Təqvimdə 2010-cu il idi. Onun təşkil etdiyi treninqlərdən birində iştirak edirdim. Fasilə zamanı təsadüfən dəhlizdə həmsöhbət olduq. Yaddaşımda iti zəkalı, peşəsini dərindən bilən, müasir təfəkkürlü, təcrübəli bir insan kimi qaldı. Kübarlığı, yüksək mədəniyyəti davranışında öz əksini tapmışdı. Sonralar özüylə üz-üzə gəlməsəm də qələmə aldığı müxtəlif yazılarını oxudum. Həmin yazılar müəllifinin mükəmməl jurnalist olduğunu açıq-aşkar təqdim edirdi. Bəli, peşəkarlıqla səmimiyyət üst-üstə düşəndə və bunlar istedaddan qaynaqlananda ərsəyə gətirilən yazılar da gözəl, oxunaqlı olur...
Əslində, yazmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, yazmağı bacarırsan, çətinliyi isə ondadır ki, yazıya ruh qatıb canlandırmalısan. Məni qınamayın, bir yazı insanı yorursa ölü, düşündürürsə canlıdır. Canlı yazıları oxumaq adama zövq verir, unutduqlarını yada salır, bilmədiklərini isə öyrədir…
Özündən soruşmamışam, amma yazılanlara görə Qazaxda doğulsa da Bakıda böyüyüb böya-başa çatıb. Lomonosov adına Moskva Dövlət Universitetində jurnalist ixtisasına yiyələnib. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olub. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, bir sıra televiziya və radio verilişlərinin, sənədli filmlərin ssenaristidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır…
Deyir ki,- “1960-cı ildə doğulmuşam, amma bioqrafiyam haqqında danışarkən 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da çalışmışam. Televiziyadan başqa”…
Ölkənin jurnalistika üzrə ilk elmlər doktoru Qulu Məhərrəmli isə onun barəsində bunları söylədi: "İntellektual, işgüzar, dürüst, əqidəli, mütaliə etməyi xoşlayan və prinsipial insandır. Azərbaycanda yeni tipli mətbuatı yaradanlardan biri də odur"…
Elədir ki var, söhbətimin qəhrəmanı jurnalist Arif Əliyevdir. Yeri gəlmişkən, dünyanın hər yerində jurnalistika müqəddəs peşələrdən biri sayılır. Bəli, cəmiyyət jurnalisti təmiz, vicdanlı, dürüst insan kimi qəbul edib, ona inanır. Azərbaycan jurnalistikasında da təmiz, vicdanlı insanlar az deyil. Onlardan biri də Arif Əliyevdir. Məhz bu göstəricilərinə görədir ki, o, ölkə mətbuatında yeni cığır açmağı bacarıb. Şəxsi keyfiyyətləri ilə istedadına rəng qatan bu insanın son uğuru bizi çox sevindirir. Onun ssenarisi əsasında mərhum reşissor Rövşən Almuradlının quruluş verdiyi "Əsgərlər unudulanda ölürlər" sənədli filmi Xorvatiya və İstanbulda keçiriləcək festivallara vəsiqə alıb. Kanada nümayiş etdirilib...
Avqustun 31-i Arif Əliyevin 60 yaşı tamam olur. Siyasi məqalələrində bəzən sərt, bəzən də yumşaq olsa da, bütün ömrünü həqiqəti söyləməyə çalışıb. Maraqlı yazıları, layihələri ilə zaman-zaman gündəmə gələ bilib. Neçə-neçə jurnalistin yetişməsində əməyi var. Bu xidmətlərini nəzərə alanda Arif Əliyevin dövlət səviyyəsində mükafatlandırılmasının vaxtı çoxdan yetişib. Bir də ki, gəlin etiraf edək, O, Azərbaycan jurnalistikasının elitasında yer alan bir neçə qələm adamından biridir...
60 yaşın mübarək, Arif Əliyev!
Arif Əliyev- 60

Elman Eldaroğlu
xudaferin.eu
11:14