Əslində, xoş ovqatlı bir yay yazısı düşünmüşdüm sizlərlə paylaşmağa... Amma olmadı, olmur, ola bilmir!!!...Hərdən özümü tərbiyələndirməyə çalışıram... Deyirəm, laqeyd ol... soyuq ol... daş-divar ol... Amma hardan?!... Ola bilmirəm!... Axı necə laqeyd qalasan, bu körpənin-Zəhranın həlakına, mənim qarabağlım ölmüş, necə soyuqqanlı ola bilərəm?!... Ola bilmədim...Mənim də nəvəmin iki yaşı var... Diksindim, səksəndim bu ölümdən...
Zəhranın şəkli mənə başqa şəkilləri də xatırlatdı. Yadınızdadırsa, Türkiyə sahillərinə sular bir çocuq meyiti atmışdı-Aylan Kurdi! Mühacir gəmisinin batan sərnişinlərindən idi... Ona bir yazı--- daha doğrusu bir elegiya yazmışdım... Onu tapıb arxivimdən buraya yerləşdirdim. Ürəyiniz əl versə, oxuyarsınız... Əlimdən bir şey gəlmədi, Zəhracığım!...
“Dünyanın ən gözəl ölüsü”
“Uşaqlar sahilə sarı qaramtıl naməlum bir şeyin yaxınlaşdığını görəndə əvvəl elə bildilər ki, düşmən gəmisidir, lakin dor ağaclarını və bayraqları tapmayıb onu balinaya oxşatdılar. Axırda dalğalar naməlum əşyanı sahilə atdı və uşaqlar onu yosun və meduzalardan, dənizin zir-zibilindən təmizləyib gördülər ki, bu, insan cəsədidir. Dənizdə batanların üzündən yalqızlıq oxunurdu, onun sifəti isə sakit, vüqarlı və gözəl idi” ( Markes, “Dünyanın ən gözəl ölüsü”).
Dənizin sahilində üzüqoylu “yatan” çocuq, od-alovdan qaçıb suda batan çocuq... dünyanı ağladan çocuq - Aylan! Bəlkə də dənizdən sağ çıxmısan, bəlkə insandan da mərhəmətli delfinlər səni burunlarının ucunda sağ-salamat sahilə qoyublar. Bəlkə elə oradaca ata-ananı, qardaşını gözləyib yuxuya getdin, çocuq?! Nə gözəl yatmısan, elə isə cəhd edirəm ki, ayaqqabılarını çıxaram, rahat uyuyasan, bağrıma basam... amma sənə nə əlim çatdı, nə ünüm yetdi. Əlim sənə yetsəydi, səni buralara - Qarabağa gətirərdim. Sən mənim üçün bir müslüm övladı, bir qarabağlı çocuğusan - başı müsibətlər çəkmiş, səninlə yaşıd qarabağlı, Xocalı çocuğusan...
Nə gözəl “yatmısan”, çocuq! Yox, sən yatmamısan, sən küsmüsən, uşaqlar küsəndə sənin kimi üzüqoylu düşər, üzlərini qolunda gizlədərlər. Sən bu dünyadan, insanlıqdan, daşqəlbli soyuqqanlılardan küsmüsən. İnsanlıq öldümü, yoxsa bəşər utanmazmı yaratdığından?!
Dünyanın ən böyük rəsm əsərisən, dünyanın bütün bayraqlarında sən əks olunmalısan. Üzünü gizlədən çocuq, mələk üzlü Aylan! Sənə bir nağıl danışımmı “yatmazdan” öncə. “Balaca qara balıq” nağılını. “Biri vardı, biri yoxdu. Bir balaca qara balıq vardı. Anası ilə bərabər kiçik bir arxda yaşayırdı. Anası isə bərabər xəzəlin altında bir qara daşın arxasında yatırdılar. Qaraca balıq anasına dedi: “Hə, anacan, mütləq getməliyəm. Mən artıq bu gəzilərdən bezmişəm, doğrudanmı yaşayış elə darısqal bir mühitdə çabalayıb yaşamaqdı?...”
(Səməd Behrəngi “Balaca qara balıq”) Balaca qara balığım... Aylanım! Sən də qara balıq kimi od-alov içində yaşamaqdan, qaçhaqaçdan, köçhaköçdən bezdin. Bu yaşda çabaladın, uzun bir yola çıxdın. Axı, bu dünyadan çox şey istəmirdin... Uşaqlarla oynamaq, rahatca əylənmək, atana sarılmaq, ananın qollarında uyumaq. Elə bil bu dünyanı dar edirdin. Sanki Avropanı pis göstərəcəkdin, demoqrafiyası qıt, yeməyi pəhriz olan bu ölkələri basıb yeməyəcəkdin ki?!
Yarəb, bu nə dəhşət, nə fəlakət?
Yarəb, bu nə vəhşət, nə zəlalət?
Yox kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət!?
(H.Cavid)
Şəklinə baxıram... yatmış gözəlim, mələyim. Cəhənnəmdən qaçıb cənnətə düşən cənnət quşu. Buralarda sən yaşda ölən çocuqlara “cənnət quşu” deyirlər…
Sənə bütün dünya layla çalır, hələ oyanmadınmı, çocuq?! Sən oyanmadın, amma ölümünlə çoxlarını oyatdın. Sən bir işıq oldun, mayak oldun, mühacir yoluna işıq saldın. İndi Avropa onları alqışlarla qarşılayır. Bunu sən elədin. Sənin ölümünümü gözlədilər bu soyuqqanlılar?!
Son vaxtlar dənizə nifrət edirəm. Adam udmaqda, qayıq-qayıq adamları batırmaqla “məşğuldur”.
Dəniz sahilində “yatmış çocuq”, hələ oyanmadınmı? Bu uşağı kim qoydu bura? Bilirəm səni kim qoydu ora? Hələ yüz il qabaq Cavid onları tanıyırdı:
Qan püskürən, atəş savuran kinli krallar.
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tülki siyasilər, o hər an
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət...
Söz önü...

Xudaferin.eu
14:28