Deyirlər ey, “Çöl Qala”nı bir oturuma oxudum, bir su kimi içdim... Mən belə edə bilmədim... Mən yavanlıq eləmək istədim.., çörək kimi, loğma-loğma oxudum, hətta 152-ci səhifədə dayandım. İki gün oxumadım, cürbəcür sonluqlar fikirləşməyə başladım. Bu arada yadıma nə vaxtsa oxuduğum bir şeylər düşdü.
Xarici ölkə məşhurlarından hansısa Cəlil Məmmədquluzadənin “Ölülər”ini oxuyurmuş, qəbiristanlıq səhnəsində kitabı örtüb. Deyir ki, bir ay fikirləşdim, əcaba ölü diriltmək məsələsini müəllif necə sonlandıracaq. Bilirəm, müqayisə uğurlu deyil, amma müəyyən çalarlar var. Axı? “Çöl Qala”nın müəllifi də ruhunu öldürmüş Qadını “dirildəcəkdi”!
“Dirildə” biləcəkdimi?!
Və amansız sonluq, üzücü nəticə, amma ürəyimcə oldu, qardaşım İlham demişkən, hind filmi olmayacaqdı ki... Füzulişünaslar da yazır ki, Füzuli Leyli və Məcnuna bir görüşü qıymadı. Burada da müəllif bir üzbəüz, bir gözbəgöz görüşü qəhrəmanlarına qıymır.
“Aşkın heç bir sıfata və tamamlanmaya ihtiyacı yoktur.
Başlı başına bir dünyadır aşk.
Ya tam ortasındasındır, merkezinde, ya da dışındasındır, hasretinde”.
Bu kəlmələr də elə ötən yay bu zamanlarda oxuduğum Elif Şafakın “Aşk” romanından süzüldü yazıma. Bu roman da “Çöl Qala” kimi adamı duyğuların tam ortasında, mərkəzində tutub saxlayır. Xüsusən də, “Aşk”dakı Ella və Əziz Zaharanın virtual duyğuları “Çöl Qala”nın Rəssam və Qadının ruhu ilə səsləşirdi və bu səsləşmə mənim qulağıma həzin bir musiqi ilə çatır, beynimdə bir “klip” yaranırdı.
Məşhur fransız rejissor Klod Lelüşün “Kişi və Qadın” filminin musiqisi ilə çatırdı mənə Rəssam və Qadının hissləri. Klip az oldu, xəyalımda film də çəkdim, hətta Rəssam və Qadının Hollivud aktyorlarını da düşündüm.
“Aşk” romanında fotoqrafçı Əziz və “Çöl Qala”dakı Rəssamın peşə yaxınlıqları, hətta zövqlərində bir bənzərlik var. “Aşk” romanından gətirdiyim çıxarışları müəllifin dilinə, üslubuna toxunmadan yazacağam:
“Ella Azizin profesyonel fotoqrafçı olduğunu biliyordu. Merak ediyordu, acaba mesleyinden dolayı mı bu kadar seyahat ediyordu”.
“Çöl Qala”nın Rəssamı:
“Ümumiyyətlə, tək səyahəti xoşlayıram, işimlə əlaqədar çox səfər edirəm, son illər rəssamlıqla bağlı bir neçə beynəlxalq təşkilatda təmsil olunduğumdan günüm elə səfərlərdə keçir”.
Sənət adamlarının çoxu, görünür, eyni cür düşünür, zövqləri də yaxşı olur, sevdiklərinə münasibətdə də bənzəyişlər tapmaq çətin deyil. Qoyya, Balzak, Yesenin, Pirosmani, Ümbülbanu, Bunin, Elif Şafak, Vahid Qazi kimi...
Əziz internetdə yenə Ellaya yazırdı:
“Sevgili Ella!” Qvatemalada son durağım Chajul isminde ufacık bir kasaba... Hər evdə kilim örülüyor. Ben de bir nineden senin için bir kilim satın aldım”.
Rəssam:
“İki gündür Havanaya gəlmişəm. Havanada bizim Torqovıya bənzər yer var. Suvenirlər, rəsm əsərləri satırlar. Axır ki, əsl mən deyən əsərləri tapdım. Nə isə, cəmi 20 dollara çox gözəl rəsm aldım”.
Qadın:
“Bu gün çox qəribə bir şəkildə hədiyyə aldım. Boyunbağı aləmdir. Onu sənin boynuma dolanan qolların bilib bağladım, tablona isə söz tapmıram yazmağa”.
“Çöl”dəki Rəssam elə çölləmə bir həyat keçirir. Adam duyğuların izində, Elif Şafak demişkən tam ortasında, mərkəzində, həm də reallıq olan qocaman bir boşluqda...
