Kinomuzun yubileyi şərəfinə burada 2 seriyalı film çəkməyə qərar verdim.
I seriya
Və... məşhur kino aktyorumuz demişkən, bu kino ki, var!!! Bəli... kino var, həm də yoxdu!...
Kinoya baxmağı sevirəm... sıfır yaşımdan... Kinonumu sevirəm, kino aktyorlarınımı sevirəm.. Nə isə ki, qəliz məsələdir...
Kəndə kino gələndə yerdən oturub divardakı ağ mələfəyə baxardıq... Adətən, böyük bacılarım məni aparmırdılar kinoya... Çünki mən "kinoluq biri" deyildim... Ya yatıb qalırdım, çiyinlərdə evə gətirib tolamazlayardılar bir küncə... ya da kinoda ağlayırdım, nemes görən kimi... Yenə başıma bir qapaz salıb evə gətirərdilər... anama təhvil verərdilər... Və bu həmişə təkrar olunurdu...
Elə indi də ağlayıram kinodan ötrü... Necə ki kəndimizin arvadları rus mayoru Maksimov öləndə şaxsey vururdular, diz döyürdülər... Stalini görəndə hamı alqışlayırdı... Hitleri görəndə qarğışlayırdılar... Saldat öləndə ağlaşırdılar... 60-larda, görünür, təbliğat məqsədi ilə "davalı" kinoları tez-tez gətirirdilər kəndə... Hətta kəndimizdə İlahı adında bir kişi vardı... Deyirdi ki, nemes kinonun gülüdü...
Elə indi də dizimə vururam ki, kino həm çoxdur, həm də yoxdur...
Yadıma salın sizə kəndimizin kinolu günlərindən danışaram... Əsl kino idi!...
II seriya
"Xəlil əmioğlu, mənim bir arzum var" ("Danabaş kəndinin əhvalatları")... Lağlağı Sadıq demişkən, mənim də bir arzum var... Hətta arzualrım!... Həmişə düşünürdüm ki, çoxlu pulum olsa, ki, olmayacaq heç... 1500 il də keçsə... Kino çəkərdim... Xətaidən, Cümhuriyyətimizin Avropaya oxumağa göndərdiyi 100 tələbənin taleyindən, bir də Əhmədiyyə Cəbrayılovdan (Xarqo)... Özü də çoxseriyalı filmlər!...Əslində, bu, arzu da deyil, xalçanın üstündə oturub göyə uçmağı gözləməkdir...
Amma!... Amma bu yaxınlarda eşitdim ki, məşhur "Bakılı oğlanlar" dan biri - Anar Ömərov arzualrımdan birini gerçəkləşdirməkdədir... Bu istedadlı, milli təəssübkeş gənc Əhmədiyyə Cəbrayılovdan film çəkmək istəyir... Ssenari hazırdır... Adı da "Generalların önündə" - Ad da möhtəşəmdir!...Artıq Rusiya,Fransa və Belorusiya filmin ərsəyə gəlməsinə vəsait də ayırıblar... Moldaviyada filmin çəkilişlərinə hazırlıq gedir, aktyorlar müəyyənləşib... Anar istəmiş ki, bu filmdə bir çimdik də olsa Azərbaycandan da dəstək olsun... Amma, adlarını çəkməyəcəyəm, ən məşhur idarələr,fondlar, şəxslər... "pul yoxdur!" - deyiblər... Bəli, pulumuz yoxdur!... Yəni pulun var? Yox... yox!...
Anar Ömərov vəsait tapacaq... o filmi də çəkəcək!... Xarqodan...Fransızların sevgisini, rəğbətini qazanmış Xarqo!...
Rasim Qaraca demiş: "Ey, ordakılar!"... Qırx beş dəfə "Brodyaqa" ya baxanlar! Bu kino ki var... qəliz məsələdir...
Özümə də sual verdim, sən necə, kömək edə bilərsən?... Yox, mən dedim də "kinoluq biri" deyiləm... "Mimino" filminin qəhrəmanı demiş "Pamaqu, obizatelno pamaqu, no çerez pyat let!"
Hörmətli Anar Ömərov, çəkəcəyiniz bu film xalqa ən yaxşı töhfə olacaq... Elə çəkin ki, qırx beş dəfə baxa bilək!...
P.S: Orta məktəbdə oxuyanda Xarqo məktəbimizə gəlmişdi, şəkillərimiz də var...
KİNO - 120

II seriyanın sonu...
12.07.2018
Xudaferin.eu
11:49