LAÇIN ŞƏHƏRİ BEYNƏLXALQ TƏDBİRLƏRƏ EV SAHİBLİYİ EDİR ....

Aprelin 24-də işğsldan azad olunmuş Laçın şəhərində 30 ölkədən gəlmiş 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində konfrans öz işinə başlayıb .
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşürlər .
Konfrans ADA Unversitetinin prorektoru - İnkişaf və Diplomatiya İnstitunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə davam edib .
ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan konfransda noyabr ayında keçiriləcək COP29-a hazırlıq və Azərbaycanın yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilir ; regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir .
İlk panel müzakirədə ADA Universitetinin rektoru - Hafiz Paşayev çıxış edib .
Konfransda Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov , Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Cəbrayıl - Qubadlı - Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyevin də çıxış edəcəkləri gözlənilir .
Məlumat üçün bildiririk ki , aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda keşirilən beynəlxalq forumda çıxış edən prezident İlham Əliyev bildirdi ki :
" Delimitasiya üzrə praktiki işlərin başlaması sərhədin digər istiqamətləri üzrə də müəyyənləşmə prosesi üçün əhəmiyyətli presedent olacaq ".
Həqiqətən də sərhəd boyu bütün istiqamətlərdə delimitasiya prosesi ağrısız keçsə , bu nəticə etibarı ilə Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaranmasına töhvə verəcək .
Sərhəddə İLK DİRƏYİN basdırılması , tərəflər arasında sülh sazişinin imzalanmasına, normallaşmasına inamı artırır .
Hesab edirik ki :
bu tarixi addım tərəflər arasında uzun illər davam edən mübahisəli məsələləri dinc yolla həll etməyin mümkünlüyünü göstərir .
Dövlət başçısı İlham Əliyevin yürütdüyü təmkinli , ardıcıl , balanslı siyasət
Azərbaycanla Ermənistan arasında yeni müharibənin, başlanmasının qarşısının alınmasına , Cənubi Qafqazda sülhün və sabitliyin yaranmasına xidmət edir .
Ermənistanın işğalı altında qalan dörd kəndin qaytarılılması ,
Rusiya hərbiçilərinin Qarabağı tərk etməsi və Laçın şəhərində Beynəlxalq səviyyəli tədbirin keçirilməsi də prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir .
Proseslərin gedişi göstərir ki , növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması məsələsi də uğurla yekunlaşacaq .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

13:37