Görkəmli Dövlət Xadimləri

Nursultan Nazarbayev
Qazaxıstan və ya rəsmi adı ilə Qazaxıstan Respublikası — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlətdir. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, okeana çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Nur-Sultan şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Belə ki, regionun ÜDM-nin 60 faizi Qazaxıstana məxsusdur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir. Ölkə həmçinin böyük mineral resurslara malikdir .
İndiki dünya düzənində belə böyük əraziyə sahib olan Respublikanı olduğu kimi qoruyub saxlamaq çox çətindir . Bunun öhdəsindən ancaq xüsusi siyasi qabiliyyətə və dərin ağıla malik olan insanlar gələ bilər .
Nursultan Nazarbayev məhz belə tarixi şəxsiyyətlər sırasına aid olan görkəmli dövlət xadimidir .
O , 6 iyul 1940-cı il tarixində Qazaxıstanda doğulmuşdur.
1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984–1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989–1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir.
24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən , 1 dekabr 1991-ci ildə isə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu ilə prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə və 4 dekabr 2005-ci ildə təkrar prezident olmuşdur.
19 mart 2019-cu ildə Qazaxıstan Prezidentliyindən istefa etmişdir . Bu barədə belə demişdi : " Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk Prezidenti olmağa imkan verdi.
Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının lideri vəzifələrində qalmaqda davam edir . O , eyni zamanda Türkdilli dövlət başçılarının Ağsaqqalıdır.

Qəvami Sadıqbəyli
Xudaferin.eu

12:16