MƏN GEDƏRSƏM , VAR OLSUN AMALIM YAŞASIN ŞƏHRİYARİ -HÜRRİYYƏT! M.Ə.SABİR

Şəhriyari -hürriyyət günüm ! Bu günü heç vaxt bugünkü kimi  fərqli yaşamamışdım ..Bir də gördüm , yuxarı sinif uşaqları gəldilər -əllərində tort ..Üstünə də CÜMHURİYYƏT -102 yazılıb ..Riqqətə gəlməmək mümkün deyildi ..Məni Cümhuriyyət Günü münasibətilə təbrikə gəliblər ..Və tortla bağlı danışdılar ki , şirniyyat dükanında üstünü yazdırırdıq ..Bir oğlan yaxınlaşıb ..Deyib ki , qaqa , bu 102 kimin nömrəsidi ..qız nömrəsidi ?,,Uşaqlar da deyib ki , bu gün ayın neçəsidir ..o da telefona baxıb , deyib -28 -i ..noolub ki? ..Uşaqlar deyib ,-heç nə! 
..Fırlanıb bir də gəlib , eyni sualı verib ..Uşaqlar da deyib ki , bir də belə səy sual versən 102 -ni yığacağıq !.. Dedim ,-gərək o oğlanın "cümhuriyyət payını" da verəydiniz ! Allah sənə rəhmət eləsin , M.Cəlil !" İranda hürriyyət" hekayəsini xatırladıq !..

Bərabər çay içdik ..bir də gördüm vaxtilə dərs dediyim indi məsul bir yerdə işləyən şagirdim gəldi ki , bu bayramı sizinlə qeyd etmək daha möhtəşəm olar, -deyib gəlmişəm  !.. Beləcə   cümhuriyyətçilər oturduq ! Gözəl bir gün idi ! ..Hələ ardı var ..Bu gün virtual dərsim beşincilərə idi ! Neylədik ?..Dərs keçmədim ..Azərbaycanın himnin oxuduq ..evlərindəkilər də bizə qoşuldu ..Suallarıma da düzgün cavab verdilər ..Cümhuriyyətin yaranma tarixini , Bəyannamə imzalayanları , onların adlarını ..bizi işğal edənləri ..sonda Ş.Ələkbərovanın "Azərbaycan "mahnısını dinlədik ..Hələ dedilər ki , məllim , himni bir də oxuyaqmı ..Oxuduq !

Yooxx ! Mən ölsəm , gözüm arxada qalmayacaq ! Bu uşaqlar ruhumu daşıyacaqlar ..Getsəm də , yenə Mən olaraq qayıdacağam !..

Yaşasın şəhriyari -hürriyyət !
Mən gedərsəm , var olsun amalım !

CÜMHURİYYƏT GÜNÜNÜZ MÜBARƏK !

Bəsti İsmayıl

xudaferin.eu

23:22