M.A.P. Uluslararası Teatr Festivalı ölkəmizdə yeni prosesə çevriləcəkmi?

“YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Azərbaycanda ilk dəfə M.A.P. (Muzic), Art (İncəsənət) və Performance (Perfomans) uluslararası teatr festivalı keçirildi. Danimarka, Estoniya, Rusiya, İtaliya, Yaponiya, İsveçrə, İngiltərə, Almaniya, İran, Yunanıstan və digər ölkələrin teatrları festivalın əsil bəzəyinə çevrildilər. Çox təəssüflər olsun ki, qardaş Türkiyə, Gürcüstan, Ukrayna, Avstriya, Fransa kimi teatrsevər ölkələrin kollektivləri festivalda iştirak etmirdilər. Bütün bunlara rəğmən qeyd etmək gərəkdir ki, festivalda nümayiş olunan tamaşlar möhtəşəm idi. Fərqli estetik baxışlar, əsərlər, aktyor oyunu, rejissor yorumu, dramaturji əsərlər festivalın daha canlı olmasının təməl prinsipi idi. Şəxsən tamaşalara baxdıqca xəcalət çəkirdik. Qafqaz, Orta Asiya və Orta Doğunun teatr tarixində ilk peşəkar teatr Azərbaycanda yaranmış, adı çəkilən bölgələrdə ölkəmiz mədəniyyətin ən güclü simgəsi kimi dəyərləndirilmişdir. İndi bəlirsizlik sindromu içində it-başa düşən teatrımızın belə bir aqibəti yaşamasının səbəbkarlarının ictimai baxımdan cəzalandırılması zamanının çatdığının qənaətindəyik.
16 tamaşa festivalın zirvəsi idi
Çağdaş dünya düzənində yer alan mədəniyyətin, özəlliklə də teatrın hansı uğurları əldə etməsi, bədii-estetik yorumu, zamanın ritmi, mövzuların yeni nəslin düşüncəsi ilə bütün olması ən vacib şərtlərdən biridir. Kültür elə bir düzəndir ki, bütün sınırları asanlıqla aşa bilir. Kültür dünya insanlarını bir-birinə yaxınlaşdıran, doğmalaşdıran sənətdir. Bəzən biz onu çeşidli biçimlərdə (forma), estetik yönlərdə, irəli sürülən hər hansısa bir ideyada, bəzən də sırf yönətmən (rejissor) və ya oyunçunun (aktyor) fitri istedadı ilə sənətin gözəlliyini, özəlliyini, duyumluluğunun sehrinə qapılırıq. Ancaq, o da bəllidir ki, sənət cəmiyyətin, toplumun estetik baxışlarının dəyişməsinə, inkişafına görə vacib şərtlərdən birincisidir. Sənətin dili ilə insan bütün zamanların içindən keçə bilir. Bunun özü kübar qavrayışların simgəsi deməkdir.
M.A.P. festivalında iştirak edən “Vene Teatrı” (Estoniya), “Noqraviti Teatrı” (İtaliya), “Merlin Kukla Teatrı” (Almaniya-Yunanıstan), “Finzi Paska Kompaniyası” (İsveçrə),
“İskusstvo Dla Lyudey” Prodüsser Mərkəzi, “Marin Teatrı”, “Qoqol Mərkəz”, “Balet Moskva” (Rusiya), “Kris Linam” (İngiltərə), “Danimarka Dans Teatrı” (Danimarka), “Çiten Teatrı” (Yaponiya), “Amata Teatr Qrupu” (İran) kollektivləri bir-birindənm fərqli estetik baxışların rəngarəngliyini nümayiş etdirdilər.
İtaliyanın “NoGravity Theatre” teatrının sərgilədiyi və Monteverdi, Vivaldi və Perqolezinin kompozisiyaları əsasında oynanılan “Ariya” tamaşası gerçəkdən böyük bir sənət olayına çevrildi. Çoxprofilli sənətin içindəki ciddiyyət, rəqqasların, musiqiçilərin və müğənnilərin eyni anda səhnədə fərqli rollarda iştirakı kompozisiyanın dəyərini gücləndirən amillərdən biri idi. Xoreoqrafiya, geyimlər, ifaçılıq fərqli bəstəçilərin musiqisi şounu xatırladan bu tamaşanın bəzəyi idi. Sankt-Peterbuqran gəlmiş “Marin Teatrı” ənənəsinə sadiq qalaraq ünlü Avstriya bəstəçisi Yozef Haydının “Kimsəsiz ada” operasının çağdaş düzənlə olan yorumu misilsiz idi. Adada yaşanılan mənəvi boşluğun içində insan övladının zamanla bu proseslə barışmadığını isbat etməyə çalışıldı. Gənc və istedadlı Cavad Tağızadənin dirijorluğu ilə müşaiət olunan tamaşa tələbələr üçün böyük sənətdə əsil sınaq idi.
