İstanbuldan Almaniyanın Frankfurt şəhərinə uçarkən Hava Limanında çağdaş Türkiyə KİV-nin acınacaqlı durumunun şahidi oldum. 2000-ci illərin başlanğıcında Azərbaycanda özgür mətbuatın başına gələnləri Türkiyəmiz də yaşamaqdadır. İqtidar yönlü və yandaş mətbuata səxavətlə imkanlar yaradıldığı halda, “Sözçü” qəzetinin satışına burada yasaq var idi. “Türk Hava Yolları”nın işçiləri utancaq tərzdə: “Efendim, bizlik bir şey yok. Sifariş reisden” deyərək sualdan canlarını qurtarmağa çalışırdılar. Frankfurt Hava Limanında almanca bilməsəm də qəzet köşkündə “Sözçü” qəzetinin sərbəst satışını gördüm və hər sayısından iki ədəd aldım. Türkiyənin tək özgür qəzetinə dəstək olaraq.
Özgür KİV-i olmayan ölkənin aqibəti
2000-ci illərdən başayaraq, Azərbaycanda “Müxalifət” qəzeti ağır maliyyə problemlərinin sonucu olaraq, bağlandı. Bunun ardınca özgür mətbuat alternativ yollar arayaraq, onları qarşıda gözləyən fəlakətlərdən yayınmaq üçün çox çabalar göstərdilər. Sonucda “Ayna” və “Zerkalo” qəzetləri bağlandı. “Hürriyyət” və “Azadlıq” qəzetləri tamamilə çökdülər. Bir sıra aztirajlı qəzetlər isə, artıq ölüm marşının sədaları altında dəfn olundular. Elektron KİV-ə üz tutmaqla internet resurslarının sayəsində həmin boşluğu doldurmaq istənilsə də bütün çabalar tədricən sozalmaqdadır. Özgür KİV adına partizanlıq edərək boşluğu doldurmaq istəyən bloggerlərin də durumu fəlakətli xarakter daşımaqdadır. Ölkədə KİV-in durumu ötən yüzilin başlanğıcındakı diktator Çar Nikolayın dönəmində olduğundan da ağıdrdır. Əlahəzrət senzura yoxa çıxsa da, reklam bazarının özgür KİV-in üzünə qapalı olması dolayı yolla bu sahənin inkişafına böyük bir əngəldir. Beləliklə özgür demokratik mətbuat və düşüncə sistemi tamamilə çöküb. Durumun belə bir məcrada olması həm də demokratik düşüncə sisteminin çöküşü deməkdir. Qəzetlərin tirajının tamamilə çökməsi onların bəsitliyi ilə deyil, bürokratik əngəllərin “təkəl” siyasətlə üz-üzə qalmasında aramaq gərəkdir. Cəmiyyətin başqa sahələrində olduğu kimi, KİV-də özgür düşüncə yazarlarının azalması bu sahənin iflasa uğramasıdır. Çağımızda çoxüfüqlu baxışların yoxa çıxması təkəlçi yanaşımlarla müşahidə olunmaqla yanaşı sonucda Azərbaycanda sosial psixologiyanın gəlişməsinə qarşı ağır zərbələr vurur. Çünki yaranmış boşluqda tamamilə irtica xarakterli özümlü düşüncə sistemi yer almaqdadır.
Demokratiya olmayan yerdə isə, modern diktatorluq, ya da mövhumatçı düşüncə tərzi irəliləməyə başlayır. Cəmiyyətin sinergetik baxımdan enerjisinin iflasa uğradılmasının aqibəti dövlət quruculuğu yönündə acı fəlakətlərə yol açır. Ona görə də Azərbaycanda demokratik düzən yoxa çıxıb. Halbuki, KİV ayrıca bir istehsalat və sənaye deməkdir. Bu sahənin bomboz rəngə boyanması onun aqibətinin əyani göstəricisidir. Özgür KİV-i olmayan ölkədəki boşluğa yabançı görüşlərin addım-addım daxil olması gözlənilən fəlakətlərin miqyasını daha da dərinləşdirir. Bunun parlaq örnəyini son illər sürətlə artan və İran mollakratiya rejiminin dəstəyi ilə formalaşmış KİV-ləri örnək kimi göstərmək olar.
