Azərbaycan Dövlətini yenidən qurmalıyıq

Keçmişi öyrənmədən , bu günü və gələcəyi qurmaq çətindir .
Üç minillik dövlətçilik tarixində Azərbaycanın Səfəvilər və Afşarlar dövlətinin xüsusi yeri vardır .
Səfəvilər imperiyası 1501 ci ildən 1736 ilə kimi var olmuşdur . Bu imperiyanın tərkibinə indiki Azərbaycan , Ermənistan , Gürcüstan , Şərqi Türküyə , İraq , İran , Türkmənstan , Əfqanstan , Özbəkstanın cənub şərq hissəsi , Qərbi Pakistan . Şimal - şərqi Hindistan əraziləri daxil olmuşdur .
Dövlətin əsasını 1501 ci ildə l Şah İsmayıl qoymuşdur . İlk paytaxtı Təbriz , rəsmi dili türk dili olmuşdur.
Səfəvilər Dövləti müasir azərbaycanlıların milli kimliyini formalaşdırmışdır .
İdarəetmə xüsusiyyəti mütləq monarxiya , əhalinin ibadət etdiyi din İslam dini olmuşdur .
Bu dövlətə ardıcıl olaraq aşağıdakı şəxslər rəhbərlik etmişlər :
1.- l Şah İsmayıl ( 1501 - 1524 ) ,
2.- l Təhmasib ( 1524 - 1576 ) ,
3.- ll Şah İsmayıl ( 1576 - 1577 ) ,
4.- l Məhəmməd ( 1578 - 1587 ) ,
5.- l Şah Abbas ( 1587 - 1629 ) ,
6.- l Səfi ( 1629 - 1642 ) ,
7.- ll Şah Abbas ( 1642 - 1666 ) ,
8.- l Süleyman ( 1667 - 1694 ) ,
9.- l Sultan Hüseyn ( 1694 - 1722),
10- ll Təhmasib (1722 - 1732 ) ,
11.- lll Şah Abbas ( 1732 - 1736 ).
Səfəvilər Dövlətinin ümumi ərazisi --
3. 500 000 ( üc milyon beş yüz min ) kvadrat kilometr olmuşdur .
Səfəvi -- Bütöv - Qüdrətli -- Azərbaycan dövləti idi .
Tarixdə mövcud olan bütün imperiyalar kimi Səfəvi dövlətinin də ömrünü basa vurması qaçılmaz idi . Aramsız müharibələr , ölkə iqtisadiyyatını zəiflətmis , xarici ölkələrin idarəetmə aparatına yerləşdirdiyii emissarların (cəsusların) destruktiv fəaliyyəti dövlətin dağılmasını sürətləndirirdi . Nəticə etibarı ilə Səfəvilər dövləti 1736 ci ildə süquta uğradı .
Dağılmış dövlətdə xalq arasında nüfuzunu itirmiş Səfəvi əyanlarının başıpozuqluğundan istifadə edən türk soylu Əfşarlar tayfasının nümayəndəsi Nadirqulu bəy hakimiyyəti ələ keçirmək uğrunda hərəkətə keçdi . O , müharibələrdə ad qazanmış , sərkərdələr arasında böyük nüfuza malik idi . Öz hörməti və mövqeyinə arxalanaraq 1736 cı ilidə Muğan bölgəsinin Suqovuşan ərazisidə tayfa və qoşun başçılarının iştirakı ilə , Ölkənin taleyi və gələcəyini müzakirə etmək üçün qurultay çağırmağa nail oldu . Bu möhtəşəm toplantıda 100 ( yüz ) min nəfərdən çox insan iştirak edirdi . Qurultayın qərarı ilə Əfşarlar tayfasının nümayəndəsi Nadir Azərbaycanın yeni Şahı seçildi . Ölkəninin gələcək taleyində Nadir Şah Əfşar dövrü başladı .
Onun qurduğu imperiyaya Azərbaycan , Türküstan , Şərqi Hindistan da daxil idi .
Nadir Şah dövlətə 1736 cı ildən 1747 ci ilə kimi rəhbərlik etdi .
Şah İsmayılın dövründə nüfuz sahibi olan Qacar tayfasının əyanları Nadir Şahın böyüklüyünə hər zaman qısqanırdı . Məhz bu səbəbdən onlar 1747 ci ilin iyun ayının 20 də fürsət tapıb Onu qətlə yetirdilər .
Azərbaycanın dövlətçilik tarixində Qacarlar dövrü başladı .
1747 ci ildən 1796 cı ilə kimi dövləti nüfuzlu əyanlar idarə etdi .
Nəhayət , 1796 ci ildən başlayaraq Azərbaycana Qacarlar sülaləsi rəhbərlik etməyə başladı .
O zamanlar Rus imperiyası ərazisini daha çox böyütmək məqsədiylə öz dövlətinin sərhədlərinin kənarında hərbi düşərgələr qururdu . Yəni , Rus imperiyası güclənməkdə davam edirdi . Nadir Şahdan sonra dövlət zəifləmişdi . Əyanlar xanlıqlara bölünmüs , dağılmış Azərbaycanı bir növ yenidən qurmağa cəhd edirdilər .
Lakin qüvvələr nisbəti Rus imperiyasının xeyrinə idi . Bu reallıq tezliklə özünü büruzə verdi .
Rus İmperiyası 1801 ci ildə , Tiflisi , 1803 ildə Gəncəni , 1805 ci ildə Qarabağı işğal etdi . Qacarların güclənməsinə imkan verməyərək onları 1813 cü ildə " Gülüstan " , 1828 ci ildə isə " Türkmənçay " müqaviləsi bağlamaga vadar etdi . Müqavilənin şərtlərinə əsssən Azərbaycan iki yerə bölündü . Araz çayınıdan şimalda yerləşən bütün ərazilər Rus İmperiyasının tərkibinə qatıldı .
