdarə Heyətinin sədri və 2003-cü ildən qurumun əsil sahibinə çevrilmiş Azərpaşa Nemətov tərəfindən “TeaFond” İKM-nin rəhbəri Şamil Ağayevə qarşı çox haqsızlıqlar olmuşdur. Şamil müəllim dəfələrlə haqsızlıqları sülh yolu ilə həll etməyə çalışsa da, A.Nemətov “Burda mənəm, Bağdadda kor xəlifə” siyasətini yürüdüb. Buna görə də Ş. Ağayev dəfələrlə TXİ-nin rəhbəri kimi A. Nemətovu məhkəməyə verib. Faktiki olaraq, TXİ rəhbəri A. Nemətovun bütün qanunsuz əməllərinə şəriklik edən irirçəkili məmurlar ölkə prezidenti İlham Əliyev onları tutduqları vəzifədən uzaqlaşdırıb. Bunun da əsas səbəbi dəfələrlə onlara “məmur özbaşınalığı” hallarına görə edilən xəbərdarlıqlar olmuşdur. Bakı şəhər Mənzillərin Özəlləşdirilməsi üzrə Texniki İnventarlaşdırma İdarəsinin rəsi Arif Qaraşovun və digər məmurların işdən qovulması faktlarını göstərmək olar. Ona görə də Şamil Ağayev pozulmuş hüquqları və öz alın təri ilə qazandığı mülkünün itirilməsi kimi haqsızlıqların aradan qaldırılması yönündə əvvəllər olduğu kimi hüquqi yolla son qoymağa çalışır. Elə Respublikanın Baş Prokuroru Zakir Qaralova yazdığı ərizəsində də həmin faktlara aydınlıq gətirmişdir.
“Teafond” İKM Teatr Xadimləri İttifaqının 11 may 1993-cü il tarixli 6 saylı qərarı ilə yaradılmış və müvafiq dövlət qeydiyyatından keçmişdir. Sonradan, qanunvericiliyin tələblərinə müvafiq olaraq “Teafond” İKM Ədliyyə Nazirliyinin 25 noyabr 1993-cü il tarixli 4678 saylı qərarı ilə yenidən qeydiyyata alınıb. TXİ-nin 11 mart 1998-ci il tarixli, 07 №-li qərarı ilə TXİ-nin nəzdində yaradılmış “TEAFOND” İKM ləğv edilmişdir. Hesab edirəm qərar qanunsuzdur və Qərarı verməkdə məqsəd adıçəkilən müəssisənin balansındakı qeyri-yaşayış sahəsi və külli miqdarda pul vəasaitini mənimsəmək olmuşdur. Belə ki, “Teafond” Nizamnaməsinin 2.1-ci bəndində göstərilir ki, “Teafond” İKM-in yaradılmasında əsas məqsəd teatr kollektivlərinin və teatr sənəti xadimlərinin yaradıcılıq fəaliyyətlərinə köməklik göstərmək, maddi-məişət şəraitini yaxşılaşdırmaq, TXİ-nin maddi-texniki və maliyyə əsasını inkişaf etdirmək və möhkəmləndirməkdir. Göründüyü kimi, “Teafond” qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış qurumdur və mülkiyyətində Bakı şəhəri Nizami küçəsi 96 ünvanında yerləşən keçmiş 3№-li dəyirman binası vardır. “Teafond” İKM öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak hüquqları əldə etmək və həyata keçirmək , vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Eyni zamanda “Teafond” İKM-nin yerləşdiyi yer sayılır. Hesab edirik ki, qəbul edilmiş qərar qanunsuz və əsasızdır, odur ki, ləğv edilməlidir. TXİ-nin Nizamnaməsinin 9-cu maddəsində müəssisənin fəaliyyətinin dayandırılmasının qaydası nəzərdə tutulur. Maddəyə əsasən, “Teafond” İKM-nin fəaliyyətinin dayandırılması TXİ-nin qərarı ilə və yenidən təşkil edilmə (qovuşma, birləşmə,bölünmə, çıxma, dəyişmə) və ya ləğv edilmə yolu həyata keçirilə bilər. “Teafond” İKM-nin ləğvi təyin olunan Ləğvetmə Kommisiyasının Yığıncağının tərəfindən həyata keçirilir. Ləğvetmə Kommisiyasının təyin edilməsi anından “Teafond” İKM-nin işlərinin idarə olunması üzrə səlahiyyətlər ona keçir. Ləğvetmə Kommisiyası əmlakı qiymətləndirir , debutor və kreditorlarını aşkar edir, onlarla hesablaşır. “Teafond” İKM-nin üçüncü şəxslərə olan borclarının ödənilməsi üçün tədbirlər görür, ləğv etmə balansı tərtib edir.