Möhvumatçı KİV-in psixoloji qatları
Bu gün dünya ölkələrində özgür KİV-in yasaq olduğu Quzey Kore, Myanma, İndoneziya, Papua, Tibet (Çin), Cəmma və Kəşmir (Hindistan), Vəziristan (Pakistan), Somali, Oman, Agades (Nigeriya), Oraden (Efiopiya), Çeçenistan (RF), Suriya, İraq, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Türkmənistan və başqa ölkələr mövcuddur. Azərbaycan KİV-lərinin də bu siyahıya daxil edilməsi olduqca acınacaqlı və qürurumuza toxunan faciələrdən biri hesab etmək olar. Halbuki, inkişaf etmiş ölkələrdə siyasi mədəniyyətin inkişafında özgür KİV-lərin müstəsna rolu vardır. İndi gözəlim Azərbaycanda bütün bunların heç bir önəmi qalmayıb. Çünki, özgür KİV-lər ötən 15 ildə tamamilə sıradan çıxıblar. Dünyada 150 ölkənin özgür KİV-i sıralamasında Azərbaycanın 139-cu sırada yer alması çox üzücüdür. Bunun tək suçu isə, ölkədəki KİV siyasətinin tamamilə yalnış şəklə düşməsidir. Elektron KİV-ləri sıralamaya düzsək, bunun çılpaq mənzərəsinin şahidi olarıq. İran mollakratiya rejiminin yönətdiyi mövhumatçı KİV-lər bir gerçəkdir. İslamazeri.az, dinimiz.az, birlik.az, muselmanlar.com, merac.biz, hicaz.az, ixlas.az, zehra.az, deyerler.org, islam.az, kovser.az, muselman.ws, islammektebi.org, islamadogru.biz, nurqrupu.ws, meherrem.com, wap.gozlerik.biz, anarim.az, ehliwie-samux.com, ya-ali.ws, shiya.biz, islamquest.net, zeka.az, besiret.az, sibtayn.com/az/, ehlibeyt-aka.com, zehra-yolu.com, nur-az.com, shia.az, az.islamic-sources.com, haqqdinislam.wordpress.com, nardaranpiri.com, gundelik.info, eli.az, kerbala.narod.ru, faktinfo.az, azl.abna24.com, islamtimes.org, maide.az, esmaul-husna.ucoz.com, sadeqin.net, faktxeber.com, ehlibeyt-nuru.ucoz.ru, balaghah.net, azerislam.com, islamaz.com, islam-azeri.az, ehlibeyt.moy.su, duzyol.info, islamaz.com, cume.biz,
islamınsesi.az, imamhuseyn.org, zuhur.az, merac.biz, gozlerik.biz, ruzi.az, gencem.az, zikr.az, hicab.org, zehra.az, meneviyyat.az, momin.az, sonxeber.info, sizinyol.com, cavab-al.com, xalqxeber.az, ixlasla.com, feqih.com, ehlibeyt.moy.su və başqa saytlar mövhumatçı camənin xidmətindədir. Beləliklə də, Azərbaycanın ictimai, sosial, siyasi, mədəni, ədəbi baxımdan baxışlarının tribunasına çevrilən bu tribunalar çox üzücüdcür. Cəmiyyətin ictimai baxımdan inkişafına deyil, ortaçağ düşüncə sisteminin bəlirləyici bir düzəni deməkdir.
Çağdaş KİV-in dörd şorunu
Amerikalı mütəxəssislər olaraq, Albert Fred Şrim Uilbrurq və Peterson Teodor bildirirlər ki, KİV yayınlarının çağdaş dönəmdə dörd yönü mövcuddur. Bunlar avtoritar, liberal, sosial nəzəriyyə və qapalı düzənə xidmət edən KİV anlayışıdır. Plürealizmə önəm verən KİV-lər daim inkişaf üzərində kökləniblər. Belə olduğu təqdirdə bir yandan dövlətin, o biri yandan isə cəmiyyətin inkişafı sürətlə irəliləyir. Liberal KİV isə dövlətin ən ali qurumuları ilə belə üz-üzə dayana bilir. Bu modelin ünlü araşdırmaçılarından olan Milton, Lokka və Milya qeyd edirlər ki, çağdaş kommunikasiya sürətli inkişafı KİV-lərin önəmini daha da artırır. Ətalət özgür olmayan ölkələrdə bütün acınacaqlı sorunlara yol açır. Çünki, özgür KİV anlayışı ya məhv edilib, ya da yandaş KİV siyasəti cəmiyyəti şüurlu şəkildə effektiv avtoritarlıq düzəninə sürükləmək siyasətini yürüdür. Sosial və iqtisadi rifaha üz tutmuş ölkələrdə KİV hər zaman özgürdür. Beləliklə kütləvi auditoriya həm də cəmiyyətin hansı nisbətdə demokratikləşməsində önəmli rol oynayır. Bu gün Azərbaycanın özgür KİV-ləri adı altında İran mollakratiya rejiminin ideoloji və magik ruporuna çevrilmiş şəəbəkələr cəmiyyətimizə sadəcə zərər vurmaq strategiyası ilə hərəkət edirlər. Çünki, mövhumatçı zehniyyət sadəcə buna xidmət edir. Belə bir dərin problemin yaranmasında hakimiyyətin suçu daha böyükdür. Çünki, inzibati amirlik metodu ilə reklam bazarını özgür yayınların üzünə qapadılıb. Elə buna görə də KİV mədəniyyəti tamamilə iflasa uğradılıb. Belə bir dönəmdə KİV-lər ya yan hansısa oliqarxın himayəsinə sığınmalı, ya da xaricdən açıq və ya gizli şəkildə maliyyə dəstəyi ilə hərəkət etmək zorundadır. Bunların ikisi olmayanda isə, “əlvida KİV” marşının ölüm simfoniyası ifa olunur.