Cənub ərazilərə isə Qacarlar nəzarət etməkdə davam etdi .
Beləliklə , Azərbaycanın və bu məmləkətdə yaşayan xalqların qara günləri başladı .
Azərbaycanın Şimalının
təbii sərvətlərini , əhalisinin var - dövlətini soyub - talayan rus Generalları , ğüc tətbiq edərək ölkəmizin cənub hissəsinə də daim müdaxilə etməkdən əl çəkmirdi .
1917 ci ildə Çar Rusiyasını Sovet -- Rus imperiyası əvəz etdi .
Lakin işğalçılıq siyasəti mahiyyətcə davam etdi .
Nəticədə , 1918 ci ildə M . Ə . Rəsulzadənin rəhbərliyi ilə o zamankı milli ziyalılarımızın qurduğu Demokratik Cümhuriyyət devrildi . Onu Sovet -- Rus imperiyasına xidmət edən Azərbaycan Sovet Sosialust Respublikası əvəz etdu .
Sovet --Rus imperiyasının müdaxiləsi ilə 1925 ci ildə Azərbaycanın cənubuna rəhbərlik edən Qacar sülaləsi də devrildi . Hakimiyyətə şovinist İran fars rejimi gətirildi .
Ölkəmizin hər iki tərəfində edilən köklü dəyişikliyin özünə məxsus xüsusi səbəbi var idi .
Həmin səbəbi də savadı olan və siyasətdən az çox başı çıxan hər kəs anlayır .
Rus , fars şovinist siyasət dairələri yaxşı bilir ki : mane olmasalar zəngin dövlətçilik ənənələrinə malik olan turklər qohum olduğu yerli millətlərlə birlikdə müstəqil , güclü dövlət qurmağa qadirdir .
Buna imkan verməmək üçün bədbəxt erməniləri ortaya atıb " Qarabağ " kartından istifadə etdilər və bu gün də etməkdə davam edirlər .
Çox təsüf ki , bu işdə onlara sapı özümüzdən olanlar yardım edir . Belələri var-dövlətə , vəzifəyə , deputat mandatına , ucuz şöhrətə , orden medala , " müxalifət lideri postuna " və s . bu kimi maddiyyata görə mahiyyət etibarı ilə ölkəmizdə ədalətli cəmiyyətin qurulmasına mane olurlar . Özlərinin tox , millyonlarla vətəndaşımızın ac qalmasına , hüquqlarının pozulmasına dolayı yolla şərait yaradırlar .
Məhz bu səbəblərdən 2016 cı ildə Lələtəpə yüksəkliyi alındıqdan sonra cəsur hərbiçilərimizin irəli getməsinə icazə verilmədi ,;
2017 ci ildə həmin qəhrəman zabit və əskərlərimuz şərləndi . Tərtər hadisələrində yalançı " Vətənə xəyanət " adı altında 2000 ( iki min ) nəfərə yaxın hərbiçimizə işgəncə verildi . Onlara qarşı genosid hərəkətlər edildi .
2018 ci idə Gəncə hadisələrində yüzlərlə gəncə divan tutuldu , günahsız olduqları halda həbsxanalara atıldı .
Nəticə etibarı ilə yüzlərlə valideyn - ata - ana gözü yaşlı qaldı.
Bütün bu mərhumiyyətlərə baxmayaraq millətimiz sımadı .
2020 ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən ll Qarabağ müharibəsində etməni nasistlərinin belini qırdı . 4 (dörd ,l milyard dollar dəyərində olan Rusiyanın hərb maşınını darmadağın etdi . Bundan qəzəblənən Rusiya Fedarasiyasının siyasi rəhbərliyi Azərbaycan hökümətinə təzyiq edərək 10 noyabrda gecə yarısı xalqımızdan xəbərsiz ' Atəşkəs " bəyanatı ilə müharibəni dayandırdırmağa məcbur oldu .
ll Qarabağ müharibəsində 3000 (üç min ) şəhid verən , minlərlə yaralı qazi hərbiçiləri olan azərbaycan xalqı düşmənə Qalib gəlməsinə baxmayaraq bu gün kasıbçılıqdan , imkansızlıqdan əziyyət çəkir .
Zabitlərimizin çoxu evsiz , qazilərimiz işsizdir .
Vətəndaşlarımızlın haqqı , hüququ addımbaşına məmurlar tərəfindən pozulur .
Bu çətinliklərə baxmayaraq insanlarımız öz qürurunu saxlayır .
İnanır ki , xalqımızın gücü iradəsi tükənməyib ;
iqtidarda , müxalifətdə olmalarına baxmayaraq onun içində Hacı Zeynalabdin Tağıyevlər , Nağıyevlər . Muxtarovlar , Üzeyir Hacıbəyovlar , Mirzə İbrahimovlar , Polad Həşimovlar yenə var ;
44 günlük müharibədə arxalı düşmənə qalib gələn zəkalı Generallarımız , qəhrəman ağıllı gənclərimiz var ;
əsil vətənpərvərlər birləşib , Selə çevriləcək xalqımızın xoşbəxt yaşamasına mane olan ünsürləri yuyub kənara atacaq .
İnanır ki , Azərbaycan dövlətini yenidən quracaq .
............... ............. .................
Müəllif : Qəvami Sadıqbəyli
jurnalist - politoloq

Xudaferin.eu

23:30