Güman etməyin ki, bu yazıda “Tarixi-Nadir” danışacağam. Düşündüyünüz kimi deyil və heç yeri də deyil.
Əslində, məni bu “Qarabağ”a qoşulmuş “namə” daha çox maraqlandırır. Bu namə ki var, fars sözüdür, “məktub”, “əsər” deməkdir, ya da, dini inanca görə, hər bir şəxsin bu dünyada gördüyü işlərin yazıldığı kitabçadır.
Qarabağa “məktublar” yazmış, əsərlər həsr etmiş o qədər insan var ki! Hər biri ayrıca bir Qarabağdır. Hərəsi bir Qarabağ dünyasıdır. Bütün dünyaya yayılmış Qarabağ namələridir. Üzeyir bəyin, Niyazinin, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun musiqili namələri! N.Vəzirovun, Ə.Haqverdiyev və Q.Zakirin sözlə yazdıqları Qarabağ! Ya da elə böyük alim və kristal insan Xudu Məmmədov”. Hər biri yeriyən Qarabağ!
Bu yazıda Qarabağ naməsini səsi ilə yazmış, fərqli, özünəməxsus, min səsin içindən seçilə bilən səs sahibi Qədir Rüstəmovdan danışmaq istərdim. Qədir Rüstəmov – Qarabağın havalanmış səsi!
Qədrini ayrılıq çəkənlər bilir,
Hicrində göz yaşı tökənlər bilir.
Qədir haqqında ilk yazını hələ birinci kursda oxuyarkən yazmışdım. O zaman “Azərbaycan gəncləri” qəzetində bir rubrika açılmışdı. Xalq musiqisinə, ən yaxşı ifaçıya münasibət bildirilməliydi. Mən də bir “Sona bülbüllər” yazdım. İlk mətbu yazım Qədirdən idi.
Qədir oxuyurdu. “Sona bülbüllər” oxuyurdu. Əslində, Qədir oxumurdu. Qədirin sümüyü oynağa gedirdi. Bütün vücudu ilə oxuyurdu, elə bil sümüklərini qıra-qıra oxuyurdu.
O qara xalı mənə versələr qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda.
Ürəkdən oxumaq Qədir üçün boş şey idi. Qədir sümüyündən, iliyindən oxuyurdu. Qədir sümüyünü sıxıb gövhərlər yaradırdı.
Qədir oxuyurdu, əti, qanı kəsilmiş kimi oxuyurdu. Bəlkə də oxumurdu, ağlayırdı Qədir. Ağlamırdı, ağı deyirdi: “Biçmədim zəmim qaldı”, – deyirdi, “Apardı sellər Saranı”, – deyirdi.
Qədir sənətinin Məcnunu idi. Füzuli Məcnunun dünyaya gəlişini necə təsvir edirdisə, deyəsən, elə o sayaq da Qədir doğulmuşdu.
Ol dəm ki, bu xakidanə düşdü,
Halını bilib fəğanə düşdü.
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü, qıldı fəryad.
Görünür Qədir də Məcnun kimi “axır günün əvvəl eyləyib yad” qəmə bükülə-bükülə gəlirdi. Qarabağın sonrakı halını bilib doğulan gündən fəryad edirdi. Məcnun kimi deyirdi:
... Ey cəfaçı dünya!
Bildim qəmini sənin ki çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Bəli, Qədir Qarabağın qəmini çəkməyə gəlmişdi. Qarabağın qəmini qara bir avaza büküb atmışdı çiyninə... yol gedirdi... uzun, incə bir yol... çiynində yükü.
Elə bil, Qədir bilici idi, fəhmli idi. Bəlanın “gəldiyini hiss edirdi” nə yatmısınız? – deyirdi. Natəvana qoşulub “ağlayırdı”:
Qoyubdur intizarında, neçin gəlməz,
neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz,
neçin gəlməz?
Könüldə ahü zarım var,
səbrü nə qərarım var,
Deməz bir dilfikarım var,
neçin gəlməz, neçin gəlməz?
Dilfikar” Qədir, Qarabağ səni Məcnun kimi “təcrübə eylədi”. Məcnun kimi çöllərə düşdü Qədir, özəl və gözəl Ağdamından, Qarabağından...
Bir az təbiətin qoynunda, bir az orda-burda yaşadı. Qarabağ da onunla birgə gedirdi, o içində bir Qarabağ gəzdirirdi, balasını ağuşundan ayırmayan ana kimi sinəsində idi Qarabağ, gizlətməyə çalışırdı, gözdən qoymurdu. Harada binələndi, harada yaşadı, Qarabağı, Ağdamı evin baş köşəsinə qoydu. Bir dəfə televiziyada evini göstərirdilər, evin tərtibində, divardakı Azərbaycan xəritəsində də bir qarabağlı nizamı vardı.
Qədir oxuyurdu...bircə oxuyanda əyilirdi, ikiqat olurdu Qədir, yoxsa o əyilmədi, ikiqat olmadı. Qarabağlı duruşu ilə gəldi və getdi.
Yəqin deyəcəksiniz ki, qarabağlı duruşu necə olur? Olur, olur.
Rəhmətlik qardaşım, yazıçı-publisist, Qədirin dostu Yusif İsmayılın Firudin bəy Şuşinski ilə söhbətlərin birində Firudin bəy deyib ki, Yusif, fikir vermisənmi, qarabağlıların şalvar cibinin ağzı sökük olur çox zaman. Bilirsən niyə? Əlini boş cibinə qoyub, təkəş-təkəş dayanmaqdan.
Əslində, Qədirin təkəş-təkəş dayanmağa ehtiyacı yox idi. Həyatının düzənə girdiyi məqamda didərgin düşdü Qədir Qarabağdan.