“Darmstadter echo” örnəyi
Bu yaxlnlarda Almaniya səfərimdə Frankfurt şəhərinin laxınlığında yerləşən Darmştat qəsəbəsində oldum. Otuz min əhalisi olan bu qəsəbənin yerli qəzeti “Darmstadter echo” gündəlik A II formatda 36 səhifə həcmində dərc olunur. Demək olar qəzetin hər sayında orta hesabla 35-40 reklam yerləşdirilir. “Darmstadter echo” qəzeti həm də Almaniyada öz nüfuzu ilə dəyərləndirilən bir yayındır. Redaksiyanın gəlir qaynaqları reklam bazarı və özünə məxsus mətbəəsi sayəsində başa gəlir. Burada informasiya, sosial əlaqə, ardıcıllığın təminatı, reaktivlik (əyləncə), mobillik, informasiya funksiyası, şəxsiyyətin identifikasiya funksiyası, inteqrasiyanın funksiyası və sosial ünsiyyət, funksional məşğulluq və başqa sahələr psixoloji baxımdan əsas sayılır. Bu qəzetin həftəsonu çap olunan əlavəsində “Mebel shou” və “Media Markt” yayınları redaksisyaya külli miqdarda qazanc gətirir. Qəzet həm də ətrafdakı başqa qəsəbələrdə, kəndlərdə və şəhərlərdə də azad şəkildə satılır. Qəzetin hətta çoxsaylı abunəçiləri də vardır. Halbuki, Darmştat qəsəbəsi II Dünya Savaşı dönəmində sovet qoşunları tərəfindən tamamilə yerlə yeksan edilmişdi. Redaksiyanın əməkdaşlarının minimum aylıq maaşı isə beş min avrodur. Bu rəqəm çoxlarını təmin etməsə də, onların əlavə qazanc mənbələri əldə etməsi üçün redaksiya tərəfindən geniş imkanlar da yaradılıb. Ona görə də alman cəmiyyətində əsas hədəf insanların daim yaradıcılıq üzərində köklənməsi ilə müşahidə olunur. Bizdəki kimi Almaniyada KİV-lərə dəstək fondları anlayışı belə yoxdur.
Kompramat hesabına yaşayan KİV anlayışı
Kimsəyə sirr deyil ki, ölkədə qapalılıq düzəni sərt qaydalarla müşahidə olunduğu üçün, özgür KİV inkişaf edə bilmir. Bir sıra KİV-lər yaşamaq üçün, iriçəkili məmurların ilginc maraqlarını ehtiva edən “kompramat davası”nın yanında yer almağa məcbur ediliblər. Necə deyərlər: “Musiqini sifariş verənin özü rəqs oynamalıdır” nostalji düşüncə tərzi ilə KİV-ə münasibət formalaşır. Azərbaycandakı KİV-lərin bu qədər acınacaqlı durumda olması, dünyanın sürətli inkişafından geri qalması, “ələbaxımlı” keçmiş sovet düşüncə sistemində tıxanaraq ilişib kök salması çağdaş faciələrimizin ayrılmaz bir parçasına çevrilib. Biz hələ televiziya və radio kanallarını demirik. Onların hər ikisində cəmiyyətin ironik düzəni daha da sərtdir. Bilincsiz, görgüsüz, uyumsuz teleradio məkanı dəhşət saçır. Heç Afrika ölkələrində belə, bunca bilgisiz dar məhəlli düşüncə tərzi efir məkanını bulamır. Bütün bunları görməzlikdən gələrək: “Ölkəmiz sürətlə inkişaf edir” ritorikasına üz tutmağın faydası onun faydasızlığını sübut edən əlahəzrət faktlardan biridir. Onları nə qədər incələyib tənqid etsək də, prosesin heç bir sonucu görünmür. Ona görə də özgür KİV anlayışı ələbaxımlı düşüncə sisteminin ayrılmaz bir parçasına çevrilib. Belə bir düzəndə doğal olaraq, KİV anlayışı da inkişaf edə bilməz. KİV-in inkişafı baxımından bizlər nəinki çağdaş dönəmlə, yüzilin başlanğıcında olan durumla belə ayaqlaşa bilmək imkanında deyilik. Çünki, oradan “Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Kaspi” boylanır və bizlərə ikrahla baxır: “Budurmu XXI yüzilə sizlərin ərməğanınız” deyə soruşurlar da.
Çağdaş Azərbaycan mətbuatının durumu

Ənvər BÖRÜSOY
Xudaferin.eu
11:17