Bu gün sizə dünyanın ən gözəl adamlarından biri haqqında söhbət açmaq istəyirəm. El arasında kiminsə haqqında söz düşəndə- filankəs sinəsində böyük ürək gəzdirir- deyirlər. Mənim qəhrəmanımı isə sinəsindəki böyük ürək yaşadır. Bəli, onu ürəyi yaşadır, o isə ürəkləri. Yəni neçə-neçə adamı…
Xaraktercə nəzakətlidir. Dərin duyğulu, fədakar, intuitiv, başqalarının ehtiyaclarına həssaslıqla yanaşan insandır. Son dərəcə kövrək, münasibətdə etibarlı və sədaqətə önəm verən birisidir. Mehriban davranışı var...
Deyir ki;- “Mən ali təhsil alandan sonra bir müddət kənddə müəllim kimi fəaliyyət göstərmişəm. Uzun illərdir oradan ayrılsam da bu günədək yuxularımda həmin məktəbi görürəm. Bu da sonradan ona gətirdi ki, mən ali məktəbin nəzdində lisey yaradlıması təşəbbüsü ilə çıxış elədim və bu gün də çox sevinirəm ki, dostlarımın dəstəyi ilə bu məktəbin fəaliyyətini davam elətdirirəm. Bu məktəb artıq böyük bir kompleksə çevrilib. Məktəbdə olan hər bir uşaq mənim üçün bir məktəbdir. Məktəb doğrudan da böyük bir fəlsəfədi. Həyatın dərk olunması da buradan başlayır. Yaponlar əbəs yerə demirlər ki: “Tərəqqinin, inkişafın üç səbəbi var: təhsil, təhsil və yenə də təhsil”. Sokratın bir ifadəsi var: “Yalnız bir Tanrı var, o da bilikdir, yalnız bir şeytan var, o da nadanlıqdır.” Hesab edirəm ki, keçid dövrünü üstələdiyimiz bu məqamlarda bizə təhsildən vacib heç nə yoxdur. Hesab edirəm ki, biz düzgün yoldayıq. Başqa sahələrə sərf eləyəcəyim enerjini məktəbdə sərf eləməyi özümün vəzifə borcum hesab edirəm və bununla fəxr edirəm. Aspirantlara, magistrlərə dərs desəm də orta məktəbdə işləməyi özüm üçün Allahın lütfü, xoş qisməti hesab edirəm.”
İş həyatında son dərəcə tələbkar və diqqətlidir. Eyni zamanda kökə, ailəyə bağlı adamdır. Uşaq kimi yumşaq, emosional, sentimant quruluşdur. Nostalji hisslərlə hərəkət etməyi xoşlayır və sevdiklərini çox qoruyur, ürəyində onlar üçün xüsusi bir yer verir. Düşdüyü vəziyyət nə qədər çətin olsa da, münasibətlərində qətiyyət göstərə bilir. Necə deyərlər, fırtınalı məqamlarda çox səbrlidir...
“Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, həm müəllim, həm naşir, həm tərcüməçi, həm alim kimi çox işlərə baş vurmuşam və artıq konkret hansı işləri görməli olduğumu müəyyənləşdirmişəm. Bu yaşdan sonra insan dərk eləyir ki, hansı dəyərlərin üstünə getməlidir, həyatda əsas nədir, ötəri olan nədir? Bu mənada hesab edirəm ki, düzgün yol seçmişəm və başa düşürəm ki, artıq geriyə dönüş yoxdur.”- söyləyir.
Xaricdən sərt görünsə də, həssas və mühafizəkar bir təbiətə sahibdir. Düşüncələrini necə ortaya qoyacağını yaxşı bilir. İntuisiyasını məharətlə ifadə etməyi bacarır. Romantik adamdır. Hisslərinə həddindən artıq bel bağlayır. Bu səbəbdən ayaqüstə möhkəm dayanıb...