Finlandiyanın “İmatra” Teatrının baş rejissoru, həmyerlimiz Kamran Şahmərdanın Estoniya teatrında Aleksandr Vampilovun quruluş verdiyi “Adi ov” tamaşası demək olar ki, festivalın ən baxımlı səhnəqrafik əsərlərindən biri idi. Epizodlar içində insanın yalnız qalmaq kimi təzadların daxili fəlsəfi duyumunu rejissor o qədər zərif və incə şəkildə işləmişdir ki, tamaşaçı belə bir yorumu sonda alqışlamaq məcburiyyətində qalır. Ona görə ki, hamı bu obrazların bir parçası olduğunun fərqindədir.
Ünlü İtaliya xoreoqrafı Daniele Finsi Paskanın “La Verita” (Gerçəklik) akrobatik poema üslubunda hazırladığı tamaşa festivalın ən maraqlı tamaşalarından biri idi. Sanki, bütün zamanların dahisi Salvador Dali səhnədə idi. Varyeta üslubunda hazırlanmış tamaşada fantasmaqoriyanın bütün imkanlarının sənətlə uzlaşdırmılması bir möcüzə idi. Demək olar ki, festivalda oynanılan hər bir tamaşa haqqında xüsusi incələmələr aparmaq olar.
M.A.P. Uluslararası Teatr Festivalının dəsrləri
Bu festival bir daha isbat etdi ki, Azərbaycanda teatr siyasəti düzgün qurulmayıb. Ona görə ki, teatr mühitimiz tamamilə bərbad durumdadır. İstedadlı rejissorların, aktyorların, dramaturqların və teatr üzrə digər sahələrdə yetirincə mütəxəssislərin bol olduğu bir ölkədə mədəniyyətin bu yönü demək olar ki, iflas həddinə çatıb. Ona görə ki, Teatr Xadimləri İttifaqı əməlli başlı “təqaüdçülər” cəmiyyətinə çevrilib. Bu quruma rəhbərlik edən Azərpaşa Nemətov öz işinin öhdəsindən gələ bilmir. Bunun səbəbi Azərpaşa Nemətovun müasir dünya teatrını yetərincə bilməməsidir. İstedadlı sənət adamlarına qarşı qəlbindəki ikrahdır. 2003-cü ildən üzü bu yana Teatr Xadimləri İttifaqının sədri, 2015-ci ildən Dövlət Akademik Dram Teatrının baş rejissoru, 2016-cı ildən bu teatrın direktoru, 2014-cü ildən Prezident yanında Bilik Fondunun Himayəçlik Şurasının üzvü və digər neçə-neçə görəvlərə sahib olsa da, bunların heç birində hansısa başarılara imza ata bilməyib. Üç ildir Akademik Teatrda başqa rejissorları dəvət etməkdə xəsislik edib. Halbuki, Azərbaycanda yetərincə istedadlı, A.Nemətovdan qat-qat səviyyəli rejissorlar var. Onun dəvət etdiyi dramaturqlar bəsit düşüncədən uzağa gedə bilmirlər. Azərbaycan Milli Teatrının inkişafı ilə bağlı Mədəniyyət nazirliyi bircə dəfə də olsun konfranslar, forumlar, digər tədbirlər keçirməyib. Sənət adamlarının fikir və düşüncələri ilə bölüşməyib. Ona görə ki, bu nazirlikdə işləyənlər tarixçi, kimyaçı, fizik, jurnalist, kitabxanaçı, riyaziyyatçı, hətta biologiya üzrə mütəxəssislərdən ibarətdir. Mədəniyyət və kulturologiyaya aidiyyatı olmayan bu məmurlar ordusu təbii olaraq milli teatr sənətimizin problemlərini çözə bilməyəcəklər. Bu gün Azərbaycan teatrının durumu 26 il teatr sahəsinə rəhbərlik etmiş və sərt bürokrat kimi ad çıxarmış, keçmiş nazir müavini Ədalət Vəliyevin “icad” etdiyi “direktor teatrı” siyasətinə pərşimlənibdir.