Davam edir 37, daha qəti, daha ciddi
Respublikanın Baş Prokuroru Zakir Qaralaova “TeaFond” İKM-nin rəhbəri Şamil Ağayevin şikayət ərizəsində yuxarı göstərilənlərlə yanaşı, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovla bağlı bunlar da qeyd edilmişdir. Əmlakın TXİ tərəfindən ötürülmüş hissəsi istisna olmaqla , “Teafond” İKM malik olduğu pul vəsaiti, ləğvetmə zamanı onun əmlakından əldə olunan hasilat daxil olmaqla, büdcə ilə,işçilərin əməyinin ödənilməsi üzrə, kreditorlarla hesablaşmadan və digər öhdəliklərin yerinə yetirilməsindən sonra əmək kollektivinin üzvülərinə verilməli və ya köçürülməlidir. “Teafond” İKM istifadəsinə verilmiş əmlak natural formada ödəniş olmadan geri qaytarılır. Bu barədə dövlət qeydiyyatı reyestrinə qeydiyyat aparılması anında ləğvetmə başa çatmış “Teafond” İKM öz fəaliyyətini dayandırmış hesab olunur. Bundan başqa Mülki Məcəllənin 59-cu maddəsində hüquqi şəxsin ləğvi nəzərdə tutulur. Maddədə deyilir: “ 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bundan başqa həmin məcəllənin 60,61-ci maddələrində hüquqi şəxsin ləğvi haqqında qərar qəbul edilməsi və hüquqi şəxsin ləğvi qaydası nəzərdə tutulmuşdur. Müsəsisənin ləğvi ilə bağlı qərar qəbul edildikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar həyata keçirilməmişdir. Müəssisənin balansında olan Bakı şəhər Nizami küçəsi 96 (Köhnə 3 saylı Dəyirman kompleksinin binaları) ünvanında yerləşən və ümumi sahəsi min kv.m olan qeyri-yaşayış sahəsini balansdan balansa qanunsuz olaraq “Muradlı” firmasına bağışlanılıb. Səbail Rayon Prokurorunun 07.05.1998-ci il məktubuna əsasən Turan Bankda müəssisənin adına 10 938 031(on milyon doqquz yüz otuz səkkiz min otuz bir ) manat miqdarında pul vəsaitin olması öz təsdiqini tapmışdır. , Vergilər Nazirliyi yanında Milli Gəlirlərin Departamenti Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 17 dekabr 2018-ci il tarixli məktubundan göründüyü kimi TXİ-nin “Teafond” İKM 25 noyabr 1993-cü il tarixində 4628 qeydiyyat №-si ilə Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən qeydiyyata alınmışdır və hal-hazıradək qeydiyyatadır. Nəzərinizə çatdırım ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 10 may 2011-ci il tarixli 2-(81)-390/2011 saylı qərardadı ilə Teatr Xadimləri İttifaqının (nümayəndəsi S.Quliyev) iddiaçı “Teafond” İKM-ə qarşı hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması barədə verdiyi iddia tələbi təmin edilməmişdir. Yuxarıda göstərilənlərindən məlum olmuşdur ki, TXİ Teafond İKM-nin ləğv edilməsi barədə qanunsuz qərar qəbul etdikdən sonra heç bir qanuni əsas olmadan balansındakı qeyri-yaşayış sahəsini (773 kv.m) “Muradlı” müəssiəsinin adına keçirmişdir. Həmçinin hazırki vaxtadək TXİ-nın üzvlərinin əmlakı olan qeyri-yaşayış sahəsini ona yaxın müəssisəyə illik həcmi yüz min ABŞ dolları olmaqla uzunmüddətli qanunsuz müqavilələr bağlamışıdr. Beləliklə də TXİ-nin vəzifəli şəxsləri əvvəlcədən düşünlümüş şəkildə vəzifə saxtakarlığı cinayəti törətməklə bilə-bilə rəsmi sənədlərə saxta məlumatlar daxil etməklə əsas məqsədi Teafond İKM-nin balansında olan 3 saylı Köhnə Dəyirman Kompleksi və Turan Bankda olan külli miqdarda vəsaiti mənimsəmək olmuşdur. Beləliklə TXİ-nin vəzifəli şəxslərinin əməlində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə nəzərdə tutulmuş mənimsəmə, CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş vəzifə saxtakarlığı cinayətini törətmişdir. Yuxarıdakıları nəzərə alaraq xahiş edirəm ki, TXİ-nin vəzifəli şəxslərinin barəsində cinayət işi başlanmasını təmin edəsiniz.
1. “Teafond” İKM-nin ləğv edilməsi haqqında ATXİ-nın 11 mart 1998-ci il tarixli, 07№-li Qərarın surəti.
2. 25.11.1993-cü il tarixli, 4678№-li qeydiyyat haqqında şəhadətnamənin surəti;
3. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlərin Departamenti Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 17 dekabr 2018-ci il tarixli məktubu.
