...ki, 1920-ci ilin aprelində XI Qırmızı Orduya Bakı quberniyasını tutmaq üçün beş gün vaxt verilmişdi?
Amma ordu sərhəddi aprelin 27-də keçir və elə həmin axşam Bakıya çatır...
Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivində Qafqaz Cəbhəsinin komandanı M.Tuxaçevskinin 21 aprel 1920-ci il tarixli əmri saxlanılır:
“Azərbaycanın əsas qüvvələri öz dövlətlərinin qərb sərhədlərində erməniləri qırmaqla məşğuldur. Kəşfiyyat məlumatına görə, Yalama stansiyası rayonunda Azərbaycan qoşunlarının kiçik bir hissəsi yerləşdirilib. Aldığım direktivi qiymətləndirərək əmr edirəm: XI ordunun komandanı bu il aprelin 27-də Azərbaycan sərhəddini keçsin, sürətli hücumla Bakı quberniyasının ərazisini tutsun. Yalama-Bakı əməliyyatı beş gün müddətinə başa çatdırılsın. Yardımçı süvari dəstələri Zaqafqaziya dəmir yolunun Kürdəmir stansiyası rayonunu tutmağa göndərilsin”.
Bu əmrə əsasən aprelin 27-ə keçən gecə saat 00.05-də XI ordunun tərkibinə daxil olan dörd zirehli qatar iki desant rotası ilə Azərbaycan sərhəddini keçir və... axşam saat 21.00-da Xırdalan stansiyasına çatır...
Onda artıq Cümhuriyyət parlamentinin son iclası başlanmışdı...
BİLİRDİNİZMİ – 9

01:20