BİLİRDİNİZMİ – 11

...ki, Bakının tanınmış milyonçularından olan Hacı Şıxəli Dadaşov Nobel qardaşları şirkətinə borcu hansı şərtlə verib?

1894-cü ildə Bakıda neftlə zəngin yeni dövlət torpaqları hərraca çıxarılır. Nobellərin Bakı kontoru da torpaq sahəsi almaq istəyir. Peterburqda olan Emmanuel Nobel Bakıya pul göndərir, amma o pul vaxtında çatmır.
Hərraca bir gün qalmış Nobellərin Bakı kontoru borc pul üçün məşhur gəmi sahibkarlarından olan Hacı Şıxəli Dadaşova müraciət etmək məcburiyyətində qalır.
Şirkətin Bakı kontorunun rəhbəri K.Hagelin köməkçisini Hacının yanına göndərir. 
K.Hagelinin xatirələrindən: “...Karasayev saat yarım sonra Şıxəli Dadaşovun oğlu Əliəkbərlə qayıtdı. Özü də çamadan dolu pulla...
Biz çamadanı açıb pulları saydıq. Mən iltizam yazmaq istəyəndə Ələkbər dilləndi: 
- Atam dedi ki, iltizam yazmağa ehtiyac yoxdur. Biz sizə inanırıq...”
 
Xatirələrində bütün bunlardan məhəbbətlə söhbət açan K.Hagelin yazır: “Şıxəli Dadaşov bizə həm də ona görə kömək elədi ki, bizim alacağımız torpaq sahələri onun əbədi düşmənlərinə - ermənilərə qismət olmasın!”

01:21