Rəssamın meyarları da, qısacıq söhbətləri də tələskəndir, adam tələsir - görüşəmi, ölüməmi? Özü görüşə tələsir, müəllif isə ölümə tələsdirir. Adamın ayağı yerə dəymir: havada, suda, quruda bir rüzgar kimi dolaşır, sanki, çərxi fələkdir, fırlanır ki, hədəfinə çatsın, dursun, dayansın.
“Tənhalığı yağışla dolu” bu Qadına bir çətir olmaq istəyi ilə çırpınıb durdu pərvanə kimi və yandı.
Əslində burdakı obrazlar: Rəssam, Qadın və Rəssamın xanımı - üçü də müəllifin ilk mesajındaca yerini alır. Bunlar Vahid Qazinin Karl Popperdən gətirdiyi epiqrafdakı Üçüncü dünyanın adamlarıdırlar. Bir boşluqda yaşar və heç olarlar. Belə insanlara bəzən “bəyaz dünyanın adamları”da deyirlər.
Rəssam həyat aşiqidir. Qadın həyatdan küsmüşdür. “Tənhalığı yağışla dolu” bu Qadını sonda dolu vurdu. Rəssam Qadının qıpırdamağa başlayan duyğularını “buza qoydu qəlbində” və V.Səmədoğlunu əbəs yerə xatırlamayıb burada:
Neçə insanın umudunun meyitini
Buza qoymuşam qəlbimdə?
... Bağışla, çoxdur ölənlərim,
Səni ağlaya bilməyəcəyəm.
Rəssamın xanımı elə əsl rəssam xanımıdır. Əslində, o, Rəssamın evinin canlı eksponatıdır. Evdə bir küncdə durub - Veneranın heykəlciyi kimi. O gözəldir, qürurludur, təmkinlidir, fəqət Rəssamın qəlbindəki boşluğu doldura bilməyən - heykəl Veneradır. O, çöl adamı deyil, onda hər addım planlaşdırılıb, onun yolu var və o yolda çoxlu qadağa nişanları var. O Rəssam kimi əks yola çıxıb axına tərəf gedə bilmir, onu bu həyat yolu cəzalandırar. Rəssamın çölündəsə heç bir qadağa işarəsi yoxdu, onu heç kim cəzalandıra bilməz - Allahdan başqa. Və o, çölün qulaq batıran sükutu kimi Allah dərgahına izsiz, səssiz, soraqsız getdi.
“Çöl Qala”dan hər kəs öz dünyasının sərhəddi hara qədərdisə o qədər də yaza, danışa bilər. “Aşk”la bitirirəm, çünki hər iki əsərin obrazlarına aid olan düşüncələrdir.
“Tam her şeyi halletim derken, gökten zembille sen indin. O ilk mesajın ardından her şey o kadar hızlı gelirdi ki! Her gün nefesimi tutup, acaba Ella yazmışım diye bekledim... Kendimi teslim ettiyim Allaha isyan noktasındayım!”
Vahid Qazi hər kəsə bir çöl bağışlayıb. Bu “Çöl”, elə çöl qədər azaddı. Burda hər kəs öz xəyal dünyasının atına minib səyirdə bilər. Burda konkret yol, cığır yoxdu ki, deyəsən bu yoldan, irzdən çıxsam nəsə pozular, nəsə düz gəlməz. Bura məhəbbət çölüdür, o qəlibə sığmır. Sevdalılara ucu-bucağı görünməyən Çöl lazımdır.
Heey! Oğuz oğlu Vahid Qazi! “Çöl Qala”da doğulub çöllərə düşən dış Oğuz bəyi! Günün birində İç Qalada məskən edib, Çölün sehrini-sirrini “Çöl Qala”çılara açmaq diləyi ilə
“Çöl Qala”, Elif Şafak və fransız filmi
Bir “Çöl”dən keçdim...

Elif-Şafakın “Aşk” romanındakı Əzizin ölümqabağı söylədikləri:
“Tam her şeyi halletim derken, gökten zembille sen indin. O ilk mesajın ardından her şey o kadar hızlı gelirdi ki! Her gün nefesimi tutup, acaba Ella yazmışım diye bekledim... Kendimi teslim ettiyim Allaha isyan noktasındayım!”
Vahid Qazi hər kəsə bir çöl bağışlayıb. Bu “Çöl”, elə çöl qədər azaddı. Burda hər kəs öz xəyal dünyasının atına minib səyirdə bilər. Burda konkret yol, cığır yoxdu ki, deyəsən bu yoldan, irzdən çıxsam nəsə pozular, nəsə düz gəlməz. Bura məhəbbət çölüdür, o qəlibə sığmır. Sevdalılara ucu-bucağı görünməyən Çöl lazımdır.
Heey! Oğuz oğlu Vahid Qazi! “Çöl Qala”da doğulub çöllərə düşən dış Oğuz bəyi! Günün birində İç Qalada məskən edib, Çölün sehrini-sirrini “Çöl Qala”çılara açmaq diləyi ilə
Moderator.az
21:01