Azərbaycan xalqına ağır itki üz vermişdir. Belə ki, dünyanın ən adi və sadə insanı kimi bir ömür yaşayan, canını və həyatını Qarabağımız uğrunda fəda verən Tahir Səttar oğlu Cəfərovu qəfil yaxalayan xəstəlik onun həyatına son goydu.
Uzun illər Ağdamlı Tahir kimi tanıdığımız yaxın dostumuzun harada olmasından asılı olmayaraq, biz əqidə və yol yoldaşı olaraq birgə addımladıq. Onun ürəyi çoxlarından fərqli olaraq, Qarabağımız üçün qübar bağlamışdı. Bu qübar onun içini, ruhunu və duyğularınıəzib keçirdi. Çünki, o füsunkar və əsrarəngiz torpaqlarımızın bunca uzun illər işğal altında qalmasına əsla dözə bilmirdi. Bu üzügülər insanla məni hələ gənclik illərində, tələbə yoldaşım və əziz dostum, milli diasporumuzun yorulmaq bilmədən mübariz simalarindan olan Elman Mustafazadə tanış eləmisdi. Elə o vaxdan Tahir bəylə dostluğumuz başladı. Onun daxili aləmində hansı fırtınaların tüğyan etdiyini cox təssuf ki, çoxları heç zaman başa düşmədi. Beləcə o qaysaq bağlamış yaraların içində əzilib-sıxılan qardaşımız Tahir bəy bu nakam dünyanı tərk etdi.
Almaniyada, daha sonralar isə ömrünün sonuna kimi Belorusda yaşadı. Bu dönəmlərdə Qarabağ həqiqətlərini çoxlarından fərqli olaraq, səssiz-sədasız şəkildə öz maddi imkanları səviyyəsində hər yerdə gündəmə gətirmişdi. Belorus, Polşa, Almaniya, Litva, latviya, Estoniya, Ukrayna mətbuatında Qarabağ həqiqətləri ilə bağlı gedən yazıların bir coxuna gizli şəkildə lobbiçilik etmisdi. Tahir bəyi beləcə qəfil yaxalayan əcələ qədər heç kimsə onun qürbət taleyinin necə keçdiyini belə bilmədi. Belorusun başkəndi Minskdə yasasa da, Vitebsk vilayətində 46 hektar torpaq sahəsi və üç balıqyetişdirmə gölün və istirahət zonasi yaratmışdı. Cox təssüflər olsun ki, onun bir çox layihələri yarımçıq qaldı... Ölümün amansızcasına onu haqlayana kimi Belorus, Polşa, Ukrayna, Litva, Latviya, Estoniya və Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirməklə bütün imkanlarını Qarabağ həqiqətləri üçün səfəbrbər etmişdi. Hələ Avropada yaşayan soydaslarımız azlıqda olduqlari zamanlar, şengen ölkələrində Qarabagla bağlı bir siyasi aksiya, toplantı düzənlənirdisə, orada Tahir bəy ön sırada yer alardı.
Minskdə klinik xəstəxanada beş gün komada qalan Tahir bəyi ötən gün sözün böyük mənasında itirdik. Onun həyat yolunda çox sazaqlar ötüb keçdi. Həyatın demək olar ki, bütün ağrı-acısını dadmışdı. Ancaq, bunların heç biri onu Qarabağımızın əldən getməsi qədər üzməmişdi. Qürbətdə ön cəbhədə döyüşən min əsgərin işini təkbaşına gördü. Heç zaman bütün bunlardan usandığını görmədik. Gözlərinin dərinliyində acı bir kədər yerləşsə də, daim gülərüzlü görünməyə çalışdı. O, milli şairimiz Səməd Vurğun demişkən “Vətənsiz də insan olan, insan kimi yaşayarmı?..” dilemmasının təzadları ilə heç zaman barışmaq istəmədi. Çoxlarını da buna inandırmağa çalışdı. Çünki, onun üçün Vətənsizliyin ağrısının ən böyük dəhşəti əcadadları üçün, onun torpağının hər qarışı üçün savaşsız, dirənişsiz, bəlirsiz bir ömür yaşamaq gerçəkdən çox ağır idi. Hər gün kənardan baxaraq onun qoxusunu çəkmək, daha sonra isə köks ötürərək yaşamaq dünyanın ən böyük ağrısı, acısı idi Tahir bəy üçün.
Uca Tanrıdan Tahir bəyə, onun ailəsinə, bütün dostlarına və yaxınlarına, eləcə də xalqımıza dərin hüznlə başsağlığı veririk.
Məkanı cənnətlik olsun.
Bizlər sağ qalsaq da Qarabağımız uğrunda mübarizəmizi məhz Tahir bəy kimilərinin ruhunu və gücünü öz gücümüzə qataraq bu müqəddəs mücadiləmizi hər zaman davam etdirəcəyik.
Rahat uyu əziz qardaşımız.
Qürbətdə Qarabağ harayı və amansız əcəl

Ənvər Börüsoy
azertaym.az
00:05