İrəvanda demokratiyanın təntənəsinə hazırlıq gedir

Qorxaq “Eçmiədzin Kilsəsi”nin mövqeləri daraldıqca hərbi xunta rejimi də çökür

Ermənistanda ötən il seçkilərin sonucu olaraq, 105 nəfərlik parlamentdə “Respublika Partiyası”nı (hərbi xuntanın təmsilçiləri) 58 nəfər, 31 nəfər “Çiçəklənən Ermənistan” Partiyasını və “Tsarukyan Bloku (korrupsionerləri birləşdirən və vahid  milyader Qaqik Tsarukyanın himayəsindəki  qurumlar), 9 nəfər “Yelk” (Çıxış Yolu) və 7 nəfər “Daşnaksütyun Partiyası”nı təmsil etdilər. Beləliklə indi eks prezidentə çevrilən Robert Köçərayn və Serj Sərkisyan Ermənistan və işğalçı “Dağlıq Qarabağ” rejimini qorumağa çalışdılar. Bununla yanaşı, yeni seçimlərin sonucu olaraq, hərbi xuntanı təmsil edənlər nazirlər kabinetini yenidən nəzarətə aldılar. Nikol Paşinyanın təmsil olunduğu “Yelk” (Çıxış Yolu) Hərəkatı 2018-ci ilin aprel ayından ölkənin indiki durumunu və gələcəyini nəzərə alaraq, tərəfdarları ilə birlikdə xalqı ayağa qaldıraraq və bir neçə gün davam edən etiraz aksiyalarının sonucunda demokratik proseslərin dəyişməsinə nail ola bildilər.

 

Ermənilər 300 illik siyasi konseptlərini dəyişmək üçün tələsirlər

Son iki gündə Ermənistanda baş verən olayların arxa baxçasında duran başlıca hədəf Nikol Paşinyanın liderliyində parlamentin və nazirlər kabinetinin istefaya göndərilməsi,  bunun ardınca yeni seçkilərin keçirilməsidir. Paşinyan demokratik dalğanın çiynində baş nazir kürsüsünə nail olsa da, hakimiyyətin əksər strukturlarında keçmiş “hərbi xunta”nın çoxsaylı kadrları öz yerlərini qoruyub saxlaya bilmişdilər. Özəlliklə də “Respublika” və “Daşnaksütyun” partiyalarının tamamilə hakimiyyətdən uzaqlaşdırılması sərt şəkildə irəli sürülübdür. Prezident Armen Sərkisyan ötən gün Aşot Akopyanı (rabitə və informasiya texnologiyaları naziri), Qraç Rostomyanı (fövqəladə hallar naziri), Levon Vaqradyanı (idman və gənclər naziri), Artsvik Minasyanı (iqtisadi inkişaf və yatırım naziri) və Artur Xaçatryanı (kənd təsərrüfatı naziri) istefaya göndərib. Oktyabrın 2-də Paşinyan “hərbi xunta”nın aparıcı gücü olan qubernatorların istefaya göndərilməsi tələblərini irəli sürüb. Araqatson, Ararat, Kotayk, Tavuş, Şirak, Vayotsdzor, Sünik, Armavir və Lori vilayətləri faktiki olaraq İrəvan dışında “hərbi xunta”nın tam nəzarətində idi.
2-3 oktyabr etiraz aksiyaları sonucu kimi “Respublika” və “Daşnaksütyun” partiyalarını təmsil edən klanlar hakimiyyətdən könüllü şəkildə istefa verməyə məcbur olublar. 1998-ci ildən üzü bu yana 20 ildir ölkəni “HƏRBİ XUNTA” qanunları ilə idarə edən hakimiyyət xalqın etiraz hərəkatından qorxaraq geri çəkilmək zorunda qalıb. Son iki gündə baş verənlər xuntaçıların tamamilə kökünün təmizlənməsinə doğru irəli atılan addımlardır.  Başkənd İrəvanda toplumun Paşinyanın ətrafında könüllü şəkildə birləşməsinin əsas səbəbi ölkədə “korrupsiya” və “traybalizm”in qısa zamanda aradan qaldırılmasıdır. İyirmi ildir çapıb-talama siyasətini yürüdən “xuntuaçılar” ədalət məhkəməsindən qorxaraq Rusiya, Ukrayna, Qazaxstan, Belorus və digər ölkələrə qaçmaq zorunda qalıblar.
1701-ci ildə Fransadan xüsusi səlahiyyətlə Sankt-Peterburqa gələn İzrail Oriya adlı bir erməni taciri Çar I Pyotrla görüşərək Qafqazın işğalı yönündə Orta Doğuda yaşayan ermənilərin bir əsgər kimi Rusiyanın yanında yer alacağına “and içdikləri”ni bildirmişdi. Elə o dönəmdən 300 ildir “Eçmiədzin Kilsəsi”sinin dəstəyi ilə ermənilər ortodks kilsəsinin şərtlərinə uyğun Rusiyanın yanında yer alıbdılar. Bu 300 il ərzində Çarlıq Rusiyası və Sovet  Rusiyasının Qafqazda vuran qılıncı ermənilər olmuşlar. İmperiyanın çöküşündən sonra ermənilər “velikorus şovinizmi” və “rus ortodoksal kilsəsi”nin duyğusundan istifadə edərək Ermənistana “Dağlıq Qarabağ”ı və “Erməni Cevaxk” vilayəti adı altında Ahısqanı (Gürcüstan) birləşdirmək istəsələr də buna nail ola bilmədilər. Çünki, çökmüş imperiya yaralı bir durumda idi.

