...ki, vaxtilə hətta Nobel qardaşları da çətinliyə düşəndə Bakı qoçularına müraciət ediblər?
“Hamı kimi biz də Qafqazda yerli adətlərlə barışmalı olurduq. O cümlədən, oğrulara haqq verməli olurduq”.
Bu cümlələr Nobel qardaşları şirkətinin Bakı kontorunun rəhbəri K.Hagelinin xatirələrindən götürülüb.
O vaxt nəhəng mədən sahələrini hasara almaq mümkün olmayıb. Ona görə də Nobellərin mədənlərindən də qiymətli əşyalar və alətlər oğurlanıb.
K.Hagelinin yazdığına görə, belə bir vaxtda Nobellərin köməyinə “Sabunçulu Aşurbəyov” gəlib. Müəyyən pul müqabilində şirkətin mədənlərinin mühafizəsini öz öhdəsinə götürüb.
Bir dəfə Qafqaz canişini qraf Vorontsov-Daşkov Bakıda olanda Emmanuel Nobel Bakı qoçularının fəaliyyəti barədə canişinə məlumat verir. Canişin bu söhbəti eşidəndə qəh-qəh çəkib gülür və deyir: “Boş əllə silah qarşısında neyləyə bilərsən? Mən canişinəm, yeri gələndə mən də sizin kimi oğrulara haqq verirəm. Burda adət belədir...”
M.Ə.Rəsulzadə: “Polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-ev deyilən birisilə bağlaşmışdı”...
BİLİRDİNİZMİ – 17

21:28