Mədəniyyət nazirliyi və onun “direktorlar çetesi” isə kef-damaqdadırlar
Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaya görə ölkədə əhalinin orta aylıq nominal əməkhaqqı 510,8 manat təşkil edir. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının hesablamalarında isə qeyd olunur ki, bu gün Azərbaycanda bir nəfərin acından ölməməsi üçün ayda 645 manat pul tələb olunur. Başkənd Bakıdan dışarıda yerləşən bölgə teatrlarında mənzərə tamamilə acınacaqlıdır. Ən yüksək statusa malik aktyorun orta aylıq maaşı (ali dərəcəli aktyor) 220 manat təşkil edir. Bu rəzaləti illərdir teatrların direktorları, mədəniyyət nazirliyi və teatr aləminin baş sözçüsü statusunu daşıyan “Teatr Xadimləri İttifaqı” çox gözəl görür və lal- kar-kor mövqeyini sərgiləyirlər.
Bölgə teatrları ölüm reanimasiyasında can verirlər
Qanunla ölkənin bölgələrində bu teatrlar dövlət statusu ilə fəaliyyət göstərirlər: İrəvan Azərbaycan Dram Teatrı, Şuşa Musiqili Dram Teatrı, Ağdam Dram Teatrı, Füzuli Dram Teatrı, Qazax Dram Teatrı, Qusar Ləzgi Dram Teatrı, Qax Kukla Teatrı, Qax Gürcü Dram Teatrı, Salyan Kukla Teatrı, Gəncə Dram Teatrı, Gəncə Nizami Poeziya Teatrı, Gəncə Kukla Teatrı, Sumqayıt Musiqili Dram Teatrı, Mingəçevir Dram Teatrı, Şəki Dram Teatrı və Lənkəran Dram Teatrı. Mədəniyyət nazirliyinin “mərhəməti” sayəsində bu teatrlar aşağı dərəcəli statuslu olduqları üçün, tikintidə işləyən və heç bir təhsili olmayan adi fəhlədən azından üç dəfə az maaş alırlar. Beləliklə bölgə teatrlarında bədbəxtçilik hökm sürür. Bir yandan cüzi maaş, digər yandan direktorlar çetesinin apardığı amansız rəzalət siyasəti buna örnəkdir. Beləliklə bölgə teatrları dram dərnəyi səviyyəsinə enib. Yeni nəsil demək olar ki, bütün bunlara görə teatr sənətinə və mədəniyyətə tamamilə biganəlik göstərir. Çünki, bölgə teatrlarırnda ali təhsilli və intellektual səviyyəsi olan teatr xadimlərinin maaşları və dolanışıq tərzi dəhşət saçır. Bölğə teatrlarında səhnə ustası, yəni ali dərəcəli və titullu olan aktyor 220 manat, ali dərəcəli aktyor 186 manat, 1-ci dərəcəli aktyor 176 manat, 2-ci dərəcəli aktyor 157 manat, aşağı dərəcəli, yəni yardımçı heyət aktyoru 138 manat maaş alır. Texniki heyətin maaşı isə 130-160 manat arasındadır. Rejissorun aylıq maaşı 200 manat civarındadır.