Qədir oxuyurdu... oxumurdu, şam kimi əriyirdi:
“Ay Laçın, can sənə qurban Laçın” – deyirdi. Şam kimi əridi... əridi... söndü. Bəlkə şəxsi həyatı ürəyincə idi, təki elə olsun! Amma...
Məncə, Qədir bu dünyadan nisgilli getdi, nakam getdi. Qarabağ boyda bir nisgillə dəfn olundu Qədir.
Nədənsə sağlığında həmişə Qədiri görəndə “Kral Lir” filmi yadıma düşürdü. Elə indi də düşür. Son səhnə... məşhur eston aktyor Yavirdin – Kral Lirin oynadığı, adamın iliyinə işləyən pəjmürdə, dağınıq, dəlicəsinə bir səhnə. Elə bilirəm o elə Qədirdir, bizim Qədir. Həm qarabağlı, həm Qarabağsız Qədir.
Yazımın əvvəlində bir “Qarabağnamə” yazdım, amma Qarabağı tədqiq etmək fikrində olmadım. Qədirdən yazdım, amma sənətini araşdırmadım. Sadəcə, Qədirə bir namə yazdım. Bir namə göndərdim Qarabağın bir küncündən – Tərtərdən Qədirin ruh dünyasına.
O da bir “Qarabağnamə” idi...

Xətai “Dəhnamə”də aşiqin fədakarlığını, qəm çəkməyini fil yükü çəkən qarışqaya bənzədirdi:
Qəm yükün o mur çəkdi çün fil,
Səbr ancaq ola həmin əsənmi?
Qədir zəif vücudlu idi, amma içində nəhəng bir Qarabağ daşıyırdı.
Qədir oxuyurdu... tüstüsü təpəsindən çıxırdı. Həm həqiqi (qəlyan çəkirdi aramsız), həm də məcazi mənada.
Çıxdı içimdən tütün, çərxi boyadı bütün,
Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram.
(Nəsimi)
Qədir oxuyurdu... fəğan eyləyə-eyləyə.
Əzizinəm oyan, gül,
Oyan bülbül, oyan gül.
Könlüm fəğan eyləyir,
Nə yatmısan oyan, gül!
Elə bil, Qədir bilici idi, fəhmli idi. Bəlanın “gəldiyini hiss edirdi” nə yatmısınız? – deyirdi. Natəvana qoşulub “ağlayırdı”:
Qoyubdur intizarında, neçin gəlməz,
neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz,
neçin gəlməz?
Könüldə ahü zarım var,
səbrü nə qərarım var,
Deməz bir dilfikarım var,
neçin gəlməz, neçin gəlməz?
Dilfikar” Qədir, Qarabağ səni Məcnun kimi “təcrübə eylədi”. Məcnun kimi çöllərə düşdü Qədir, özəl və gözəl Ağdamından, Qarabağından...
Bir az təbiətin qoynunda, bir az orda-burda yaşadı. Qarabağ da onunla birgə gedirdi, o içində bir Qarabağ gəzdirirdi, balasını ağuşundan ayırmayan ana kimi sinəsində idi Qarabağ, gizlətməyə çalışırdı, gözdən qoymurdu. Harada binələndi, harada yaşadı, Qarabağı, Ağdamı evin baş köşəsinə qoydu. Bir dəfə televiziyada evini göstərirdilər, evin tərtibində, divardakı Azərbaycan xəritəsində də bir qarabağlı nizamı vardı.
Qədir oxuyurdu...bircə oxuyanda əyilirdi, ikiqat olurdu Qədir, yoxsa o əyilmədi, ikiqat olmadı. Qarabağlı duruşu ilə gəldi və getdi.
Yəqin deyəcəksiniz ki, qarabağlı duruşu necə olur? Olur, olur.
Rəhmətlik qardaşım, yazıçı-publisist, Qədirin dostu Yusif İsmayılın Firudin bəy Şuşinski ilə söhbətlərin birində Firudin bəy deyib ki, Yusif, fikir vermisənmi, qarabağlıların şalvar cibinin ağzı sökük olur çox zaman. Bilirsən niyə? Əlini boş cibinə qoyub, təkəş-təkəş dayanmaqdan.
Əslində, Qədirin təkəş-təkəş dayanmağa ehtiyacı yox idi. Həyatının düzənə girdiyi məqamda didərgin düşdü Qədir Qarabağdan.
Qədir oxuyurdu... oxumurdu, şam kimi əriyirdi:
“Ay Laçın, can sənə qurban Laçın” – deyirdi. Şam kimi əridi... əridi... söndü. Bəlkə şəxsi həyatı ürəyincə idi, təki elə olsun! Amma...
Məncə, Qədir bu dünyadan nisgilli getdi, nakam getdi. Qarabağ boyda bir nisgillə dəfn olundu Qədir.
Nədənsə sağlığında həmişə Qədiri görəndə “Kral Lir” filmi yadıma düşürdü. Elə indi də düşür. Son səhnə... məşhur eston aktyor Yavirdin – Kral Lirin oynadığı, adamın iliyinə işləyən pəjmürdə, dağınıq, dəlicəsinə bir səhnə. Elə bilirəm o elə Qədirdir, bizim Qədir. Həm qarabağlı, həm Qarabağsız Qədir.
Yazımın əvvəlində bir “Qarabağnamə” yazdım, amma Qarabağı tədqiq etmək fikrində olmadım. Qədirdən yazdım, amma sənətini araşdırmadım. Sadəcə, Qədirə bir namə yazdım. Bir namə göndərdim Qarabağın bir küncündən – Tərtərdən Qədirin ruh dünyasına.
Ruhun şad olsun, böyük Qarabağlı!
Xudaferin.eu
22:52