Kim demiş ki, düşmüş adın dilimdən, Qarabağım?!

" Könlüm Qarabağdan keçər..." yazımda yazmışdım... Evimin arxa pəncərəsindən Ağdamın kəndlərini görə bilirəm... qarşı pəncərədənsə Murov bütün mənzərəsi ilə gözümün önündə... Hər gün ilk işim onlara baxmaqdır... Baxmasam, elə bilirəm çıxıb gedəcəklər... Bu sabah da ilk işim dünənki Qələbəni onlarla paylaşmaq oldu..."Kim demiş ki, düşmüş adın dilimdən ",- dedim, - Qarabağım?!... Dünən Qarabağ yanğımıza qaranquş dimdiyindən bir damcı su düşdü... və üzümü tutdum düşmənə sarı... "bu sası dinli, qara donlu , kaftanının arxası yırtıq" kafirə Qazan xan kimi dedim, " Ehey, dinsiz, huşsuz kafir! Ağılsız, başsız kafir!!!..." Qarşı yatan qarlı dağlarda durma... Oturma, oturduğun yerdə, "İtimlə bir yalaqdan yal içən , azğın kafir !!!( Qaraca çoban )... Gəlirlər üstünə... "Qarabağ" qələbəsini götürüb Qurbanlarla gəlir !!! Oturma, oturduğun yerdə!!! ...

Xudaferin.eu

22:28