Mən dövlət qullyqçusuyam, model deyiləm .

Uşaq vaxtı alma şirəsi və kotlet sevdiyi qidalar olub . Fənnlərdən isə rus dili onu daha çox cəzb edib . 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiadada qalib gəldiyi üçün Moskvaya gəlmək şansı qazanıb.

Angela Merkel heç vaxt bilərzik, üzük, sırğa taxmır. Klassik musiqiyə üstünlük verən xanım kansler operanı çox sevir. Frau Merkel əsl futbol azarkeşidir. Bu ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir. Ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil verir. Burada həqiqətən də digər dövlət başçıları tərəfindən edilən bahalı hədiyyələri görmək olar. Tətilini təbiət qoynunda keçirməyi çox sevən Merkel bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. Hətda göruşlərin birində jurnalistlərin biri ona müraciət edərək sorusur : Siz ötən yığıncaqda da bu paltarı geinmişdiniz , nə üçün libasınızı yeniləməmisiniz ..? Anqela Merkel həmin jurnalistə belə cavab verir : '" Mən dövlət qulluqçusuyam , model deyiləm " . Yalnız nəsə yeni bir paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikməyə başlayır. O, çox nadir hallarda ətək və ya don geyinir. Merkel daha çox kostyum və bleyzerlərə üstünlük verir. Səhər yeməyi zamanı isə qəhvə əvəzinə nanəli çay içir.

Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. Son zamanlar yalnız iPad-ı var. Onu da ki, xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün istifadə edir. Nə qədər şirürəkli görünsə də, Merkelin də qorxduqları var. 1995-ci ildə velosiped gəzintisindən qayıdarkən kansleri qonşunun ov iti dişləyib. Bundan başqa Angela ildırımdan da yaman qorxur.

Gənc yaşlarında qaragilə alveri edən Angela Merkel Leypsiqdə təhsil aldığı illərdə "Angela" diskotekası təşkil edirdi. Bu diskotekalarda da o, boş oturmurdu, cib xərci əldə etmək üçün şirə və digər içkilər satırdı. Həmyaşıdlarının Rolling Stones-dan ötrü dəli-divanə olduğu bir vaxtda , Angela Beatles qrupunu çox sevirdi. Onun əl çantasında mobil telefondan başqa, həmişə karandaş və bloknot, pudra qabı və optik eynək var. Kanslerin uzağı görmə qabiliyyətində bir qədər problem var. Fransız dilini çox sevməsinə baxmayaraq, bu dili öyrənə bilmədiyi üçün yaman təəssüflənən Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel, hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır. Bağ-bağçada çalışmağı çox sevən Merkelin qəşəng əl qabiliyyəti də var. O, çox dadlı yeməklər bişirir. Bir dəfə ondan soruşanda ki, kişilərdə ən çox nəyi bəyənirsiz? O cavab verib ki, gözəl gözləri!

Damarlarında polyak qanı axan Angelanın qızlıq soyadı Kasnerdir. Kanslerin babası, Polşadan Almaniyaya köçən Lüdovik Kazmirçek öz soyadını alman dilinə uyğunlaşdıraraq Kasner edib.

Angela Merkel Almaniya Federativ Respublikasının Federal Kansleridir. O, 2005-ci ildən bu postu tutur. 36 yaşında ikən keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetinin ən gənc naziri olub. 1991-cı ildə qəfil baş verən bu təyinat zamanı o, Qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. "Forbes" jurnalının versiyasına görə, Merkel artıq 7 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir. İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır.

Kanslerin masasının üstündə əslən alman olan rusiyalı imperatriçə II Yekaterinanın portreti var. Merkel onu güclü qadın hesab edir. Diplomatik dairələrdə isə Merkeli "odda yanmaz, suda batmaz" adlandırırlar. Çünki o, istənilən vəziyyətdən çıxa bilir.
Göründüyü kimi Anqela Merkel özünün xüsusi təbiəti və qabiliyyəti ilə nəinku dünya qadınlarının , eləcə də kiişilərin həsəd apara biləcəyi görkəmli dövlət xadimi və tarixi şəxsiyyətdir .
.
Materialı hazırladı : Qəvami Sadıqbəyli
Xudaferin.eu

18:13