Deyir ki;- “Ötən əsrin 90-cı illərində həm dünya ədəbiyyatından bizim dilə, həm də Azərbaycancadan digər dillərə tərcümədə doğrudan da çətinliklər, problemlər var idi. Jurnalın təsisindən etibarən, biz “Mütərcim” olaraq hələ Azərbaycan oxucusuna məlum olmayan müəllifləri- Coysdan başlamış rus ədəbiyyatından indiyədək Azərbaycan oxucusuna məlum olmayan əsərləri, əcnəbi müəllifləri seçib tərcümə edirdik. Ətrafımızda da çox yaxşı bir kollektiv vardı. Təbii ki, indi həmin enerji ilə bu gün davam edə bilməsək də, konkret olaraq hədəflərimizi müəyyənləşdirmişik. Jurnalımızın yönümünü daha çox rus ədəbiyyatının tərcüməsinə istiqamətləndirmişik. Məsələn, biz Dostoyevskinin “Yoxsul insanlar” əsərinin tərcüməsini vermişik. Çünki həmin roman da Azərbaycan dilinə tərcümə olunmamışdı. Hədəflərimizə doğru irəliləyirik, gələcəkdə də bunu davam etdirəcəyik. Gələcək göstərər. Tərcümə sahəsində işlərimiz əla gedir. Latın qrafikalı nəşrlər çap olunur, Yazıçılar Birliyinin orqanlarında, elə təkcə “Azərbaycan” jurnalının hər sayında xeyli sanballı tərcümələr gedir. 150 cildlik dünya ədəbiyyatı kitabxanasından tərcümə nəşrləri davam edir. Sankt-Peterburqda dünya tərcüməçilərinin dünya simpoziumunda iştirak eləmişdim. Oraya özümlə nəşrlər aparıb təqdim elədim, nəşrlər haqqında danışanda hamı təəccübləndi ki, ola bilməz ki, Azərbaycan kimi balaca bir ölkədə yüksək səviyyədə bu qədər kitab nəşr olunsun. Pessimistlərdən fərqli olaraq tərcümə sahəsi haqqında nikbin fikirdəyəm. Allaha şükür, artıq bizdə tərcümə işi normal səviyyədədir...”
Xeyli elmi-filoloji, bədii tərcümələri var. Adı Dostoyevskinin “Karamazov qardaşları” ilə assosiasiya olunur. Əsasən Dostoyevskinin tərcümə etməsinin səbəbini isə belə izah edir:- “Dostoyevski insan qəlbinin çırpıntılarını, insanı həyatda izləyən məşəqqətləri çox ustalıqla təsvir edir. Dostoyevskidə insan həyatının tarixçəsini öyrənmək, ona təsir eləmək, onda işıqlı nələrsə görmək var. Dostoyevski fenomenal bir hadisədir. “Karamazov qardaşları” dünya nəsrinin şah əsəridir. O əsəri mən Həştərxan Universitetində Filologiya fakültəsinin tələbəsi olarkən oxumuşdum. Amma onda dərk eləməmişdim. Yəni o əsərin dərinliklərinə varmaq o vaxt mənə bir az çətin olmuşdu. Deyək ki, “Cinayət və cəza”, lap elə “İdiot”un özünü də qavramaq mənə asan idi. Amma “Karamazov qardaşları”nı axıra qədər dərk eləyə bilməmişdim. Bəlkə də həcmi qorxutmuşdu məni. Sonralar, 2004-cü ildə Yazıçılar Birliyinin qurultayında Anar müəllim məclisə müraciət elədi ki, bizim ədəbiyyatımızın çatışmayan cəhətlərindən biri də odur ki, dünya nəsrinin şah əsəri “Karamazov qardaşları” dilimizə tərcümə olunmayıb. Sanki bu fikir, bu təklif ağlıma, düşüncəmə təkan verdi ki, əsəri dilimizə tərcümə edim. Əslində o ideya tələbəlikdən başımda oturmuşdu. O tərcümədə mənim sevimli müəllimim, professor Məmməd Qocayevin də zəhməti çoxdur. Çünki o da məni buna istiqamətləndirdi. Çox sevinirəm ki, biz bu tərcüməni eləyə bildik. Bu tərcümə bizim ədəbiyyatşünaslığımızda prinsipial məsələdir. Çünki indi tərcüməyə müxtəlif baxışlar mövcuddur: Hərfi tərcümə, sərbəst tərcümə, yaxud da sərbəst və hərfi tərcümənin ortaq bir nöqtəsini taparaq bədii tərcüməni həyata keçirmək mövqeyi... Dostoyevski elə bir müəllifdir ki, orada sərbəstliyə yol vermək qeyri-mümkündür. Onun öz sintaksisi, öz dili, öz intonasiyası, mətnin dinamikası, arxitektonikası var. Yəni Dostoyevskini başqa cür vermək olmaz. Sanki onun mətnləri bir vəhy kimi Dostoyevskiyə gəlib, o mətni, onun dinamikasını dağıtmaq, onun gərginliyini başqa cür ikinci dilə ötürmək olmaz. Ona görə doğrudan da bu tərcümə çətin oldu. Ondan sonra Tolstoyu tərcümə elədim, gördüm ki, bu daha asandır. Asanlıq və çətinlik obyektə, predmetə münasibətdən, məsuliyyətdən də irəli gəlir. Tərcümə edəndə “babam mənə kor dedi, gəlib gedənə vur dedi” deyib də yox, məsuliyyəti dərk edərək məsələyə yanaşmaq lazımdır. “Karamazov qardaşları”nı 4 il ərzində, bu məsuliyyəti dərk eləyərək tərcümə etmişəm. Düzdür, mətni sadələşdirmək də, asan dillə, qırıq cümlələrlə də vermək olardı, sintaksisi də dəyişmək olardı, amma burada qeyri-mümkün idi. Onda Dostoyevski yox, başqa müəllif alınardı. Bunu da əlavə etmək istəyirəm: Dostoyevski Azərbaycana nə üçün lazımdır? Bizim tanıdığımız Dostoyevski “Cinayət və cəza”nın, “Karamazov qardaşları”nın, “İdiot”un, “Alçaldılmış və təhqirolunmuşlar”ın, “Şeytanlar”ın müəllifi deyil təkcə. Rus nəzəriyyəçi ailmlərinin, Avrasiyaçıların mənəvi atasıdır. Burada hər şey Dostoyevskiyə söykənir. Dostoyevski sadəcə yazıçı yox, rus filosofudur, mütəfəkkiridir. Həm keçmiş, həm də indiki rus fəlsəfəsi tanınmış filosoflarının etiraf etdikləri kimi Dostoyevskidən qidalanır.”
