...ki, hələ 1940-cı il martın 30-da Britaniyanın hərbi təyyarəsi Bakı üzərində kəşfiyyat uçuşu keçirib?
Və bu təyyarə sovet hava hücumundan müdafiə qüvvələrinin gözündən yayına bilib.
Bundan 20 gün sonra SSRİ-nin Londondakı səlahiyyətli nümayəndəsi İvan Mayski Stalinə məlumat verir: ”...mülki təyyarə kimi rənglənən iki bombardmançı təyyarə foto aparatla təchiz olunaraq göyə qaldırılıb. Onlardan biri Bakı üzərində foto-çəkilişlər aparıb. Bakı üzərində çəkilmiş foto-şəkillər artıq Londona çatdırılıb”.
Bu uçuş Bakı neft mədənlərini bombalamaq planının tərkib hissəsi idi. Britaniya və Fransa hərbi dairələri Bakını yandırmağa, darmadağın etməyə hazır idilər. Neftə görə...
1940-cı il aprelin 17-də Fransa quru qoşunlarının komandanı general Qamelen Nazirlər Sovetinin sədri Pol Reynoya yazırdı:
“Rusiya neftinin 75 faizi Bakıda hasil olunur. Ən vacib neftayırma zavodları bu şəhərdədir. Ona görə də Bakıya hava hücumu istisnasız olaraq məqsədəmüvafiq əməliyyat sayılır”.
Bakını darmadağın etmək üçün 15 gün vaxt nəzərdə tutulurdu...
1940-cı il mayın 10-da Almaniyanın Fransaya hücumu bu planları pozur...
BİLİRDİNİZMİ – 20

21:29