Rusiya Fedarasiyasının süqutu yaxınlaşır .

SSRİ necə dağıldı ....?
1985 ci ildə Sovet İttifaqı Kommunist Partiysının Baş Katibi seçilən Mixail Qorbaçov Böyük Britaniyanın o vaxtkı Baş Naziri Marqaret Tetçer , ABŞ prezidenti Ronold Reyqanla görüşündən sonra kapitalist və sosialist ölkələri arasında uzun illər davam edən " soyuq müharibəyə " son qoyulması haqqında razılığa gəldi .
Çox keçmədən SSRİ də " aşkarlıq " , " yenidənqurma " şüarları səsləndirildi . Nəhəng ölkənin ayrı ayrı subyektlərində vətəndaşlar qaynamağa başladı . Respublikalarda millətlər arasında ədavət qızışdırıldı . Buna qarşı çıxışlar vüsət aldı .
1986 cı ildə Qazaxstanda ruslarla qazaxlar , 1988 ci ildə Özbəkstanın Fərqanə vilayətiində özbəklərlə mehseti türkləri arasında qarşıdurma yaradıldı . 1989 cu ildə Gürcüstanın paytaxtı Tibilisidə günahsız sakinlər güllələndi .
1988 ci lidə Şuşa şəhərimin yaxınlığında separatçı ermənilər tərəfindən Topxana meşəsinin qırılmasına etiraz edən azərbaycan xalqı küçələrə axışdı . O zaman Bakının meydanlarına 1 ( bir ) milyondan artıq insan çıxmışdı . Lakin həmin dövrdə SSRİ rəbərliyi xalqı əzmək üçün tutarlı bəhanə tapa bilmirdi . Nəhayət , 1990 cı ilin yanvarında seperatçı gizli təşkilatlarına pul köçürməyən erməniləri özləri öldürüb azərnaycanlıların boynuna atdılar . Paytaxt Bakı şəhərinə Sovet Ordusu yeridildi . Bu sətrlərin müəllifi olan mən - Qəvami Sadıqbəyli o vaxt AXC nin qərarlarını bizlərə çatdıran Ələskər Siyablının göstərişiylə yerlərdə vəziyyəti yoxlamaq məqsədi ilə bir neçə nəfərlə o zamanlar ris - sovet qoşunlarının şərəfinə adlandırılan " 11 ci Qızıl Ordu " meydanına getmisdim . ( İndi həmin meydanda şəhidlərin şərəfinə " 20 yanvar " Metro stansiyası yerləşir ) .
19 yanvar saat 23 45 dən başlayaraq odlu silahlardan atəşlər acıldı , Ölən və yaralananlar oldu . Məni də rus hərbicilərinin ğülləsindən Allah saxladı . Bütün gecə boyu şəhərin müxtəlif yerlərində dinc əhali rus - erməni əskərlərinin atdığı güllələrlə qətlə yetirildi . 20 yanvarın səhəri məlum oldu ki , yüzlərlə insan şəhid olmuşdur . Azərbaycan Kommunist Partiyasının 1 ci katibi ( ölkənin o vaxtkı rəsmi rəhbəri ) Əbdulrəhman Vəzirov Moskvaya qaçdı . Respublika faktiki olaraq başsız qalmışdı . Ölkə daxilində fəaliyyət göstərən rəsmi qurumlar iflic olmuşdu .
1989 cu ilin 16 iyulunda təsis olunmuş AXC ( Azərbaycan Xalq Cəbhəsi ) ictimai - siyasi təşkilatının İdarə Heyətinin üzvləri Əülfəz Elçibəyin sədrliyi ilə çaşqın vəziyyətə düşmüş xalqı bacardığı qədər sakitləşdirməyə çalışırdı . O dövrlər ölkə əhalisinin əkksəriyyəti A X C nin sıralarına qatılmışdı . Elə bunun məntiqi nəticəsi olaraq 1991 ci ilin Oktyabr ayının 18 də xalqın tələbi ilə ALİ SOVET ( Milli Məclis ) Müstəqillik Aktı qəbul etdi və Azərbaycan SSRİ dən ayrıldı .
Onu da unutmaq olmaz ki , 1979 cu ildə Sovet Qoşunlarının Əfqanstana hərbi müdaxiləsi və uzun illər orada müharibə aparması nəticəsində SSRİ ağır maliyyə itkisinə məruz qalmışdı .
Milli məsələlərə ədalətsiiz münasibət , başqa ölkələrin ərazisinə işğalçı hərbi müdaxilələr ölkəni zəilətmişdi .
M . S . Qorbaçovun " islahatlarından sonra isə igtişaşlara və sosial iqtisadi böhranlara məruz qalan SSRİ nin dagılması qaçılmaz idi . Bütün bunların məntiqi nəticəsi olataq nəhəng SSRİ çökdü və 1991 ci ilin dekabr ayının 12 də özünü buraxmağa məcbur oldu .
