BİLİRDİNİZMİ –13

..ki, Azərbaycanı ikiyə bölən məlum və məşhur Türkmənçay müqaviləsi gecə yarı, yəni saat 24.00-da imzalanıb?

Rusiya-İran müharibələrinin başa çatmasını rəsmi təsdiq edən Türkmənçay müqaviləsini tərəflər 1828-ci il fevralın 9-dan 10-na keçən gecə saat 24.00-da imzalayıblar.
Niyə gecə yarı?
Məlum olduğu kimi sənədi İran tərəfindən dövlət başçısı Fətəli şahın oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri müəyyən edib ki, səmadakı ulduzlardan gələn sədaya görə, şahzadənin uğur saatı gecə yarıya təsadüf edir...
Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlər hansı uğuru nəzərdə tuturmuş, indi demək çətindir. Amma məlum və məşhur Türkmənçay müqaviləsinin məhz gecə yarı imzalandığı təsdiq edilmiş faktdır.
Sənədə birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.
Bu münasibətlə rus toplarından 101 yaylım atəş açılıb...

21:26