“Soyunub əynini təzə gəlintək
töküb paltarını ayaqlarına,
gecə yağışında yuyunub təmiz,
əlində xınası qurumamış qız...
Mən səni sevirəm, sevirəm payız.”
Bu şeir ona məxsus olsa da, cismində gəzdirdiyi ruhdan doğulub. Təkcə bu misralar bəs edir ki, ruhuna salam verəsən. Salam!..
1958-ci ildə, qışın oğlan çağında Ağdamın Sofulu kəndində dünyaya gəlib. Uşaqlıqdan riyaziyyatı çox sevdiyindən dəqiq elmlərə marağı olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşında Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olaraq, 21 yaşında ali təhsilini başa vurub. Uzun müddət “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışıb. Sonra Qarabağa yollanıb, müharibədə zabit kimi iştirak edib. Xidməti ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla, eləcə də qiymətli hədiyyələrlə təltif olunub...
Deyir ki,- “Qaranlıqdan, tənhalıqdan, yalqızlıqdan, ölümdən qorxmuram. Bəzən axtardığımı gözübağlı daha tez tapıram. Sanki qaranlıqda daha yaxşı görürəm. Cəbhədə olanda, o qədər qaranlıqda dərəli-təpəli yol getmişəm ki. Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.”
İstedadlıdır, gözəl ilhamı var. Bu ilhamdan qaynaqlanan təbi isə yaradıcılığından boylanıb gülümsəyir. "Qapı" və "Qarabağ rüzgarları", "Gecə xəyalları", “Su üzərində bahar” şeir kitablarının müəllifidir. Dünya, xüsusən də polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. "Qəfil görüş" çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Müasir polyak şairlərinin şeirlərini tərcümə edərək "Şairlər eyni dildə danışırlar" adlı şeir antologiyası kitabını hazırlayıb.
2006-cı ildə “Qarabağ qazisi haqqında ballada” poemasına görə Beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb. 2010-cu ildə dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar qələmə aldığı “Şopenin ürəyi” poemasına və Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb. 2011-ci ildə ədəbiyyat üzrə “Nobel” mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik yubileyində Azərbaycanı təmsil edib. Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna və özbək dillərinə tərcümə olunub...
Dənizi çox sevir. Onu saf, təmiz bir canlı kimi təsəvvür edir. Bu sevgini dilə gətirib söyləyir: “Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Ürəyimi ona açıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…”
“Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”- deyən, dünya şöhrətli alim Rafiq Əliyevdən tutmuş, polyak şairlərinə kimi onun haqqında çox adamlar fikir söyləyiblər, şəxsiyyətinə, yaradıcılığına yüksək dəyər veriblər...
Bəli, düz tapdınız, söhbət şair Rəfail Tağızadədən gedir. Ehtiyatda olan polkovnik-leytinant, şair, publisist Təranə Məmməd isə onun barəsində belə yazır: “Rəfail Tağızadənin ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir. Onun yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir.
Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları - söz sənəti nümunələri yaradır. Onu başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını - sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir...”
“Yenə bir baharın qonağı oldum.
Yenə nar çiçəyi açdı bir səhər,
(mənim sevgi gülüm, nar çiçəkləri)
yenə bədirləndi Ay da bu gecə,
yenə Xəzərimi dalğalı gördüm,
yenə qağayılar nəğmə oxudu,
yenə dəniz mehi vurdu üzümə,
yenə qızılgüllər açdı səninçün.
Çəmənlər yamyaşıl, ağac yamyaşıl,
yenə uşaqların gözləri gülür,
yenə pəncərədə pərdə tərpənir,
evimin qapısı döyülür yenə...
Demək, mən bir il də yaşadım hələ...”
- deyən Rəfail Tağızadənin fevralın 11-də 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşa, ruhuna borclu, ölümdən qorxmayan adam!..
Çox yaşa, ruhuna borclu adam!

Elman Eldaroğlu
Xudaferin.eu
08:41