Yazımızın ruhuna uygun Ə.Haqverdiyevdən bir parça yazmasam,olmazsa,olmaz !... Yazıçının "Mütrüb dəftəri" hekayəsindən bir parça: "Mən qabaga yeriyib dedim:
— Qasım əmi! Bu qayda hər dövlətdə var, uşaqların adlarını metrik dətərinə salırlar ki, lazım olan vaxt hər birinin yaşı məlum olsun.
Elə bil Qasım əmiyə bir gullə dəydi... Hirslə dedi:
— Mən özum mütrüb dəftəri. Hər kəsin sinnini bilmək istəyirsiniz məndən soruşun! Bax, bu uşaq Qarga Mələyin nəvəsidir, gün tutulan ili anadan olub. Bu uşaq, pişik satan Haşımın nəvəsidir. Novruz bayramı ilə aşura bir günə düşən ili anadan olub... Daha kimi soruşursunuz deyim. Mütrüb dəftəri nəyə lazımdır?
— Qasım əmi! Sən özün hansı ildə anadan olmusan?
— Xaşal Qurbanı sel aparan ili."
Yazının adı belədir:
Adın nədir?
Jurnalistikanın və filologiyanın uşaqları yaxşı xatırlayır, bu sualı bizə çox sevdiyimiz müəllimimiz, səmimi, gözəl insan Mir Cəlal Paşayev birinci kursda oxuyanda tez-tez verərdi. Adımızın mənasını soruşardı, bilmədikdə özü izah edərdi... Müəllimimin xasiyyəti mənə də keçib, mən də şagirdlərimin adlarının mənasını öyrətməyə çalışıram... Bəzən isə izah edə bilmirəm... Bu günlərdə valideyn qızını gətirib ali məktəbə hazırlaşmaq üçün... Qızın adını soruşuram:
— Radə, -deyir
— Bəkə, İradə, -deyirəm. Anası əlavə edir :
— Yox, müəllimə, Radə, qagası qoyub bu adı... Niyəsini soruşuram. Deyir ki, mən də əvvəl razı deyildim, qağası dedi ki, onsuz da camaat İradə deyəcək, kəndin yuxarısında Rənaya İrana, aşağısında Rza kişiyə İrza demirlərmi?
Mən də Ü.Hacıbəyov sayaq dedim ki, hə, onda siz məndən çox bilirsiniz...
Bu il bir uşaq da Maksim adı ilə gəldi.Yenə,niyə Maksim,-deyirəm. Anası deyir ki, əmisinin adıdır, əmisi də şəhid olub. Ta demədim əminin adı niyə Maksimdir...
Ümumiyyətlə, bu yazını yazmayacaqdım, əgər bir neçə gün bundan əvvəl bir yas yerində eşitdiyim ad olmasaydı. Demək, yasın salavat mərhələsində mollabacı dedi ki, Mariya Dilənçi qızının ruhuna bir salavat xətm edin! İndi bundan sonra gülməyini saxla görüm necə saxlayırsan... Hamı dəsmalını ağzına basmışdı...
Belə baxanda bəlkə də biz şükürlüyük. Bir yerlərdən oxudum ki, İngiltərə də bir futbol fanatı oğluna Mançester Yunayted adı qoymaq istəyir. Biri də Türkiyədə Qalatasaray...Və "kənd sovet sədri"ni məhkəməyə veriblər...Çünki "sovet sədri" razı deyil...
Hələ sıfır yaşım olanda mənim başıma görün nə gəlib. Atam deyib ki, ayın 5-də anadan olub. Kənd sovet sədri də xeyli düşünüb və deyib ki, əmi, elə ayın birindən yazım getsinmi...Sanki məni işə götürürlər maaş bağlayacaqlar...Beləliklə iki dəfə dünyaya gəlmiş kimiyəm...
Yəqin deyəcəksiniz ki, bu, nə yazıdı, adımızın yadımızdan çıxan vaxtında...
Elə mənim də adım yadımdan çıxıb...
PS: H.Cavidin "Qız məktəbində" şeirindən:
— Adın nədir?
— Gülbahar.
Nə gözəl addır !
"Adın nədir?" (I hissə)

Xudaferin.eu
01:14