Dövlət Statistika Komitəsinin elan etdiyi orta aylıq maaşın 510,8 manat olmasını isə hər yerdə dərin ironiya buna görə qarşılayırlar. Bunca rəzalətin qarşılığında isə direktorlar çetesi ən bahalı maşınlarda gəzir, dəbdəbəli mülklərə sahibdirlər, yüksək maaş alır və komfort həyat düzəni içində dünyanın cəfasını sürürlər. Elə mədəniyyət nazirliyinin işçiləri də direktorlar çetesi kimi meşşan həyat tərzindən geri qalmırlar. Ortada bəlirsiz maliyyə dövriyyəsinin olması kimsəyə sirr deyil. Qastrollar, festivallar, tədbirlər, sifarişlə hazırlanan tamaşalar və sairlərin bu günə kimi şəffaflıqla hesabatları açıqlanmayıb. Sonra da heç nə olmamış kimi: “Bölgə teatrlarında sənət yoxdur. Bu teatrlarla heç yerə getmək olmaz. Əyalət teatrlarının mənası yoxdur” kimi ibarələrlə hətta onlara lağ da edirlər. Bu qədər hədyanlara və haqsızlıqlara qarşı etiraz edəni dərhal minbir bəhanə ilə işdən qovurlar. Hətta bütün bunlar azmış kimi, cüzi maaşa dözən, taleyini sənət yolunda fəda edən bu insanlara həqarətlə yanaşmaq həyatın ən acı ironiyasıdır desək azdır. Mənəvi sıxıntılara, yaşamın məşəqqətlərinə aktyorlar qədər dözən ikinci bir zümrəyə gözəlim məmləkətdə rast gəlmək qeyri mümkündür. Bu acılar azmış kimi, onlara aşağılayıcı tərzdə yanaşmaq dünyanın ən böyük rəzalətidir. Buna tipik örnək kimi İrəvan Dövlət Azərbaycan Teatrını və onun 17 ildir direktoru olan İftixar Piriyevi göstərmək olar. İftixar Piriyev ömrünü bu qocaman sənət ocağına bağlamış çox sayda sənətkarları heç bir əsas olmadan istədiyi kimi teatrdan perik salıb. Digər teatrlar da elə bu rəzalətlə üz-üzədir.
“Teatr Xadimləri İttifaqı” adlı “Şən Həyat Kolxozu”
2003-cü ildən bu yana 15 ildir Teatr Xadimləri İttifaqı adlı qurumu Azərpaşa Nemətov şəriksiz olaraq idarə edir. Qurumun sıralarında 800-dən çox peşəkar və həvəskar teatr xadimləri birləşiblər. Ancaq, indiyə kimi bu qurum bircə dəfə də olsun teatrlarda çalışan sənət adamlarının sosial-iqtisadi problemləri ilə ilgilənməyib. Onların dəhşət saçan iş rejimlərini, maaşlarının azlığı, hətta teatrların dilənçi günə düşməsi kimi problemləri qabartmayıb. Quruma rəhbərlik edənlər Azərbaycan teatrının inkişafı yolunda həyatını vermiş və onların alın təri ilə tikilmiş Aktyorlar Evinin binasını müxtəlif restoranalara, kafe və barlara, şirkətlərə icarəyə verərək özləri üçün komfort həyat adlı bir düzən yaratmışlar. Heç kimsəyə sirr deyil ki, mədəniyyət nazirliyi və Teatr Xadimləri İttifaqına rəhbərlik edənlər daim Rusiya yönlü olublar. Onlar heç olmasa, Rusiya Teatr Xadimləri İttifaqının sədri, ünlü sənətçi Aleksandr Kalyagindən örnək götürəydilər. Aleksandr Aleksandroviç Vladimir Putin kimi sərt xarakterli prezidentlə baş-başa gələrək daim ölkə teatrlarının acınacaqlı problemlərini qabardır. Teatrların sosial-iqtisadi və maddi-texniki bazasının problemlərinin çözümü üçün mücadilə aparır. Kalyaginin bu mücadiləsini bütün Rusiya bilir. Çünki, nə iş görürsə, teatr xadimləri və cəmiyyətlə bölüşür. Azərbaycanda isə bütün bunlar tam tərsinədir. Bizim Teatr Xadimləri İttifaqı “xumarlı” siyasət düsturu ilə hərəkət edir. Bu qurumun sədr müavini Rafiq Əliyev adlı birisi vaxtilə bizim teatr problemləri ilə bağlı qaldırdığımız məsələləri ört-basdır etmək üçün hətta qəzetlərdə cızmaqaralar dərc etdirmişdi. “Aktyorlar Evi”nin binasının sayəsində icarəyə verilmiş restoranlar, barlar və kafelər şəbəkəsi ilə bağlı ölkə teatr xadimlərinin heç bir bilgisi belə yoxdur. Burada əldə olunan gəlirlərlə imkansız, xəstə, hətta dəfn parası olmayan sənət adamlarına əməlli başlı dəstək vermək olar. Ölkədaxili teatr festivallarını keçirmək mümkündür. Gənc sənətçilərə meydan vermək üçün dəstək vermək olar. Dramaturqların əsərlərini dərc etmək olar.