Dotasiyalı Ermənistanın nicat yolu

Erməni demokratiyasının xaç atası və 22 ildir kölgədə dayanmış Levon Ter-Petrosyan köhnə qvardiya ilə deyil, yeni nəsli təmsil edən siyasətçilərin dağlasında Ermənistanda demokratiyanın qələbə çalması üçün daha dinamik şəkildə hərəkət etməkdədir. Onun bu addımları demək olar ki, gözlənilən tarixi anın şərtləri daxilində baş verir. Xarizmatik xarakteri ilə korrupsiyadan, traybalizmdən və hər növ savaşlardan uzaq olan əhalini bu prosesə cəlb etməklə 2-ci “Demokratik Gürcüstan” modeli demək olar ki, dünya birliyinin diqqət mərkəzindədir. İfrat kilsə və ifrat erməni milliyyətçiliyi siyasəti ilə ölkəni bataqlığa sürükləyən hərbi xuntaçıların cansıxıcı idarəetmə sisteminin acıları sonucu olaraq Ermənistan dilənçi kökündə yaşayırdı. Ölkənin bütün gəlirləri hərbi-polis siyasəti adına yönləndirilirdi. Xuntaçıların digər gəlirləri Orta Doğuda süni şəkildə alovlandırılan etnik, dini, təriqət və məzhəb savaşlarının sayəsində daha çox idi. İraq, Suriya, Liviya, Livan, Əlcəzair, Tunis, Mərakeş, Oman, Sudan, Yəmən və digər Orta Doğu ölkələrində gizli silah, uyuşdurucu qaçaqmalçılığı, insan orqanlarının transplantasiyası, terroizm tipli proseslərdə erməni işbazlarının xüsusi çəkisi var idi. Onlar üçün fərqi yox idi, kim hansı dinə, təriqətə və ya məzhəbə xidmət edir. Başlıca məram İrəvan-Dəməşq, İrəvan-Hələb, İrəvan-Beyrut tranziti ilə istədiklərinə nail olmaq idi. Bütün bunlar Ermənistanın oğru qanunları və mafioz sindikalar düzəni ilə yönləndirilməsi demək idi. Qondarma “Dağlıq Qarabağ” rejimi isə, hərbi xuntanın əsas silahı sayılırdı. Ermənistanın zəngin fabrik və zavodları, təbii sərvətləri hərbi xuntanın Rusiyadakı dayaqları olan erməni işbazlarının mülkiyyətinə çevrilmişdi. Ona görə də, keçmiş Sovetlər Birliyi dönəmindəki kimi Ermənistan dotasiyalı bölgə mahiyyətini daşıyırdı. Bütün bunlar azmış kimi, dünya erməni diaspor təşkilatlarını hərəkətə gətirərək ianələr toplamaqla öz hədəflərini dolayı yolla gizlətməyə çalışırdılar. Çünki, demokratik dünya birliyi istənilən ölkədə hərbi xunta rejimlərinə dayaq durmağı həqarət sayırlar. Son iki ildə dünyada baş verən yeni siyasi düzənin şərtlərinə görə artıq inkişaf etmiş dövlətlərin və eləcə də erməni diaspor təşkilatlarının Ermənistana olan maraqları ölüb. Bunun səbəbi İrəvandakı hərbi xuntanın illərdir İran adlı ölkənin mollakratiya rejimi və antidemokratik Rusiyanın yanında yer almasıdır. Bu gün Orta Doğuda öncəki illərdən fərqli olaraq savaşların durdurulmçası  İrəvandakı hərbi xuntanın çökməsinə səbəb olan amillərdən biridir. Faktiki olaraq, Orta Doğuda yeni düzənin şərtləri əsasında yaranmış mövcud durum Ermənistandakı hərbi xuntanın gəlirlərinin tamamilə azalması və onların çöküşünə səbəb olan faktordur. Ermənistanda demokratiyanın sayəsində yeni siyasətin düzənlənməsi TransQafqaz, İpək Yolu, Xəzər-Qara dənizlərinin coğrafi düzənində uluslararası projelərdə iştirakına səbəb ola bilər. Erməni cəmiyyətinin buna hazır olması şərtləri demək olar ki, addım-addım özünü göstərməkdədir.