“YARAT” Müasir İncəsənət Məkanının təşəbbüsü ilə keçirilən “M.A.P. Uluslararası Teatr Festivalı” sübut etdi ki, əsil teatr yaradıcılığı rejissorların azad düşüncəsi ilə hazırlanmış sevimli tamaşalarla zənginləşə bilər. Keçmiş kommunyak (kommunist) – komsomol düşüncə tərzi mədəniyyətə yad olub. Bunun örnəyi Azərpaşa Nemətovun keçmiş Sovetlər Birliyi dönəmində “partiya-komsomol” sifarişi ilə hazırladığı tamaşalardır. Məhz bu amilə görə quruluş verdiyi tamaşaların ömrü qısa olub. Ölkəmizin digər teatrlarında durum ona görə acınacaqlıdır ki, əndrabadi “direktor teatrı” demokl qılıncı kimi sənətin başının üstündən asılıb. “İrəvan Dövlət Azərbaycan Teatrı”nın direktoru, əməkdar mədəniyyət işçisi (bu fəxri ad klub işçilərinə verilir) İftixar Piriyev rəbhəri olduğu bu qocaman məbəddə 18 il ərzində 30 nəfərdən çox istedadlı aktyorları və rejissorları heç bir səbəb olmadan işdən qovub. Məhz qovub. Mədəniyyət nazirliyinin bürokratları isə hər dəfə lal, kar və kor olublar. Bu rəzalət hamının gözləri qarşısında baş versə də, nazirliyin gözündə İftixar Piriyev “pirrrr...” olub. Biz iki teatrın rəhbərinin rəzalətini qeyd etdik. Halbuki, ölkənin 27 dövlət teatrı bu acı aqibəti hər gün yaşamaq zorunda qalıb. Ona görə də əsil teatr mühiti yoxdur. Yaradıclıq məsələsi sadəcə vicdanlı aktyorların, rejissorların və dramaturqların öhdəsinə buraxılıb. Mədəniyyət və İncəsənət Universitetində də durum çox acınacaqlıdır. Teatr üzrə ciddi və professional olan sənət adamları burada dərs deməli olduğu halda, sənətdən uzaq olan istedadsızlar ordusu illərdir özləri kimi başarılı ola bilməyən kadrlar hazırlamaqla məşğuldurlar. Ona görə də teatrlarımızda gənc aktyorlar, rejissorlar və dramaturqlar qıtlığı yaşanılır. Durum bu qədər fəlakətlidir. Dünya teatrının uğurları haqqında bu universitetdə tədris proqramı demək olar ki, yoxdur.
Yaradıcılıq mühiti cəmiyyətin yeni enerjisdir
“M.A.P. Uluslararası Teatr Festivalı”nın uğurlarından biri də “Bakı Konqress Mərkəzi”, “ÜNS” Teatrı, Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Musiqili Teatrı, Akademik Opera və Balet Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrının binalarının qapılarının açıq olması idi. Ünlü rəssam Pedro Homes Ehanyanın “Xəzər observatoriyası” sərgisi festivala xüsusi rəng qatdı. “Bakcell” mobil telefon operatorunun festivala sponsorluq etməsi faktiki olaraq işadamlarının mədəniyyət üzrə ciddi addımlar atması üçün stimulverici faktorlardan birinə çevrildi.
Çağdaş sənət aləmi fəlsəfi baxımdan aksioloji dəyərlərlə nizamlanır. Çünki, estetikanın fəlsəfi mənada aktullağı bu dəyərlər üzərində köklənib. Teatrın fenomenal baxımdan dəyərinin artırılması üçün semantik şərhinin verilməsi çox vacibdir. Məntiqin obrazlı şəkildə zamanın ritminə çevrilməsi ali məqsədlə ölçülür. Ona görə də teatrın nəzəri və praktik yönlərinin estetik düzəni əsas prinsip kimi qəbul edilir.