Bu gün dünyanın inkişaf etmiş ölkəklərində teatrlar bir yandan dövlətin, digər yandan isə sponsorların sayəsində orta aylıq maaşlarının təmin edilməsi kimi sorunları çözürlər. Rusiya Federasiyasında 700 teatr mövcuddur və burada aktyorların orta aylıq maaşı 366-440 dollar arasındadır. Qonşu Gürcüstanda 253 avro, Türkiyədə 850-2000 dollar, 5 milyon 495 min nəfər əhalisi olan Finlandiyada 33 teatr var və aktyorların orta aylıq maaşı 2506 avrodur. Bolqarstanda 637.29, Rumıniyada 702.40, Litvada 880, Latviyada 1053.97, Polşada 1114.75, Macarstanda 1066.67, Xorvatiyada 1261.02, Slovakiyada 1258.82, Çexiyada 1249.64, Estoniyada 1352.94, Maltada 1878.90, Yunanıstanda 1588.49, Portuqaliyada 1801.57, Sloveniyada 2218.49, İspaniyada 2417.78, İngiltərə və İrlandiyada 3482.35, İtaliyada 3141.17, Almaniyada 3812.50, Avstriyada 3705.88, Hollandiyada 3975.38, Fransada 3929.25, Lüksemburqda 5462.07, İsveçdə 4338.26, Belçikada 4511.11 və Danimarkada 6068.97 avro orta aylıq maaş sistemi mövcuddur.
Azərbaycanda isə qeyd etdiyimiz kimi, hətta Dövlət Statistika Komitəsinin elan etdiyi orta aylıq maaş cədvəlindən fərqli olaraq, bölgə aktyorlarının aylıq gəlirləri 2-2.5 dəfə azdır. Bu rəzaləti məgər mədəniyyət nazirliyi və Teatr Xadimləri İttifaqı görmürmü? Görürlərsə, o zaman nədən susurlar? Bu gün faktiki olaraq, ölkənin bütün nazirlik və komitələrində rəhbərlik hökumətlə öz işçilərinin maaş normativləri sorunlarını çözmək kimi iradə ortaya qoyublar. Faktiki olaraq, gərəkən sorunlar da addım-addım çözülür. Mədəniyyət nazirliyi isə susqunluq adlı bir bataqlıq yaradıb. Hər kəsi bu andıra qalmış bataqlıqda diri-diri gömmək siyasətini yürüdür. Görünən budur. Başqa bir qonu yox.