Qarabağı işğal siyasətindən əl çəkmədikcə Ermənistan inkişaf etməyəcək

Bu fikir açıq şəkildə ifadə olunmasa da, artıq yeni nəsil erməni siyasətçiləri və xalqın özü bunu dərk etməyə başlayıbdır. Çünki, zaman fərqlidir. XIX yüzilin 30-cu illərindən başlayaraq, Qafqazda məskunlaşma siyasətinin ardında Çarlıq Rusiyası və dolayı yolla Avropa dayanırdısa, XX yüzildə sovet imperializmi hərbə-zorba təsir vasitəsini iradə kimi sərgiləyirdisə, bu gün onların heç biri yoxdur. Digər yandan isə, öncələr mövcud Qafqaz siyasətində Azərbaycanın varlığı inkar olunan bir düsturla müşahidə olunurdusa,artıq bu siyasət tamamilə arxada qalıbdır. Azərbaycan Türklərinin Qafqazda superetnos statusu ilə mövcudluğu və işğal olunmuş əraziləri, özəlliklə Qarabağ məsələsində hər hansı bir güzəştin olmayacağını milli iradə kimi ortaya qoymuşdur. 25 ildir davam edən psixoloji savaşda Rusiya, Qərb və dünyanın digər antitürk çevrələri Azərbaycanın iradəsini sındıra biımədi. Uzun müddət davam edən aclıq, səfalət, yoxsulluq, bundan əlavə, yerli hakimiyyətin bir qədər sərt şəkildə üstünlük verdiyi avtoritarizm siyasəti milli iradənin qarşısında əriyib muma döndü. İran adlı mollakratiya rejiminin ermənilərdən betər gecə-gündüz işğalçılıq siyasətinin ömrünü uzatmaq üçün Ermənistana hərbi, maddi, sosial, iqtisadi və maliyyə yardımları da İrəvanın mövqelərini gücləndirə bilmədi. Bütün bunları nəzərə alan erməni siyasi çevrələri məcbur olaraq iki düsturla hərəkət etmək zorunda qalıblar. Bu, dotasiyalı bölgəni demokratiyanın təntənəsi altında inkişafa doğru aparmaq və Qarabağ, xəyali işğalçılıq siyasətinə son verməkdir. Türkiyə, Gürcüstan, Güney Azərbaycan və Azərbaycan Respublikasına qarşı ərazi iddialarını durdurmaqla erməni xalqını üz-üzə qaldığı hərbi xunta zülmünün caynağından qurtuluş yolunu nizamlamaq kimi hədəfləri irəli sürməyə çalışılır.