Haqqında sevə-sevə danışdığım Telman Həmzağa oğlu Cəfərov (Vəlixanlı) 1963-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində dünyaya gəlib. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra üç il doğma kəndində rus dili və ədəbiyyatı fənnini tədris edib. 1988-ci ildə indiki Bakı Slavyan əyani aspiranturasına daxil olub və 1992-ci ildə “M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində” adlı namizədlik dissertasiyası müdafiə edib. 2004-cü ildə isə “Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülb. 1992-ci ildə BSU-nun rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov hazırda həmin kafedranın professorudur. Ötən müddət ərzində universitetin tədris işləri üzrə prorektoru vəzifəsində də çalışıb. Bütün bunlardan əlavə o, 1993-cü ildə yaradılmış “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir. 1996-cı ildə elmi, ədəbi-bədii və tərcümə jurnalı kimi fəaliyyətə başlamış və hazırda Azərbaycan Yazıçılar Birliyi və Bakı Slavyan Universitetinin həmtəsisçiliyi ilə buraxılan “Mütərcim” dərgisinin baş redaktoru və naşiridir. Müstəqil Azərbaycanda nəşr və tərcümə işinin inkişafına xidmət göstərən ziyalılarımızdandır. Onun təşəbbüsü ilə təsis və təşkil olunmuş "Turan" liseyi ölkəmizdə fəaliyyətə başlayan ilk yeni tipli orta ümumtəhsil müəssisələrindən biri idi. 2016-cı ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bir sıra kitabların müəllifi və bir çox əsərlərin tərcüməçisidir...
Yaşı 60-ı haqlasa da yazıb yaratmaq eşqi gəncliyində olduğu kimi coşub-daşır. Arzuları çoxdur. Gələcəyə ümidlərlə boylanır...
Deyir ki;- “Təbii ki, ilk növbədə arzum cansağlığıdır. Sonra da ən böyük arzu Allahın bizə verdiyi qabiliyyətə müvafiq olaraq planlaşdırdığımız işləri həyata keçirməkdir. Yaxşı ədəbi və elmi mühit olmalıdır ətrafda, mənim işlədiyim kollektivdə- Slavyan Universitetində bu var. Bizim jurnalımız da Yazıçılar Birliyinin və Slavyan Universitetini birgə dəstəyi ilə buraxılır. O dəstəyi hiss eləyirəm. Ətrafımda yaxşı dostlar var. Azərbaycanda hər şeyi görürlər, əsl zəhməti qiymətləndirirlər, dəstək verirlər. Çox təəssüf ki, bəzi insanlar isə sadəcə gileylənməklə məşğuldurlar. Giley Allah yanında da pis qəbul olunur. Giley yaxşı olan hər şeyi məhv eləməkdi, görməməzlikdən gəlməkdi. Həmişə şükür etmək lazımdır. Hazırda məşğuliyyətimə gəlincə, bir pedaqoq ki, gənc nəslin maariflənməsi ilə məşğulam. Ötən əsrin oxucusu ilə bugünkü oxucunu müqayisə eləmək olmaz. Dəyərlər, münasibətlər çox dəyişib. Xeyli görüləsi işlər var. Ən ümdə vəzifəm məktəbdə fəaliyyətimi davam elətdirməkdi. Arzum budur ki, qüvvəm, enerjim olsun, hər bir şagirdimə fərdi yanaşa bilim. Bədii tərcüməyə gəlincə, bu sahədə də yorulmadan çalışıram. İnsanlar bilməlidirlər ki, dünyanı yaşadan dəyərlər, dünyanı üstündə saxlayan sütunlar var. Fikrimcə, bunları həmişə insanların yadına salmaq lazımdır ki, yollarından sapmasınlar, doğru yolu seçsinlər...”
İyulun 22-də resbublikanın əməkdar müəllimi, filologiya elmləri doktoru, professor Telman Vəlixanlının 60 yaşı tamam olur. Ona həyatda möhkəm can sağlığı, fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
Yubileyiniz mübarək, əziz və hörmətli PROFESSOR!
Professor Telman Vəlixanlı- 60

Elman Eldaroğlu
Xudaferin.eu
09:09