Deyir ki,- “Orta məktəbdə oxuyarkən hər gün gedib-gəlməyə xeyli vaxt sərf edirdim. Təsəvvür edin ki, məktəb evimizdən 4 kilometr aralıda idi. Bir gün direktor mənə dedi ki, sənə qızıl medal vermək istəyirik. Atana denən ki, 300 manat versin, yuxarı çatdıracam. O vaxt bizim üç inəyimiz, 11 qoyunumuz və bir eşşəyimiz var idi. Onların hamısını satsaydıq da, 300- manat eləmirdi. Direktorumuz Həsən Cəfərliyə dedim ki, bizim o pulu verməyə gücümüz çatmır. Acığı tutdu və imtahanda mənə elə sual verdi ki, cavabını heç özü də bilmirdi. Heç bir kitabda o yox idi. Mənə "iki" yazmaq istədi, amma Vəliyev Əhməd müəllim onu dinləmədi, layiq olduğum qiymətimi - "beş"imi yazıb yola saldı. Əhməd müəllim o vaxt ədalətli davranmasaydı, mən universitetə girməzdim. O gündən sonra öz-özümə dedim ki, Rəşid, ömrün boyu ədalətli olmasan, haqqı müdafiə etməsən, demək əclafsan. Bax, o vaxt söyüş qoyub, özümə söz verdim və bu gün də o sözümə əməl edirəm. Həmişə ədalətli olmağa çalışıram...”
Bu gün tez-tez işlədilən “ziyalı” sözü, ingilislərdə “intelligent” kimi ifadə olunur və tam başqa məna daşıyır. Bizdə isə bu kəlməni hərə bir cür izah edib, anlatmağa çalışır. Kimisi bu sözü ali təhsili olanlara, kimisi də nüfuzlu adamlara şamil edir. Necə deyərlər, son vaxtlar dəbdə olan “müəllim”, “xanım” müraciət formaları kimi, “ziyalı” ifadəsinin də ünvanı çaş-baş düşüb. Bəlkə də ziyalılıq heç bir təmənna güdmədən, yaşadığın cəmiyyəti narahat edən problemləri dilə gətirməyi, ictimaiyyətə doğru yol göstərməyi bacarmaqdır. İxtisasından asılı olmayaraq hər kəs ziyalı ola bilər. Yazıçı, şair, həkim, müəllim, mühəndis, aktyor, lap elə sürücü də…
“Ziyalı insan ədalətli olmalıdır. Mən düşünürəm ki, bu gün bizim düşdüyümüz vəziyyətin günahkarı ziyalılarımızdır. Bəli, millətin sərvəti onun ziyalısıdır. Hər bir ziyalı nurdur, o, xalqına yol göstərməlidir, həqiqəti deməlidir ki, hansı yolla gedək. Əgər bir ziyalı yaltaqdırsa, bir it yalına hürürsə, vay o millətin halına. Biz çalışmalıyıq ki, yalançılıq, ədalətsizlik aradan qaldırılsın.”- söyləyir.
Onu bu ölkədə tanımayan çox az adam tapılar. Nə həkim kimi, nə də ki, müəllim kimi məşhurlaşmayıb. Onu xalqa sevdirən düşündüklərini dilə gətirmək bacarığı və cəsarətli çıxışlarıdır. Əlbəttə ki, söhbət Mahmudov Rəşid Mahmud oğlundan gedir.
O, 28 noyabr 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olub. Orta təhsilini 1955-ci illdə Füzuli adına Böyük Qaramurad kənd məktəbində başa vurub. 1955-1961-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda ali təhsil alıb və Səhiyyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilib.1963-cü ilə qədər orada işləyib.1963–1966-cı illərdə tibb institutunun aspiranturasında elmi işlə məşğul olub, 1966-cı ildən həmin institutun “Normal fiziologiya” kafedrasında əvvəlcə assistent kimi fəaliyyət göstərsə də, sonradan orada baş müəllim, hazırda isə dosent kimi şalışır.
1983-cü ildə "Aterosklerozun yaranmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu" mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnib...
Ölkədə təhsilin bərbad vəziyyətdə olduğundan, məmurların özbaşınalığından gileylənir.
Deyir ki,- “Rüşvətxorluq baş alıb gedir. Məmurlar üzlərini millətə tərəf çevirməlidir, xalqın pulunu oğurlamamalıdırlar. Buna qarşı görüləsi işlərimiz çoxdur, görülmür. Orta məktəb kitablarına gic-gic nağıllar salırlar, niyə mənim qəhrəmanlarımı, tarixi şəxsiyyətlərimi, ziyalılarımı salmırsan kitaba? O vaxt Pakistanda vəba xəstəliyi yayılmışdı, hamı qırılırdı. Zeynalabdin Tağıyev öz pulu ilə dərman alıb göndərdi və Pakistandakı müsəlmanlar qırılmadı. Bu gün onların orta məktəb kitabını açsaq görərik ki, Tağıyevin şəkli, haqqında məlumatlar var. Amma bizdə küçəyə çıx və yeniyetmələrdən soruş ki, Tağıyev kimdir? Gör tanıyacaqlar? Tanımayacaqlar! Təklif edərdim ki, əlaçı tələbələr ali məktəbi bitirəndən sonra işlə təmin olunsunlar. Ümumiyyətlə, ölkədə işsizlik problemi həll olunmalıdır. İnsanlar əziyyət çəkirlər...”
Belə tənqidi çıxışlarına görə başına min cür oyun gəlib, amma heç vaxt ruhdan düşməyib, əqidəsindən dönməyib.
“Nə iqtidaram, nə müxalifət. Heç vaxt da dövlətə qarşı çıxmamışam. Mən haqqı danışan adamam. 35 yaşımdan "podval”lara aparılıram. O vaxtdan da kəfənimi geyinib gəzirəm küçələrdə. Əynimdəki həkim xalatı deyil, kəfəndir. Mən çoxdan özümü içimdə öldürmüşəm, dəfn etmişəm. Məni maşınla vurdular, işdən çıxardılar, amma ölmədim, işə də qayıtdım, Allah imkan vermədi onlara.”- söyləyir...
Neçə illərdir ki, ölkə əhalisinin yod çatışmamazlığından tələf olduqları barədə ürək ağrısı ilə danışıb, car çəkir. Onun fikrincə qadınlarda döş xərçəngi, zob, ümumiyyətlə adamlarda yaranan xəstəliklərin çoxu məhz orqanizmdə yod çatışmamazlığı ucbatından baş verir. İçməli suyun və digər ərzaqların yodlaşdırılmasını təklif edir. Bunun vacibliyini gündəmə gətirir...
İllər ötəcək, bəlkə də ömrünün müdrik çağlarını yaşayan bu cəsarətli alimin arzuları çin olacaq. Yəqin ki, bunu çox yaşayanlar və gələcək nəsillər görəcək...
Söhbətimin sonunda bu gün 84 yaşını qeyd edəcək Rəşid Mahmudova möhkəm cansağlığı, ağrı-acısız günlər arzulayıram.
Çox yaşa, ÜRƏYİ DOLU ADAM!
ÜRƏYİ DOLU ADAM

Elman Eldaroğlu
(Təzadlar.az-ın köşə yazarı)
Xudaferin.eu
15:23