Rusiya ermənilərinin çıxılmazlıq sindromu

Moskvada yaşayan nüfuzlu ermənilər etiraf edirlər ki: “Ermənistanda 1.5 milyon nəfər, Rusiyada isə azından 3.5 milyon erməni vətəndaşı yaşayır. Yaşlı və orta nəsil ermənilər üçün Ermənistan həm də tarixi vətən hesab olunur. Bundan əlavə, Ukrayna, Belorus, Qazaxtsan, Özbəkistan, Moldova, Litva, Estoniya, Latviya və Gürcüstanda yaşayan 1.5 milyonluq erməni əhalisi də Ermənistana daim ilgi göstəriblər. Beləliklə də 5 milyonluq erməni bu gün Ermənistanda öz təsir dairəsini isbatlayacaq bir addım belə ata bilmirlər. Çünki, onlar uzun illər hərbi xuntanı, Qarabağda işğalçılıq siyasəti yürüdən, günasız yerə qan tökən cəlladları müdafiə ediblər. Bununla “qürur” duyduqlarını gizlətməyiblər. Bu 5 milyonluq toplum hal-hazırda gözünü Moskvaya dikib. Oradakı “başbilənlər”in nəyi və necə deyəcəklərini həyəcanla gözləyirlər. Onlar unudurlar ki, hər bir dövlətin strateji və milli maraqları qəyyumluq etdiyi dövlətlərdən, toplumlardan daha üstündür. Rusiya bu gün bir dövlət olaraq, dünyanın inkişaf etmiş dövlətləri tərəfindən tamamilə blokada və embarqo siyasəti ilə üz-üzə qalıb. Bəşəriyyətin bu gününü və gələcəyini təhdid edən diktatror, avtoritar rejimləri və terrorizmi müdafiə edən bölgələrin yanında kim yer alırsa, onlara qarşı barışmaz mövqe sərgilənir. Rusiyanın təsir imkanları azaldıqca, idarə olunan kaloniyalarından da addım-addım geri çəkilmək zorunda qalacaqdır. XXI yüzilin sinergetik fəlsəfəsinin şərtləri bundan ibarətdir.
Nikol Paşinyanın oliqarxiyaya qarşı apardığı sərt siyasətin sonucu olaraq son 10 gündə dövlətdən çalınmış 45 milyon dollar xəzinəyə təslim edilib. Bu, Ermənistan üçün böyük rəqəmdir. Oğru qanunları ilə biznes siyasəti yürüdən Rusiyadakı erməni işbazları saxta üsulla öz soydaşları arasında yurdsevərlik təbliğatını apara bilmirlər. Belə bir durum İrəvandakı hərbi xuntanın dayaqlarının tamamilə sarsılması deməkdir.
Paşinyan 9 nəfərlik gənclərdən ibarət deputat qrupu ilə məxməri inqilaba nail ola bilib. Bu prosesi erməni cəmiyyəti alqışlamaqla yanaşı, sürülən konspetin yanında yer alıb. Gözəlim Azərbaycanda 25 ildir hakimiyyətdə olan YAP rejimi bələdiyyə seçkilərində belə, stalinizm dönəmində olduğu kimi, öncədən xüsusi siyahılar hazırlayır və kimlərin ən ucqar dağ kəndində bələdiyyə üzvü seçilməsi barəsində “dosye-delo” hazırlayır. Məhkəmələrin, hüquq-mühafizə orqanlarının özbaşınalıqları, yuxarıdan təyin olunan icra hakimiyyəti başçılarının tüğyan edən və hüquqi nihilizmə yol açan sərt repressiv avtopritarizm ölkədə əsil despotizm qaydalarının hökm sürdüyünü isbat edən faktordur. Siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, insan haqları təşkilatlarının çökdürülüməsi siyasəti məhz buna xidmət edir. KİV-lərin susdurulması, məcburi mühacirət taktikasının sərgilənməsi, adicə sosial şəbəkələrin polis tərəfindən məhkəmə qərarının olmamasına baxmayaraq nəzarət etməsi və bunun qarşılığında vətəndaşların azad düşüncəsinə görə təqib edilməsi halları Azərbaycanın çağdaş qaydalarla inkişafı yönündə proseslərin nə zaman başlayacağı sualına cavablar aranmaqdadır. Bizə qarşı tarixən düşmənçilik siyasəti aparan ermənilər bu suala 9 nəfər deputatın simasında cavab tapdılar və indi onlara əməl etmək üçün qollarını çirmələyiblər.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

17:40