Bir gün Əmir Teymur öz qoşunuyla Şiraza çathaçatda atını saxlayır, vəzirinə deyir ki, bu vilayətdə ən ləyaqətli adamı tapıb gətirin!
Nə isə, Hafiz Şirazini tapıb gətirirlər, böyük hörmət və ehtiramla...
Teymur atdan düşür, əl açıb ona tərəf yürüyür, yaxınlaşanda Hafiz Şirazi diz üstə çökür. Teymur geri qayıdıb atına minir və əmr edir- Bu vilayətdə başıpapaqlı qalmamamalıdır!..
Cəngavər kimidir, atıldığı döyüşdən geri çəkilməyi xoşlamır. Özünə güvənir, ədalətsizliyə qarşı təzyiq göstərməyə meyillidir. Müstəqilliyi çox sevir, azadlıq onun ən böyük arzusudur. Onu cilovlamaq son dərəcə çətindir. “Mən də buradayam” deyən, cəsarətli bir davranışı var. Rəsmiyyətə nifrət edir, səbirsiz olduğundan bəzən uşaq saflığı ilə sərhədləri aşıb keçməyə səy göstərir və heç bir qaydaları tanımaq istəmir. Təmkinli olduğu qədər də əsəbidir. Qurub yaratdıqlarını bir anda dağıda bilər. Yalqız qalmağı xoşlayır, tək olanda öz aləminə qapılır və problemləri unudur...
Tükənməz enerjisi var, bu enerji hisslərinə hakimlik edir. Dominant adamdır, üstünlüyü qoruyub saxlaya bilir. Hər zaman öndə olmağı sevir. Həm də özünü güclü şəkildə ifadə etməyi bacarır. Bu bəzən ona problem yaradır...
“Deyilənlərə görə, insan ömrünü qısaldan səbəblərdən ən əsasları - qorxu, bədbinlik, nifrət, bir də qətiyyətsizlikdir. Bu gün insanlar arasında dərin bir uçurum yaranıb. Biz ziyalılar, bu uçurumun üzərində mayası hörmətdən, məhəbbət və səmimiyyətdən yoğrulmuş ünsiyyət körpüsü salmalıyıq."- söyləyir...
Haqqında söhbət açdığım Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, "Debüt" studiyasının baş redaktoru, “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusunun, "Kölgəsiz adam" hekayə və povestlər kitabının, "Rasim Balayev" kitabının müəllifidir. Bir sıra filmlərin ssenarisi ona məxsusdur...
Deyir ki,- "Dükanda, bazarda, xəstəxanada, bankda, Tv verilişlərində, saytlarda, rəsmi, qeyri-rəsmi informasiyalarda, hökumət, qeyri-hökumət idarələrində və sair və ilaxır. Elə bilillər ki, hamı, üzür istəyirəm, ucdan tutma "lox"-du və fil qulağında yatdığından hamının qulağından "əriştə" asa bilərlər! Alladırlar, utanmadan, qızarmadan, vicdan əzabı çəkmədən alladırlar. Biz biçarələrin də əlindən özgə bir zad gəlmir, bircə şeydən başqa - biz də qayıdıb onları alladırıq. Yəni özümüzü elə aparırıq ki, guya yaşayırıq!.."
Bir vaxtlar Milli Şurada təmsil olunduğundan ölkədə iqtidara müxalif ziyalılardan biri kimi tanınır. Amma onun hakimiyyətdə təmsil olunmaq arzusu heç zaman olmayıb. Bu heç mümkün də deyil. Yaşının səkkizinci on illiyinə qədəm basıb. Ona sakit həyat, nəvələrilə gün keçirmək, ömrün son mərhələsini firəvan yaşamaq daha önəmlidir. Sadəcə ölkədə baş verən neqativ hallara biganə qala bilmir. Bu da onun son dərəcə çılğınlığından irəli gəlir.
“Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı, hüququ və ixtiyarı yoxdur. Mən bu cür siyasi qurumda, “Milli Şura”da olmaqdan xəcalət hissi keçirirdim. Odur ki, həmin qurumu tərk elədim, peşman da deyiləm.”- söyləyir...
Məcaralara meyillidir, daim hərəkətdə olmaq istəyi, səbirsizliyi bəzən ona problem yaradır, amma təcrübəli olduğundan bu çətinlikləri dəf edə bilir. Qəzəb və nifrət hissi ona yaddır. İnsanpərvər, xalqa bağlı adamdır. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə məhz buna görə çox vaxt müvəffəqiyyət qazanır. O, öz problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxusu sadəcə əriyib gedir...
Başına çox hadisələr gəlib. Məşhur Vladimir Vsotskilə sərgüzəştlərindən danışanda dodaqları qaçır. Xoşbəxtlikdən yaddaşı elə də güclü deyil. Bu onun qəlbinin təmizliyindən, kinli adam olmadığından irəli gəlir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nəsə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır...
Deyir ki,- “Dünyanın ən gözəl heykəltəraşı SEVGİdir. Heç bir istedadlı heykəltəraş SEVGİ qədər möhtəşəm heykəl yapmaq qüdrətində deyil. Çünki SEVGİ öz "əsərlərini" bir başa insanın qəlbinə həkk edir. Qəlbin ALLAH sevgisiylə dolu olsa, ruhun sənə xoşbəxtlik qanadları bəxş edər!..”
Bəli, o da xoşbəxt insanlardan biridir, yaratdığı ekran əsərləri onu unudulmağa qoymayacaq. Aprelin 20-si 72 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram...
Hörmətli, Eldəniz müəllim, bilirəm narahatsınız. Obrazlı desək, səhərin açılmasına çox tələsirsiniz. Amma səhər Günəş doğandan sonra açılır...
Səhər Günəş doğandan sonra açılır...
Eldəniz Quliyev- 72

Çox yaşayın!
Elman Eldaroğlu
Xudaferin.eu
11:46