Teatrı təkbaşına idarə edən direktor siyasəti
Mədəniyyət nazirinin keçmiş müavini, teatr və kino sahəsinə son 26 ildə rəhbərlik etmiş Ədalət Vəliyevin apardığı “direktor teatrı” siyasətinin hansı acı nəticələrə səbəb olması yönündə ölkə mətbuatında yazırlarla çıxış etsək də, nazirlik qaldırılan sorunların çözümü üçün heç bir iş görməyib. İmitasiya xarakterli görüntülər yaratmaqla cəmiyyəti aldatmaq taktikası ilə hərəkət edib. Bu acı gerçəklikdir. Min dəfələrlə təəssüflər olsun ki, teatr siyasəti ölüm durumundadır. Çünki, teatrlarda söz sahibinə çevrilmiş direktorlar çetesi rəzalətin başında dururlar. Bədii Şura adlı qurumda direktorlar heç bir haqqı olmadan iki şəxsi əvəz edən səsvermə hüququna sahibdirlər. Rejissorlar və aktyorların səlahiyyəti olmadığı üçün, onlar həlledici səs hüququndan məhrumdurlar. Teatrların repertuar siyasəti bu savadsız direktorların səlahiyyətindədir. Elə götürək Akademik Milli Dram Teatrını. Son üç ildə ölkənin ana teatrında bədii rəhbər postunu məngirləmiş Azərpaşa Nemətov peşəkar rejissorları yaxın buraxmır. Bu faktın özü isbat edir ki, Ədalət Vəliyevin teatrlara tətbiq etdiyi rəzalət davam edir. İndi görün bölgələrdə daha nə kimi sorunlar yaşanılır. Çünki ölkədə teatr prosesi anlamı tamamilə məhv edilib. Bu məsələdə teatrşünaslarımızı və teatr tənqidçilərimizi daha çox qınayırıq. Azından onlar milli teatr problemlərini cəmiyyətlə bölüşməliydilər. Üstüörtülü ibarələrlə yetinməklə deyil, cəsarətli tənqidləri ilə çıxış etməliydilər. Axı ölümə məhkum edilmiş teatrlarımızda “direktor çetesi” özlərini imperator səviyyəsində aparır. Ona görə də istedadlı gənc aktyorlar, dramaturqlar və rejissorlar nəsli yetişmir. Teatrlarımızda, özəlliklə bölgələrdə çalışan sənəkarların orta yaş həddi isə çoxdan 50-70 arasındadır. Halbuki, Türkiyə və Gürcüstanda teatrlarında çalışanların orta yaşı 25-32 arasındadır.
Teatrlara qarşı belə bir anlamla yanaşıma görkəmli teatr xadimi Herbert Uells haqlı olaraq deyir: “Direktor teatrı anlayışını hərbi kazarma kommunizmi adlandırmaq daha doğru olardı”. Çünki direktor adı altında bu çete prodüsser, repertuar siyasətinin təşkilatçısı, biletlərin satışı, qastrollar, qastrollar və başqa hüdudsuz səlahiyyətləri çərçivəsində teatrı istismar siyasətini yürüdür. Hərbi kazarmaya çevrilmiş teatrlarda sanki direktor quldar və orada çalışanlar qullardır. Ölkənin mədəni həyatında savadsız, hər növ istedaddan yoxsun (məhrum) olan çete istismar...istismar... istismar... siyasəti ilə həddindən artıq şişiblər. Yaşadığımız XXI yüzilin bütün şərtlərinə tüpürüblər. Çünki, mədəniyyət nazirliyi və Teatr Xadimləri İttifaqı bu yaramzlıqları görməzlikdən gəlirlər. Beləliklə də peşəkar yaradıcılıq teatrlardan perik düşüb. Hər şey kağız üzərində gözəl görünür. Özəlliklə bürokratların mənfəəti üçün. Təkcə hüququ olmayan aktyorlar, rejissorlar, dramaturqlar, texniki işçilər bütün bunları səssizcə, məlul-məlul seyr etmək zorunda qalıblar. Hər gün evdən çıxıb işə gedən aktyorlar, rejissorlar və texniki işçilər cüzi maaşları çərçivəsində ac-yalavac həyatın sərt üzü ilə üz-üzə yaşamaq zorunda qalıblar. Dünyanın heç bir ölkəsində bu rəzalətin qarşısında susqunluq nümayiş etdirən başqa bir zümrəyə rast gəlinməz. Ölkənin mədəniyyətini dişinlə, dırnağınla yaşat. İllər boyu çoxlu əsərlər oxu. Səhnədə hər gün fitri istedadınla, ruhunla, enerjinlə sənət yarat və sonunda qəpik-quruşla evinə dön. Budur Azərbaycan teatrında çalışan aktyorların sənət və həyat taleyi. Çünki, direktor teatrı bu dəhşətin və vəhşətin təməlində dayanıb.
Teatrlarda rəzalət davam edir

Ənvər BÖRÜSOY,
sənətşünas
Xudaferin.eu
10:28