...ki, indi fəaliyyət göstərən Azərbaycan Dövlət Neft Akademiyasının formalaşmasında H.Z.Tağıyevin də xidməti olub?
1903-cü ildə Bakıda fəaliyyət göstərən texniki məktəbin statusunun artırılması, daha doğrusu, bu məktəbin orta texniki məktəbə çevrilməsi zərurəti yaranıb. Məktəbin statusunu artıqrmaq üçün əvvəlcə binanın genişləndirilməsi tələb edilib. Qərara alınıb ki, texniki məktəbin birmərtəbəli binasının üstündə ikinci mərtəbə inşa olunsun. Amma ikinci mərtəbənin inşasına lazım olan 35 min rublu tapmaq müşkülə çevrilib.
Çoxsaylı müraciətlər nəticəsiz qalandan sonra, 1903-cü ilin oktyabrında H.Z.Tağıyev texniki məktəbin direktoru M.Mixaylevskiyə məktub göndərərək, ikinci mərtəbənin tikilməsi üçün lazım olan 35 min rublu ödəməyə hazır olduğunu bildirib.
Tağıyev yazıb ki, mən bu pulu ona görə vermirəm ki, Bakı texniki məktəbinin fəxri qəyyumuyam. Mən bu pulu o ümidlə verirəm ki, tezliklə bu məktəb politexnikuma çevriləcək (poltexnikum – çoxsaylı texniki ixtisaslar üzrə kadr hazırlayan məktəb). O politexnikuma ki, bizim Bakıda çox böyük ehtiyac var...
Bakı orta texniki məktəbi 1918-ci ildə politexnikuma çevrilir.
1920-ci ildə onun bazasında Bakı Politexnik İnstitutu yaradılır.
Sonralar “AZİ” kimi tanınan həmin təhsil müəssisəsi indi Azərbaycan Dövlət Neft Akademiyası kimi fəaliyyət göstərir.
P.S. Təkcə 1909-cu ildə Tağıyev Rusiya imperiyasında məscid tikintisinə 18.500, tədris-tərbiyə müəssisələri tikintisinə isə 77.000 rubl xərcləyib...
BİLİRDİNİZMİ – 7

01:18