...ki, ikinci dünya müharibəsi başa çatandan sonra Almaniyadan qənimət kimi götürülən gəmilərdən yalnız 31-i istismar üçün Xəzərə göndərilib?
Almaniya donanmasının müttəfiqlər arasında bölüşdürülməsi 1945-ci ilin dekabrında başa çatır. Sovet İttifaqına 769, Böyük Britaniyaya 621 və ABŞ-a 665 gəmi düşür.
Bakı bu gəmilərdən 37-cinin Xəzərə göndərilməsi xahişi ilə Moskvaya müraciət edir.
SSRİ Nazirlər Soveti 1946-cı il mayın 7-də qərar qəbul edir: Dəniz Donanması Nazirliyinin Xəzər Gəmiçilik Donanmasını (“Kaspflot”, “Kasptanker və “Reydtanker”) gücləndirmək məqsədilə 1946-cı ilin may-avqust aylarında Baltik dənizindən və Ağ dənizdən Xəzər dənizində istismar üçün 31 gəmi, o cümlədən 19 quru yük gəmisi, 6 neftdaşıyan gəmi və 6 yedək gəmisi göndərilməsinə icazə verilsin.
Xəzərə köçürülən həmin gəmilərin siyahısı Rusiya Dövlət İqtisadiyyat Arxivində saxlanılır.
Təbii ki, bu gəmilər o vaxtdan Xəzərdə sovet adları altında üzməyə başlayır.
Maraq üçün onlardan bəzilərinin əvvəlki adını təqdim edirəm: “Klaus Vilhelm”, “Elfride Şarlotte”, “Beker”, “Frida Reder”, “Sankt Yurgen”, “Auqust Gissen”, və s...
BİLİRDİNİZMİ - 24

21:31