Ötən il bu vədələr idi... FB deyilən bir məkana mən də gəldim... Dostluqlar başladı... Mark hər gün bir dostu mənə xatırladır... Çox məmnun oluram bundan. Əslində, burda elə insanlar var ki, dostluğun da ötəsindədirlər... dəyərlidirlər, qiymətlidirlər, əzizdirlər... Bu məkanı dostluq yox, yoldaşlıq, arkadaşlıq kimi anlayıram... Axı həyatımızın dönəmləri var—yoldaşlıq dönəmləri... Sinif yoldaşları... tələbə yoldaşları... iş yoldaşları... Bu yoldaşlıqlar əziz və şirin günlərimizdən söz aça bilir... Görünür, FB yoldaşlığı deyilən bir dönəmimiz də varmış...
Bir dəfə yazmışdım... Bu, ikinci yazıdır. Burda dəyər verdiyim, sevdiyim xanımlar... sayğı duyduğum bəylər... qohumlar... doğmalar... tələbə yoldaşlarım... şagirdlərim, hətta tələbə şagirdlərim var... Hamılıqla mənim üçün əzizsiniz, dəyərlisiniz!...
Bunları yazdıqca L.Kuravlyovun bir filmi yadıma düşür, əkiz qardaşları oynayırdı... Kəndə əkiz qardaşını tapmağa yollanır... Soruşurlar ki, doğma qardaşındır? Cavabında,—yox,doğma deyil, əkiz qardaşımdı,-deyir...
Burda elə insanlar var ki, bayaq dediyim kimi, dostluqdan da ötədirlər, yəni ruh əkizimdirlər...
Mən əyalətdə yaşayıram... Həmişə özümü ədəbi ictimaiyyətdən uzaq düşmüş kimi hiss etmişəm... Amma indi yox! Sanki təzədən tələbəliyimə qayıtmışam və FB deyə bir Universitetdə oxuyuram, həqiqətən, oxuyuram... Və bu duyğunu mənə yaşadanlara təşəkkür edirəm... Ad çəkməyə gərək duymadım, zatən hər gün rəylərimi görürlər...
Dost sayısı min nəfəri keçmişdir... Məgər hamısı dostdurmu, yoldaşdırmı? Əsla! Açıqlamağa da gərək yox... Sağ olsun Markı, bloklamaq deyə bir imkanı da bizə vermişdir...
Deyim ki, komputerimin sağ tərəfi əyilmək üzərədir... Yaşıl ışıqları da yanır... Bu donuq insanların!... Ey dost, ağlamalı yazıram, gözün nəmçimir, gülməli yazıram, dodağın qaçmır, bir az dərin mövzuya keçirəm, daş-divarsan... O zaman nə ararsan buralarda... Belələri yadıma S.Ə.Şirvanini salır :
Ey oğul, bil ki, adəmi-bikar,
Xüşk olan bir odundur,layiqi nar.
Bəli,ustad düz buyurmuş, işə yaramayanlar yandırılmaya layiq odundan başqa bir şey deyillər... Elə günü sabah bu Odunlar Atatürk demiş, geldikleri gibi de gidecekler!...
Əziz dostlar, yoldaşlar, bu yoldaş bildiyimiz tovarişdən deyil ha, hamınıza sayğılar və sevgilərlə...Tərtərdən.
Dostluq günləri...

Xudaferin.eu
23:26