Həzrəti Eyyub kimi özünə qalib gəlməyi bacaran Eyyub, 55 yaşın mübarək!
Həzrəti Eyyub kimi özünə qalib gəlməyi bacaran Eyyub, 55 yaşın mübarək!
Lənətə gəlmiş Şeytanın Eyyub peyğəmbərin başına gətirdiyi müsibətlər haqqında yəqin ki, çoxunuz eşitmisiz. Həzrəti peyğəmbər bu zülmlərə baxmayaraq bircə dəfə də olsun Allaha asi çıxmır- "Yetər!", "Bəsdir!" söyləmir. Onun bu səbri, imanı Allahın xoşuna gəlir və sonda öz rəsulunu mükafatlandırır…
Bəlkə də Eyyubların hamısı belə səbirli, təvazökar, imanlı olurlar, deyə bilmərəm, amma bizim tanıdığımız müğənni Eyyub sözün əsl mənasında təkəbbürdən çox uzaqdır. Səbirli və imanlıdır, "MƏN"inə qalib gəlməyi bacarıb. Yəni o, heç zaman “mən-mən” deməyi sevmir, təkəbbürdən uzaqdır. Necə deyərlər, "blatnoy" mahnılardan tutmuş xalq, bəstəkar mahnılarına qədər yaradıcılıq yolu keçib. Zövqləri oxşaya bilib, ürəklərdə yuva qurub. Sevənləri yetərincədir…
Bəli, onun indiyədək xeyli könül açan, zövq oxşayan konsertləri baş tutub. Bu barədə çox danışmaq olar, amma İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr etdiyi "Külli zaman içrə saat yarım" adlandırdığı sonuncu konserti möhtəşəmliyi ilə xüsusi seçilir. Ərsəyə gətirdiyi bu konsert əslində onun şəxsiyyəti ilə yaradıcılığının vəhdətinin təzahürü idi. "MƏN"inə qalib gələn bir aşiqin sədası. Dahi Nəsimi demişkən:
Həqiqət həqqi biləndir, verən varını yəğmayə,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdayə.
Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı
Ki, əhli həqq olan kişi, nə qəm, girsə kəlisayə!..
Aprelin 26-sı xalq artisti Eyyub Yaqubovun 55 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Həzrəti Eyyub kimi özünə qalib gəlməyi bacaran Eyyub, 55 yaşın mübarək!
15:17