BİLİRDİNİZMİ – 19

...ki, İosif Stalin müharibə illərində əsgər və zabitlərə araq verilməsi barədə beş dəfə xüsusi əmr imzalayıb?

Döyüşən ordunun əsgər və zabitlərinə araq verilməsi barədə “tamamilə məxfi” qrifli ilk əmri İ.Stalin 1941-ci il avqustun 22-də imzalayıb: “1941-ci il sentyabrın birindən başlayaraq döyüşən ordunun ön xəttində olan qızıl əsgərlərin və rəis heyətinin hər birinə gündə 100 qram 40 dərəcəli araq verilməsi qaydası müəyyən edilsin”.
1942-ci il mayın 11-də bu qərara dəyişiklik olunur və “araq hədiyyəsi” yalnız ön xəttdə vuruşan və alman işğalçılarına qarşı döyüşlərdə uğur qazanan hərbi qulluqçulara verilir. Özü də norma 100 qramdan 200 qrama qaldırılır. 
Həmin il iyunun 6-da və noyabrın 12-də “araq məsələsi” barədə Stalinin yeni əmrləri qüvvəyə minir. “200” rəqəmi yenidən “100”-lə əvəz olunur.
1943-cü il aprelin 30-da həmin qaydalara daha bir düzəliş edilir. 
Sovet ordusunda əsgər və zabitlərə araq vermək praktikasına yalnız 1945-ci il mayın 9-dan – Qələbə günündən sonra son qoyulur...  

P.S. Bu barədə daha ətraflı məlumat almaq istəyənlər yazının tam versiyası ilə sabah səhərdən kulis.az saytında tanış ola bilərlər.

21:29