"Kasıbların süfrəsi"

Gördüyünüz rəsm əsəri P.Pikassonun "Kasıbların süfrəsi" adlandırdıgı qrafikasıdır. Pikassodan söz açmaq başqa bir yazının mövzusudur. Yazımın ruhuna uygun oldugundan... Bu rəsm əsəri günlərdir gözümün önündən getmir... Kasıbçılıgın min üzündən biridir bu... Yazacaqlarım da elə həmin üzdür... Kasıblıgın,nimdaşlıgın üzü...
Bu "üzü" müəllimdən, xüsusən də repetitor müəllimdən daha yaxşı bilən varmı?... Bir dəfə də yazmışdım bu barədə... "Bakışları kəndilərindən yaşlı" (Elif Şafak "Aşk" romanı) şagirdlərimin məhzun çöhrəsi, çıxılmaz durumları, əlbəttə hamısının, yox, xəcalətli baxışları məni kahr etməkdədir...
Son günlər bir şagirdimin mənə söylədiyi hələ də içimi göynədir...
Müəllimə ödəniləcək məbləgi gecikdirdiyindən, görün bu oglan uşagı nə vəd edir... Müəllim, hələ sosial almamışıq, gec verirlər, anam dedi ki, sosialı alan kimi göndərəcəm... Səkkizinci sinifdə oxuyur... Dildən zəifdi, anası xahiş edib... Bu uşagı bagrıma basıram, deyirəm ki, sən get, ananla danışaram... Anasına isə yalnız bunu deyə bildim... qoy uşaq gəlsin, amma o sosialın "ayagı" mənim evimə dəyməyəcək... Qadın da "sənə qurban olum, ay müəllimə, yox ey, vallah, göndərəcəm",—deyir... Mən də öz-özümə deyirəm ki, bu adam niyə mənə qurban olmalıdır ki, bu ləyaqətli insanların suçu nə?! Sosial ailəyə çevrilmələrimi... Hələ o sosial təminatdan məni də mi təmin etməlidir?!... Nə isə ki, ödəniş olmayacaq, mən də bundan məmnunam...
Şagirdimin biri, ümumiyyətlə, mənə təsərrüfatdan danışır, müəllim,—deyir,—atam bu il "semiçka" əkdi, amma su olmadı ki, sulayaq, yandı getdi, olar, mən iki aydan bir təhsil haqqı gətirim? Bu uşagın da tanıdıgım bibisinə deyirəm ki, təhsil haqqı göndərməyin, uşagı göndərin... Bu siyahını uzada bilərəm, amma gərək yox! Gərəkli olan sosial yardım yox, iş yerləri, təsərrüfat şansı, uguru yaradılmalıdır. Burada mənim məsləhətlərim yox, təsərrüfat mütəxəssisləri devrəyə girməlidir...
Orasını da deyim ki, hər fənn üzrə burada 20-25 manat ödənilir... heç ödəməsinlər! Təki oxusunlar, təhsilə maraqları olsun!
Ödənişsiz hazırladıgım uşaqların çoxu indi magistraturada oxuyur... Hər gün yazışırıq... İndi də dəstək oluram... Mənim kimi müəllimlər çoxdur... Müəllimlərdən giley edənlərin nəzərinə çatdırım ki...
Sözüm atalaradır! Övladlarınızı niyə xəcalətli duruma salırsınız? Niyə indidən onların üzündə "qəmküsarlıq" yaradırsınız? Axı onları müəllim yanına siz göndərirsiniz? Niyə bu uşaq qəhərlənə - qəhərlənə müəllimə deməlidir ki, atam hələ Ursetdən pul göndərməyib! Bəs siz orada nə işlə məşgulsunuz? O Urset deyilən xarabada?...
Sizin də mənə sualınız olacaq yəqin ki, amma o sualın ünvanı mən deyiləm! Cavabım isə budur: Neynək, siz Ursetdə fırlanın, mən bu məsum balaları pulsuz filansız ali məktəbə hazırlayacagam! Çünki onlara öyrətmişəm ki,"uçeniye svet, neuçeniye tma !"...
Kasıbların süfrəsinin neməti təhsilli övladlardır!

Ps: Hərdən eşidirəm ki, xüsusən Bakı və Gəncədə bəzi evlərdə xanımlar "imam süfrəsi" açırlar... Allah qəbul etsin! Və bunun bir tamaşa oldugunu da bilirəm... Əminəm ki, on iki imamın biri də o süfrəyə yaxın gəlməzdi... O imamlar məzlumun yanında idilər... Kaş bir gün eşidəm ki, o xanımlar "yetimlərin süfrəsi"ni —"kasıbların süfrəsi"ni açıblar...
Şəkildə gördüyünüz Pikassonun "kasıbları"!...

Xudaferin.eu

00:16