BİLİRDİNİZMİ-5

...ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan dərhal sonra indiki Fəvvarələr bağında Karl Marksın büstü qoyulub və o vaxta qədər “Parapet” adlanan park Karl Marks meydanı adlandırılıb?
Amma birja işbazlarının və maklerlərin proletariatın “müəllimi”nin adını daşıyan bu bağda toplaşması, necə deyərlər, bağı alver yerinə çevirməsi, xüsusən öz elanlarını büstün üstünə yapışdırması hökumət nümayəndələrinin narazılığına səbəb olur.
Ona görə də 1921-ci ilin noyabrında Bakı İcraiyyə Komitəsi xüsusi qərar qəbul edir: “Karl Marks” meydanında (keçmiş Parapet) birja və digər kommersiya əməliyyatlarının aparılması, habelə birja işbazlarının, maklerlərin və ümumiyyətlə, alverlə məşğul olanların ora toplaşması qadağan olunur”.
Bu qərarı yerinə yetirməyənləri 5 milyona qədər cərimə (o vaxt inflyasiya çox güclü idi) və ya ay yarım həbs cəzası gözləyirdi...

01:16