Fransa hər yerdən qovulur .

XVII  əsrdən  başlayaraq , XX əsrin  1960-cı illərinin  axırlarına  qədər 

 Fransızlar Afrikanın  qərbi və  cənubunu  öz hakimiyyətləri altında birləşdirmişdilər.  Zənci  qəbilələrini  bir-birindən ayrı salmış ,  bu yolla  onları  bir-biri ilə danışa bilməyəcək vəziyyətə gətirilmişdilər . 
  Missionerlik fəaliyyəti ilə məşğul olaraq  zəncilərin   bir   qisminə   Xristianlıq  dininin qəbul  etdirmişdilər . 
 Hazırda  bir  çox Qərbi  Afrika ölkəsinin  dini  xristian ,  dili  isə  Fransız  dilidir .
  XIX və XX əsrdə Britaniya İmperiyasından sonra  Fransa    dünyanın  ikinci  ən   böyük müstəmləkə imperiyası  olmuşdur .
  İmperiyanın  sahəsi   fransızların  ana vətəni   ilə  birlikdə  24.000.000 km² olmuşdur. 
  Bu  dünyadakı torpaq  sahəsinin 17.8%-inə bərabərdir.
  Son  illər  isə 
 Fransanın  müstəmkəlik  siyasətində  çöküş  müşahidə  olunur .
   Bununla  əlaqədar  bu  günlərdə Fransanın  90 - dan  çox  senatoru   hökümətə  məktub  yazaraq ,  Prezident Emmanuel Makronun  Afrika siyasətinin  iflasa uğradığını rəsmən   bildiriblər. 
 Afrikanının   bir  çox  ölkəsinin  Fransa ilə əlaqələrdən imtina  etdiyini qeyd  ediblər .
  Fransalı  senatorlar bildiriblər  ki : Mali ,  Mərkəzi Afrika Respublikası, Burkina-Faso, indi isə Niger Fransa  şirkətlərindən  və ordusundan imtina  edir .
  Həmin  ölkələrdə  Fransa  əlehinə nümayişlər  keçirilir.
   Son  zamanlar Afrikada 
 Risiyanın , Çinin , Türkiyənin ,  ABŞ - ın  nüfuzunun  yüksəldiyini  vurğulayıblar .
 Bu  vəziyyətin  yaranmasında  Rəsmi  Parisi  və  şəxsən   prezident   Emmenuel  Makronu  günahlandırıblar .
 Senatorlar  Afrika  ölkələrində  fransız  dilinin   ingilis dili  ilə müqayisədə tənəzzülə  uğrsmasından  məyus  olduqlarını  bildiriblər. 
   Parisə  dost sayılan Kot-d-İvuarda, Seneqalda da  Fransa  əlehinə  nümayişlər  keçirildiyini  qeyd  ediblər.
  Mərakeş  də Fransadan uzaqlaşır .
   Nigerdə  baş  vermiş  çevriliş Fransanın  Afrika siyasətinin fiaskoya uğradığını bir daha  təsdiqləyir.   Artıq  Rəsmi Paris vətəndaşlarını  Nigerdən   təxliyə etməyə  başlayıb.
  Baş  verənlər  göstərir  ki , 
Fransa  Afrikadan  qovulur. 
  Göründüyü  kimi  dünya  dəyişir .
 Fransanın  Afrika xalqlarına və dövlətlərinə  qarşı müstəmləkəçilik  siyasəti  isə  hələ  də  dəyişməyib. 
 Emmanuel Makronun  "cəhdlərinə" baxmayaraq  onun  yürütdüyü   siyasəti  də  iflasa  uğrayır.
   Son  zamanlar 
 Ərəb  ölkələrinin  əkdəriyyəti  də  ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə  ilə  münasibətlər  qurmağa  çalışırlar .
 Fransanın  Əlcəzairdə  Livandakı  cinayət  əməlləri  onun  ərəb  dünyasında da siyasətinin uğursuzluğuna  səbəb  olub .
  Hətda   Vyetnam, Kamboca, Laos kimi  Asiya ölkələri  də   Fransadan  imtina   edərək ,  ABŞ,  Avstraliya, Çin  və  Yaponiya ilə  əməkdaşlığa üstünlük  verirlər.
 Afrikada , Asiyada  itirdiyi  mövqeləri  kompensasiya  etmək  üçün  Fransanın  hazırkı  höküməti 
 Cənubi  Qafqazda  yer  tutmağa  çalışır.
  Çox  güman  ki , Fransa  burada  da  uğur  qazana  bilməyəcək .
Çünki , Cənubi  Qafqazın  tarixi  sahibləri , iqtisadi  və  hərbi  cəhətdən  müasir  dünyanın  qüdrətli  dövlətlərindən  olan  Azərbaycan  və  Türkiyə  öz  torpaqlarını  heç  kimə  güzəşt   etməyəcək .

Qəvami  Sadıqbəyli . Jurnalist - politoloq.
Xudaferin.eu

23:34