BİLİRDİNİZMİ - 16

...ki, Şollar su kəməri layihəsinin mühəndisi Uilyam Lindleyi 1902-ci ildə Bakıdan qovmaq istəyiblər? Tağıyev mane olub...

XX əsrin əvvəlləində Bakını içməli su ilə təmin etmək üçün tanınmış ingilis mühəndisi U.Lindley Bakıya dəvət olunur. Ona Kür və ya Samur çayından şəhərə su çəkmək üçün layihə hazırlamaq tapşırılır. Lakin mühəndis araşdırmalardan sonra təklif edir ki, Kür və Samurun suyu çirkli olacaq, gəlin suyu Şollar bulaqlarından çəkək.
Bu təklif mübahisə yaradır.  Duma üzvləri Lindleylə əlaqələrin kəsilməsini təklif edirlər.

Bu vaxt qlasnı H.Z.Tağıyev söz alır:

Camaat, siz özünüzə yaxşılıq eləmək istəmirsiniz? Bu kişi daha təmiz su çəkmək istəyir, pis eləmir ki? Mən Lindleyin inadkarlığına təəccüb edirəm. Mən onun yerinə olsaydım çoxdan bu işi atıb çıxıb gedərdim.

Lindley Hacıya cavab verir:

Mən ingilis buldoquyam (ingilis iti – M.H.). Buldoq dişini bir yerə batıranda onu buraxmır. Mən Bakıdan belə yapşımışam. Mən bu zalda oturan  adamlar üçün işləmirəm. Mən yoxsul Bakılılara su vermək istəyirəm, özü də təmiz su vermək istəyirəm. Bu işi başa çatdırmamış heç yana gedən deyiləm...

Lindley getmir və 1917-ci ilin əvvəllərində Şollar suyu Bakıya çatır...

21:28