Rusiya " sülhməramlılarının " ərazilərimizdən çıxarılmasını tələb etməliyik.

Sentyabrın 19-da Rusiya "sülhməramlılarının" müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç ,
02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu) və
DİN-in əməkdaşları (05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08 .07. 1987 - ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu) şəhid olmuşlar.
HƏP üzvləri olaraq şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriririk .
Başın sağ olsun Azərbaycan !
Göründüyü kimi son günlər seperatçı ermənilərin Rusiya " sülhməramlılarının" arxasında gizlənərək Qarabağda Azərbaycanın dövlət qulluqçularına və dinc əhalisinə qarşı törətdikləri TERROR AKTLARI sistemli xarakter alıb .
Törədilən terror aktları nəticəsində azərbaycanlıların ölümünə görə ilk növbədə Rusiya höküməti məsuliyyət daşıyır .
Moskva
Il Qarabağ müharibəsi dayandırılandan sonra özünün də imzaladığı
10 .11. 2020 - ci il və 22.02. 2022 - ci il tarixli BƏYANNƏMƏLƏRİNİN şərtlərinə əməl etmir .
1. Silahlı seperatçıları Qarabağdan çıxartmır .
2 . Dinc əhalinin ölümünə səbəb olan terror aktlarının qarşısını almır .
Bütün bu hadisələr Azərbaycan xalqının və dövlətinin rəsmi Moskvaya qarşı münasibətinin pisləşməsinə səbəb olur .
Qəbul etdiyi öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycan Rusiya " sülhməramlılarının " ərazilərimizdən dərhal çıxarılmasını TƏLƏB etməlidir.

HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri ,
Qəvami Sadıqbəyli

Xudaferin.eu

14:41