...ki, 1940-cı ildə Bakının bombardman ediləcəyi təqdirdə şəhəri xilas etmək üçün Stalin Amerika mühəndislərindən məsləhət istəyib?
1940-cı ilin əvvələrində Britaniya və Fransa hərbi dairələri Bakı neftinin Hitlerin əlinə keçməməsi üçün şəhəri bombalamaq planı üzərində işləyirlər. Bombardmançı təyyarələr Şimali İrakdan havaya qalxaraq ya İran, ya da Türkiyə üzərindən Bakıya uçmalı idi. Bu isə İran və ya Türkiyə hökumətinin razılığı ilə mümkün ola bilərdi.
Bu məsələyə aydınlıq gətirmək üçün 1940-cı il martın 14-də Fransanın Türkiyədəki səfiri Rene Massilye Türkiyənin xarici işlər naziri Şükrü Saracoğlu ilə görüşür.
Saracoğlu ona Moskvadakı türk səfirindən aldığı teleqramı oxuyur.
Türkiyənin Moskva səfiri Amerikanın bu ölkədəki səfirinə istinadla yazırdı: Stalin Bakı neft rayonunun bombalanmasından və yanğın təhlükəsindən o qədər narahat olub ki, məsləhət üçün Amerika mühəndislərinə müraciət edib.
Sual belə qoyulub: Bakı bombardman edilsə, yanğını söndürmək mümkündürmü?
Amerika mühəndislərinin cavabı: mədənlərdə torpağa illərdən bəri o qədər neft hopub ki, yanğını söndürməyə aylar, Bakıda neft hasilatını bərpa etməyə isə illər lazım ola bilər.
“Əhalini necə xilas etməli” sualına Amerikalıların cavabı: şəhəri indiki yerindən 50 kilometr uzağa köçürmək lazımdır...
İkinci dünya müharibəsinin açılmayan sirrləri hələ çoxdur...
BİLİRDİNİZMİ – 22

21:30