ZAMAN DARALIR , DÜŞMƏNLƏR QUDUZLAŞIR ...

11 aprel tarixində Laçın rayonu istiqamətində baş vermiş sulahlı insidentin səbəbi haradan qaynaqlanır ...?!
Məlum olduğu kimi bu günlərdə Azərbaycan Müdafiyə Nazirinin müavini -- Hərbi Hava Qüvvələrinin ( HHQ ) komandanı General Ramiz Tahirov ABŞ - da səfərdə olmuşdur . O , ABŞ Hərbi Hava Qüvvələrinin Qərərğah rəisi ilə görüşmüş , iki ölkə arasında hərbi sahədə məsləhətləşmələr aparılmışdır . Il Qarabağ müharibəsindən sonra Azərbaycanın siyasi mövqeyi xeyli güclənmişdir . Xüsusiylə , ölkəmizin hərbi sahədə günbəgün artan qüdrəti ; bəzi dövlətlərin yuxusunu qaçırmışdır .
Bu dövlətlərin sırasında bizimlə qonşu olan Ermənistan , İran və Rusiya ilk yerlərdə dayanır . Azərbaycan Müdafiə Nazirliyinin , Generalımız vasitəsiylə hərbi - iqtisadi və siyasi cəhətdən ABŞ kimi dünyanın ən aparıcı dövləti ilə əməkdaşlıq etməsi , bəzi qonşu ölkələrin siyasi rəhbərlərini ciddi narahat edir . Məhz bu mərhələdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırgin toqquşmadan qabaq dediyi : "Əgər Ermənistan istəyərsə Kollektiv Təhlükəsizlik üzrə Əməkdaşlıq Təşkilatı ( KTƏT ) hər an bölğəyə gələ bilər ." fikri heç də təsadüfi sayıla bilməz . Bütün bu məlumatlar göstərir ki : Azərbaycanın hər gün artan gücü qarşısında Ermənistan hökümətinin buzimlə SÜLH MÜQAVİLƏSİ bağlamaqdan başqa çıxış yolu qalmırdı . Bu isə Rusiya " SÜLHMƏRAMLILARININ " Qarabağda " işinin " bitməsi deməkdir . Qlobal mənada isə belə vəziyyətin yaranması , həm də Rusiyanın 200 illik Cənubi Qafqaz siyasətinin iflası anlamına gəlir . Yəni , Azərbaycanla Ermənistan öz aralarında HƏQİQİ SÜLH MÜQAVİLƏSİ bağlasa , RUS qoşunları Cənubi Qafqazdan birdəfəlik getməlir . Çox təssüflər olsun ki , Ukrayna müharibəsində ciddi itkilərlə üzləşən Rusiya hələ də CAYNAĞINI Qafqazdan çəkmək istəmir . Nəticədə , aprelin 11 də saat 16 - dan sonra Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutmuşdur . Hər iki tərəfdən ölən və yaralananlar olmuşdur .
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində , Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınmışdır . İlkin məlumatlara görə , bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistanın 4 ( dörd ) nəfər hərbiçisi öldürülmüş , 6 ( altı ) nəfəri yaralanmışdlr .
Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə ordumuz tərəfindən zəruri addımlar atılır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır . Məlumdur ki : 10 noyabr 2020 - ci il tarixində Qarabağda müharibənin dayandırılması üçün imzalanmış MOSKVA BƏYANNAMISİNƏ görə , tərəflər yenidən müraciət etməsə Rusiya " Sülhməranlıları" 2025 - ci ildə bölgəni tərk etməlidir .
Hadisələrin gedişi göstərir ki : Azərbaycan dövlətinin yürütdüyü düşünülmüş siyasət nəticəsində Ermənistan dalana dirənib .
Bizimlə SÜLH bağlamaqdan başqa çarəsi qalmayıb . Vaxt isə gedir ... Zaman daraldıqca düşmənlər quduzlaşır . Odur ki , sərhədlərimizdə belə təxribatlar törədirlər . Həttda gələn məlumatlara görə SÜLH ŞƏRAİTİNİ POZMAQ ÜÇÜN Rusların Ermənistan Parlamentinə basqın edəcəyi də gözlənilir .
Vətəndaş olaraq , aprelin 11 - də sərhəddimizdə baş vermiş hadisələri həyacanla izləyirik . Silahlı toqquşma nəticəsində həlak olan hərbi qulluqçularımıza allahdan rəhmət : onların ailələrinə səbr və dözüm diləyirik .
Cəmiyyətimizi təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq .
Vətəndaşlarımızı belə gərgin vaxtda , düşmənlərimizin üstümüzə gəldiyi zamanda Dövlətimizin yanında olmağa səsləyirik .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

15:54