AMEA nın Neft - Kimya Prosesləri İnstitunun nailiyyətləri davam edir ...

    Vaqif  Məhərrəm  oğlu  Abbasov  05  oktyabr  1952 ci  ildə  Tərtər  rayonunun  Cəmilli  kəndində  anadan  olub .  Öz  zəhmətsevərliyi  və prinsipiallığı  sayəsində   Kimya  elmlər dokroru  və  AMEA  nın  həqiqi  üzvülüyünədək   yüksəlib .     Hələ  1982  ci  ildə  onun  təşəbbüsü  ilə  inhibitorun qış modifikasiyası yaradılıb və istehsalı təşkil olunub. 
Artıq  1983 - 1988 ci  illərdə  21389 ton VFİKS-82 ,  1989-1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazağıstanda istifadə olunmuşdur. 
1984-cü ildə V.M.Abbasovun ideyası və rəhbərliyi ilə AP-L34-1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənaye sınağından keçmiş və istifadəyə qəbul olunmuşdur.
V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogen sulfid korroziyası inhibitoru yaratmış , Heydər əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda sənaye sınağından keçirmiş  onun istehsal və tətbiqini həyata  keçirmişdir. Hazırda bu inhibitor həmin zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.
                                            1990-cı ildə  yaradəlmış  "Kaspi-2" adlı yeni korroziya inhibitoru Qərbi Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçirilmiş və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınmışdır.
   Dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru  H.Ə.Əliyev adına neft emalı zavodunda sənaye sınağından keçib və həmin ildən tətbiqinə başlanıb. 1995-ci ildən 2012-ci ilin dekabr 25-nə qədər 13887.5 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir.
Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Nefr Emalı Zavodunda   da   istifadə olunur. 1998-ci ildə   yaradılmış  "Xəzər" deemulqatoru   da  H.Ə.Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün sənaye sınağından keçirilib və istifadəsinə başlanılıb. 1998-ci ildən 2012-ci ilin dekabrın 25-ə qədər bu reagent 2138.45 ton istehsal olunub və istifadə   edilib. 
   Hazırda onun tətbiqi davam edir.
     2003-cü ildə dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçmişdir .
   2009-cu ildə "NKPİ-34-2" yanğından mühafizə üçün köpükəmələgətiricisi  maddə  yaradılıb, sənaye sınağından  keçirilib və istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya vermişdir .
2003-cü ildən  yaradılan "Bakı" ərp həlledicisi  maddəsinin də  neft emalı zavodlarında sənaye sınağı keçirilib və qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. 
    Hazırda   bu  maddə H.Ə.Əliyev adına Neft Emalı Zavodunda və "Azərneftyağ" Neft Emalı Zavodunda istifadə olunur.
2009-cu ildə    yaradılan "Kaspi-X(M)" inhibitoru   da H.Ə.Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün sınaqdan keçirilib və tətbiqinə başlanılıb.
2009-cu ildən 2012-ci ilin dekabrın 25-ə qədər 238.7 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib.
2011-ci ildə  yaradılan  Xəzər-24 deemulqator-inhibitoru  "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" və Azərbaycanda istehsal olunan "Alkan" deemulqatorları ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib.
2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.
   Vaqif Abbasaov  neft - kimya  sahəsində  alimlərin təkmilləşməsində  də  yaxından  iştirak  edir .  Onun  qayğısı  sayəsində  36  nəfər  elmlər  namizədi , 10  nəfər  isə  elmlər  doktoru  alimlik  dərəcəsi  almışdır .
   Akademik  Vaqif  Abbasovun  rəhbərliyi  ilə  AMEA nın  Neft - Kimya  Prosesləri  institutu   nailiyyətlərini  bu  gün  də  davam  etdirir  və  Respublikamızın  İqtisadiyyatının  inkişafında  yaxından  iştirak  edir .
   Biz  də  Avropada   fəaliyyət  göstərən  " Azərbaycanın  Dostları " Beynəlxalq  Cəmiyyəti  adından   hörmətli  alimimiz 
Akadamik  Vaqif  Abbasov  başda  olmaqla  AMEA nın Neft - Kimya  Prosesləri  İnstitunun  əməkdaşlarına  Can  sağlığı  və  yeni - yeni  uğurlar  arzulayırq .
  Sayğılarla :  Cəmiyyətin sədri - ELMAN MUSTAFAZADƏ .
                                     Materialı  hazırladı : QƏVAMİ  SADIQBƏYLİ

Xudaferin.eu

11:12