4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-(81)-390/2011 saylı Qərardadı;
5. TuranBankda külli miqdarda vəsaitin olmasını təsdiq edən sənədin surəti.
6. Mövzu ilə bağlı mətbuatda getmiş yazıları əks elətdirən qəzetlərin nüsxələri.
Teatr Xadimləri İttifaqı rəhbərliyinin sənət sərgüzəştləri
2003-cü ildən bu quruma Azərpaşa Nemətovun 15 illik rəhbərliyi çağında bircə dəfə də olsun, “Aktyorlar Evi”ndə sənət adına ciddi tədbirlər keçirilməyib. Olsa-olsa kabinet səviyyəsində dəyirmi masalar düzənlənib. Milli Teatrımızın inkişafı yolunda sənət adamlarının alın təri ilə tikilmiş “Aktyorlar Evi”nin binası cəmiyyətə bəlli olmayan hansısa şirkətə icarəyə verilib. Həmin şirkət Bakının mərkəzində ən bahalı restoranlar, barlar və kafelər şəbəkəsi yaradıb. “Aktyorlar Evi”nin mülkiyyəti sayəsində restoranlar, barlar və kafelərə görə ayda orta hesabla 27 min manat icra haqqı alınır. Bu gəlirdən kimisənin xəbəri yoxdur. “Aktyorlar Evi”nin gəlirləri sayəsində Milli Teatrın inkişafında xidmət göstərmiş rejissorlar, aktyorlar, dramaturqlar və dünya teatrı haqqında əsərlər çap oluna bilərdi. Xəstə və imkansız sənətkarların dərman ehtiyaclarına dəstək verilə bilərdi. Sənət adamlarının dəfn mərasimlərinə yardım olunmalıydı. İncəsənət və Mədəniyyət Universitetinin tələbələrinin hazırladıqları kurs tamaşalarının nümayiş etdirilməsinə kömək olunardı. Ölkədaxili “Teatr Festivalları” keçirilər bilərdi. Bütün bunları ötən 15 ildə baş verməyib. O zaman sual olunur ki, TXİ sədri A. Nemətov “Aktyorlar Evi”nə görə əldə olunan gəlirləri haraya xərcləyib? Cavab isə birdir: “TeaFond” İKM-nin başına gətirilən haqsızlıqlar indi də sənət adamlarının taleyinə pərçilənib.
TXİ-nin sədri olmaqla yanaşı, A. Nemətov 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və 2016-cı ildən direktoru direktoru kimi strateji vəzifələr tutur. Ötən illər ərzində Milli Teatrımızın baş mədəbi olan bu qocaman sənət ocağında bir sıra rejissor və dramaturqların əsərlərini repertuardan çıxarıbdır. Ən baxımlı tamaşalar, rəngarəng əsərlər demək olar ki, teatrın sənət bəzəyi kimi yoxluğun içində it-bata düşüb. Kibirlilik ucbatından Akademik Teatrın repertuarında ancaq öz tamaşalarını repertuarda saxlanılması azmış kimi, tamaşaların rejissoru olmaqla yanaşı, rəssamı, musiqi tərtibatçısı və bədii rəhbəri kimi statusları öz adına çıxıb. Halbuki o, nə peşəkar musiqiçi, nə də bəstəkardır. Dünya teatrı tarixində tamaşanın “bədii rəhbəri” termini olmayıb. Elə tanınmış dramaturq Yuri Polyakovun “Sinif yoldaşları” tamaşasını götürək. Afişada belə yazılıb: “Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Azərpaşa Nemətovdur”. “Tamaşanın müəllifi” dramaturqdur. “Sinif yoldaşları” pyesinin də müəllifi zatən bəllidir. Bu, Yuri Polyakovdur. “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Onun əsərləri əsasında iyirmi bədii film çəkilib, pyesləri dünya teatrlarının səhnələrində oynanılıb. Moskvada nəşr olunan nüfuzlu “Literaturnaya qazeta”nın baş redaktoru və Rusiya Dramaturqlar Gildiyasının sədridir. Bu növ faktlar yüzlərləcidir. A. Nemətov “TeaFond” İKM-nin başına hansı oyunları və qanunsuzluqları gətiribsə, Milli Teatrımız da həmin aqibəti yaşayıbdır. Bunu isbat etmək heç də çətin deyil. Uzun illər çalışdığıı Sankt-Peterburq Teatrında, Bakıdakı “Gənc Tamaşaçılar Teatrı”ndakı uğurusluqları bunu isbat edir. İnanırıq ki, Respublika Baş Prokurorluğu “TeaFond” İKM ilə bağlı ədalətli münasibət göstərərək əsil gerçəkliklərə işıq salacaqdır. Azərbaycan Teatrı kimsənin şəxsi malı deyil. Dövlət və Millətə məxsus olan sənət ocağını da kimsənin iflic etməyə haqqı yoxdur.
Azərpaşa Nemətovdan Baş Prokurora müraciət olundu

Ənvər BÖRÜSOY, sənətşünas
13:31