İki sevgi

Çoxu tərif edib... Çoxu! 
Vətən deyib, Azərbaycan deyib vəsfini göylərə qaldırıblar. Bura yazmayım o misraları... Sıfır yaşımızdan da əzbərlədiblər bizə, onsuz da!... Dilimiz söz tutanda "El bilir ki". - demişik... 
Biriləri də vardı ki, içində bir Azərbaycan dərdi gəzdirirdi... İçin-için yanıb qovrulurdu. O, C.Məmmədquluzadə idi: " Ax, unudulmuş vətən, ax,yazıq vətən! Sən hardasan, ay biçarə vətən?! Ax, gözəl Azərbaycan vətənim, harda qalmısan?... Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək vətənimizdə yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaq?! 
Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!
"Molla Nəsrəddin" jurnalı. 27 noyabr 1917 ci il №24
Əhməd Cavad Azərbaycanın dərdlərini düşündükcə hayqırırdı "Mən çeynənən bir ölkənin həqq bağıran səsiyəm!"
M.Ə.Sabir millətin dərdinə həm ağlayırdı, həm gülürdü "Ağlar-güləyən" olmuşdu...
Hələ Almas İldırım qürbətdə "qəribü-zar" oluban uşaq kimi ağlayırdı, ağı deyirdi Azərbaycan üçün...
Azərbaycan, mənim tacım, taхtım oy!
Oyanmazmı kor olası baхtım oy?!
Heç Azərbaycana yalvaran şair gördünüzmü?!... O da Məmməd Arazdır:
Ayağa dur, Azərbaycan, səninləyəm!
Ayağa dur, Azərbaycan!...
...Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!...

... Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!! 
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!...
...Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!...
...Ayağa dur, Azərbaycan,
Səninləyəm!!!...

Və Şəhriyar:
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!...

Və...M.Ə.Rəsulzadə -- son nəfəsində söylədiyi som kəlmələr : "Azərbaycan !...Azərbaycan !...Azərbaycan !..."

Xudaferin.eu

21:45