1991 ci lildən sonra SSRİ dən ayrılan respublikalar müstəqil dövlətlər kimi BMT nin ( Birləşmiş Millətlər Təşkilatı ) üzvü oldular . Lakin özünü SSRİ nin varisi elan edən Rusiya Fedarasiyası hegomonluğundan yenə əl çəkmək istəmədi .
Xüsusi ilə Prezident V . Putinin imperialist və Xarici İşlər Naziri S. Lavrovun intiriqaçı siyasəti , Rusiya Federal Dumasının rəhbərlərinin və bəzi üzvlərinin şovinist çıxıışları onu göstətir ki , bu ölkəni idarə edənlər odla oynayırlar .
Dünyanın mədəni xalqları mehriban münasibət qurur . Ölkələrinin iqtisadiyyatını gücləndirir . Əhalisinin sosial tələbini təmin edir. Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında bir birinə kömək edir . Vətəndşlarının sosial həyat səviyyəsinin yüksəldilməsi məsələsində yarışırlar .
Dünyanın ən böyük ərazisinə sahib olan rus şovimist dövlət adamlarının isə gözü doymur . Ağıllı iqtisadi - sosial siyasət aparıb əhalisinə yağ bal əvəzinə , öz millətinə başqa xalqların nifrətini yedizdirirlər . Hərbi gücünə güvənib Gürcüstana , Moldovaya , Ukraynaya ., Suriyaya , Livana qoşun yeridirlər . Xalqların dinc əhalisinin həyatını cəhənnəmə döndərirlər . Eyni zamanda hərbi əməliyyatlar prosesundə öldürülən rus əskər və zabitlərinin analarinin , bacılarının , həyat yoldaşlarının və övladlarının gözlərini aglar qoyurlar .
Rusların son işğalçı addımlarının davamı onların " sülhməramlılar " adı altında Azərbaycanın BMT qərarları ilə tanınan və təsdiq olunan Dağlıq Qarabag adlanan ərazisini zəbt etməsi oldu . Erməmistana 4 ( dörd ) milyard dollar dəyərində hərbi texnika ilə yardım edən Rusiya faktiki olaraq , 44 ( qırx dörd ) ğünlük müharibədə Azərbaycan Ordusuna məğlub oldu .
Bu müharibənin nəticələrindən dərs götürüb , normal qonşuluq siyasəti aparmaq istəmirlər . Əksinə , Azərbaycan və Ermənistan rəhbərlərinə təzyiq göstərərək özlərinin xeyrinə işləyən bəyanatlar qəbul etdirirlər .
Ancaq bir xalq məsəlində deyilir : " sən saydığını say , gör fələk nə sayır ' .
İndi Rusiyanı idarə edənlər fikirləşsinlər : qarşıda gözlənilən Ukrayna , Estoniya , Qazaxstan , Moldoviya konfilikti kimə lazımdır ...? Nəhayət , dünyanın 10 ( on ) ən güclü müasir elektton hərbi texnikası ilə təhciz olunmuş Qəhrəman əskərləri olan Azərbaycan Ordusu ilə yenidən toqquşmaq ruslara çoxmu lazımdır ..? Yaxud qüdrətli Türküyə , nüvə silahına maluk Pakistan və perespektivdə ölkəni icəridən qarışdırmaq imkanına malik türkdilli xalqlarla mübahisə aparmaga dəyərmi ...?
Və nəhayət : məlum oldugu kimi bir necə ay bundan qabaq zəhərləndiyi bildirilən rusiyalı məşhur müxalifətçi Aleksey Novalnı bu ğünlərdə müalicə olunaraq Almaniyadan öz ölkəsinə qayıdıb . Vətəninə dönən Novalnı xalqa müraciət edərək təxminən bu fikirləri söyləyib : " Düz 20 ilildir hakimiyyətdə olan Putin öz ogru bandası ilə vətəndaşların sərvətini soymaqla məşguldur . Xalqın qorxusundan bunkerdə gizlənir . Mən sizləri haqqınızı tələb etmək üçün küçələrə çağırıram . Qallxın , bəsdir kasıblıq üzündən xəstə yatdığınız , ac qaldığınız . Çıxın haqqınızı tələb edin !!! "
Ğöründüyü kimi Rusiyanın daxilində hər an xalq üsyanları baş verə bilər . Tarixdən də məlumdur ki , günü gündən yaşayış səviyyəsi pisləşən ac xalq birləşib ayaga qalxanda onu idarə edənləri ayaqlayır . Səfalət içində yaşamalarına səbəb olan hakimiyyət dələduzlarını tarixin zibilliyinə atır .
Siyasi proseslər belə davam etsə Rusiya Federasiyasının süqutu qaçılmaz olacaq .

Müəllif : Qəvami Sadıqbəyli
( jurnalist - politoloq )

Xudaferin.eu

13:55