BİLİRDİNİZMİ – 18

...ki, 1827-ci ilin oktyabrında Təbrizi tutmağa gələn rus generalı İvan Paskeviçin ayağı altında qurbanlar kəsilib?

Vasili Potto (“Кавказская война...” kitabından): “...Təbriz ruhanilərinin başçısı Mir Fəttah-Seyid şəhərin xilasını öz üzərinə götürdü. O, Allahyar xana sərt şəkildə bildirdi ki, ...öz vəzifəsini təhvil verib şəhəri tərk eləsin. Allahyar xan onu eşitdi və şəhərdən çıxdı. Şəhərin açarları gizlədilmişdi. Mir Fəttah qapıların sındırılması barədə əmr verdi”. 

İran tarixçisi Əminə Pəkrəvan (“Abbas Mirzə və Azərbaycan” kitabından): “...Mir Fəttah  ...öz tərəfdarlarını toplayıb, Gəcil darvazasının ağır lənglərini rusların üzünə açdı”.

Vasili Potto: “...Paskeviç Təbrizə oktryabrın 19-da çatmışdı. Bayram paltarı geymiş bütün ruhanilər – xristianlar və müsəlmanlar, starşinalar, nüfuzlu bəylər və çoxsaylı kütlə onu şəhər kənarında qarşıladı. Keçdiyi yola gül tökdülər, Şərq adətinə uyğun olaraq qalib sərkərdənin ayaqları altında qurbanlar kəsildi”.

Əminə Pəkrəvan: “...Təbrizə girərkən general Paskeviçin qarşısında qurban kəsilməsi Abbas Mirzənin qüruruna toxunmuşdu”.
Bundan təxminən üç ay sonra Türkmənçay müqaviləsi imzalancaqdı...

P.S.  Milli Azərbaycan Tarixi Muzeyində Təbrizin və Abbasabad qalasının 5 dəst açarı saxlanılır...

21:28