Çağdaş estetik topoqrafiyanın aparıcı ünsürü teatr prosesinin canlandırılmasından ibarətdir. İnsan faktoru nə qədər indvidual olsa da, cəmiyyətin sosial baxımdan parçası olduğunu dərk etdiyində proseslərə tamamilə fərqli yanaşılması baş verir. Sənətin dili ilə bunun estetik-fəlsəfi yönlərinin bədii ifadə forması artıq bütün uğurların təməli deməkdir. Çağdaş teatrın qarşısında duran başlıca vəzifə budur. Zamanın effetkiv baxımdan bədii dillə ifadəsi vizual və metafizik məntiqlə sənətin dilinə çevriləndə bədiyyat da öz yerini tapır. Araxik yanaşım tərzi teatrın irəli getməsinə qarşı ən çarpıdıcı zərbələrin vurulması deməkdir. Rasional düşüncə tərzi yaradıcılıq baxımından müxalif fikirli olma kimi qəbul edilmədiyində sənət qələbə çalır. Ona görə ki, cəmiyyəti düşündürən bütün suallar elə sənətin dili ilə ehtiva olunanda bu sorunların çözümünü hamılıqla həll etməyə çalışırıq. Bu mexanizm həm də teatrın yaradıcılıq baxımından inkişafı üçün aparıcı impuls sayılır.
“M.A.P. Uluslararası Teatr Festivalı”nda nümayiş olunan bütün tamaşaların leytmotivi məhz bu notlar üzərində köklənmişdi. Sosial psixologiya üzrə dünya şöhrətli mütəxəssis İrvinq Hofman haqlı olaraq deyir ki: “Teatrallaşdırılmış uğurlu əsər mövcud problemlərin çözümündə aparıcı rol oynayır. Ona görə ki, teatr canlı sənət və orqanizm olduğu üçün hamı burada fərqli baxışlarla olsa da, məsələnin estetik-bədii yorumunun iştirakçısına çevrilir. Həm yaradıcı kollektiv, həm də cəmiyyət həqiqətin yanında daha asan şəkildə dayanmağı tərcih edir”.
Tanınmış belorus teatr tənqidçisi Pavel Rudnevin təbirincə desək çağdaş teatr “diktator” miassiyası ilə çıxış etməməlidir. Menecer statusu ilə çıxış edən direktorlar tamaşaların təsərrüfat problemlərini çözməklə məşğul olamlıdırlar. Yaradıcılıq mühitini rejissorun və aktyorların öhdəsinə buraxmaq, onlara səbəstlik vermək gərəkdir. Teatr stduiyaları əsil yaradıcılıq laborotoriyasına çevrilməyəndə ənənələr yoxa çıxır. Çağdaş sənətin bütün incəlikləri və qarşıya çıxan suallara elə bu studiyalarda cavablar tapılır.
“M.A.P. Uluslararası Teatr Festivalı”nda oynanılan tamaşaların hamısında qarşıya çıxan sualların nəinki cavabları tapıldı, estetik-bədii yorumun dili ilə yeni baxışların tablosunu müşahidə etdik. Tamamilə yeni teatr estetikasının nə qədər dəyərli olduğu festivalın ən uğurlu simgəsinə çevrilmişdi. İlk dəfə idi ki, biz bu festivalda Bakının kübar insanlarını hamılıqla birgə gördük. Onlar dünya mədəniyyətinin bütün cərəyanlarını, bədii-estetik duyumlarını festivalda iştirak edən teatrlar qədər dərindən bilir və dərk edirdilər. Onları ilk dəfə idi ki, gülərüzlü gördük. Bu festival cəmiyyətin polifonik şəkildə harmoniyasının ifadəsinə çevrilmişdi. Mütləq entuazizm daxili aləmin bir parçası olmaqdan çıxaraq həm də cəmiyyəti uzlaşdırdı. Festivalın bədii rəhbəri Kamran Şahmərdanın bu prosesdə çox böyük işlər görməsi sübut etdi ki, Azərbaycan teatrı üçün yaradıcı mühiti dərindən bilən mütəxəssislərimiz var. Yetər ki, onlar üçün sənətdə imkanlar yaradlısın.

Ənvər BÖRÜSOY, sənətşünas
Xudaferin.eu
19:34