Rusiyanın Qarabağda məkril planı

10 nobyabr 2020 il tarixində Rusiya , Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan bəyannaməyə görə Qarabağda müharibə sona yetdi . 30 il müddətində Rusiya tərəfindən 4 ( dörd ) milyard dallar dəyərində hərbi texnika ilə silahlandırılmış Erməni Ordusu Azərbaycanın qəhrəman əskərləri tərəfindən cəmi 44 günə darmadağın edildi . İşğal altında qalan ərazillərin böyük əksəriyyəti düşməndən təmizləndi . Ordumuz Şuşanı azad edəndən sonra Dağlıq Qarabağın mərkəzində yerləşən və Azərbaycanın tarixi şəhəri olan Xankandinə daxil oldu . 20 - 25 min nəfərlik erməni qoşunu mühasirəyə alındı . Qarabağda yaşayan ermənilərin demək olar ki , hamısı Ermənistana qaçmağa məcbur oldu . Qələbənin bir addımlığında ikən Rusiya prezidenti Putinin təzyiqi ilə müharibə qəflətən dayandırıldı . Azərbaycanlıların əksəriyyəti bu xəbərdən şoka düşdü . Hər kəs gözləyirdi ki , Şanlı Azərbaycan Ordusu prezidentin " axıra kimi gedəcəyik " bəyanıtına əməl edərək düşməni sona qədər qovacaq . Lakin belə olmadı . Müammalı şəkildə azərbaycan qoşunları Xankəndindən geri çəkildi . Rus hərbiçiləri " sülhməramlılar " adı altında Dağlıq Qarabağda , Laçın dəhlizində peyda oldu .
10 noyabr bəyannaməsinin şərtlərinə görə " sülhməramlıların " yerləşdiyi ərazilərdən erməni silahlıları çıxarılmalı idi . İndi məlum olur ki , rus hərbiçilətinin sayı gündən günə artırılır , erməni yaraqlıları isə Qarabağda qalmaqdadır .
Sayı az qala 10 ( on ) min nəfərə çatdırılan " sülhməramlıların yerləşdikləri yerdə möhkəmlənməsi üçün onlara hər cür şərait yaradılmaqdadır . Faktiki olaraq Azərbaycan torpaqlarını işğal edən rus əskərlərinin rahatlığını təmin etmək məqsədiylə Dağlıq Qarabağda şəhərcik salınır . Onları soyuqdan qorumaq , yedizdimək üçün küllü miqdarda pul xərclənir . Bu qədər vəsaiti kim ödəyir...? " Sülhməramlılar " adı altında hərbiçilərin burada qalmasını kim istəyir ...?
Əskərlərə təlimlər keçməklə Rusiya rəhbərləri perespektivdə nəyi planlayırlar ..?
Azərbaycan jurnalistlərni geri qaytarırlar . Erməni gəncləri isə qoruyaraq onlara Kəlbəcərdə yerləşən erməniləşdirilmiş Alban kilsələrində nigah mərasimi düzənləməyə şərait yaratmaqla ruslar nə demək istəyir ..?
Əslində Qarabağda real vəziyyət necədir ....
1. " Sülhməramlıların " nəzarəti altında hər gün Daglıq Qarabağa sayı , tərkibi , kimliyi bizə məlum olmayan minlərlə potensial azərbaycan düşməni daşınır .
2. Onlara rus pasportları verlməsi gözlənilir .
3 . 50 ( əlli ) minlik erməni əhalisi yaxın gələcəkdə Rusiya Fedarasiyasına birləşmək istədiklərimi bildirə bilər .
Belə olan hallda Rusiya onları öz vətəndaşları kimi qorumağa haqqı çatdığını dünyaya bəyan edəcək . Və faktiki olaraq Gürcüstanda " Şimali Osetiya " , Moldovada " * Dnestryanı * respublikalar kiimi , Dağlıq Qarabağı da Azərbaycandan qoparıb özününkü elan edəcək . Bu baş tutsa " Dağlıq Qarabağın statusu doğurdan da cəhənnəmə yox , Rusiyaya gedəcək .
Sual olunur ... Azərbaycan ermənilərlə müharibəni axıra qədər apara bilərdimi ...?
Müharibənin gedişində Azərbaycan prezidenti xalqa müraciət edəndə tez tez deyirdi : " əgər ermənilər qoşunlarını işgal olunmuş ərazilərdən çıxartmasa biz axıra kimi gedəcəyik , onları sona qədər qovacağıq . "
Deməli , düşmən üzərində tam qələbə çalana kimii müharibəni apara bilərdik .
Bəs nə oldu , niyə dayandıq...?
Ordumuzun güclü olduğu müharibənin gedişində bütün dünyaya məlum oldu . Şərəfli Generallarımız , Zabitlərimiz və qəhrəman Əskərlərimiz 44 gün ərzində düşmənə qan uddurdu , onları kütləvi şəkildə döyüş bölgəsini qoyub qaçmağa vadar etdi .
9 noyabrdan 10 noyabra keçən gecə qəflətən müharibəni dayandırmaq kimə sərf edirdi ...?
Göründüyü kimi suallar çoxdur .
Fikrimcə : Qələbəmizin bir addımlığında döyüşlərin dayandırılması nüfuzdan düşən Rusiyaya hava su kimi lazım idi .
Nə üçün ? Ona görə ki , Qarabagda Azərbaycan Ordusuna uduzan Erməmistanla bərabər həm də Rusiya idi .
Müharibəni dayandrmaqla ruslar axıra qədər biabr olmaqdan qurtuldu . Dünyaya göstərdi ki , çox yerdə , o cümlədən Cənubi Qafqazda güclü olaraq qalır .
İndi məqamdan istifadə edən Rusiya Xarici İşlər Naziri S. Lavrov Dağlıq Qarbağ haqqında danışarkən tez tez həddimi aşır , ermənilərin vəkili rolunda çıxış edir . Deyir ki : " rəsmi adamların Ermənistandan Xankəndinə gəlib getməsində heç bir qəbahət yoxdur . "
Azərbaycan Xarici İşlər Naziri isə susmaqa davam edir . Bir nəfər rəsmi şəxs çıxıb bu biabrçılığa son qoyulmasını tələb etmir . Diplomatlarımızın dişsizliyini görən ermənilər isə günü gündən həyasızlaşırlar .
Ölkəmizdə guya 50 ( əlli ) dən artıq partiya fəaliyyət göstərir . Təbii ki , hamısının da sədri var . Onların bəziləri imkan daxilində internet televiziya kanalllarında çıxış edib xalqı narahat edən məsələlərə münasibətlərini bildirirlər .
Ədalət naminə demək lazımdır ki , danışan partiya sədrləri kifayət qədər savadlı , təcrübəli , məntiqli fikirlər söyləyən siyasi xadimlərdir .
Məsələn , ADP ( Azərbaycan Demokrat Partiyası ) dən Sərdar Cəlaloğlu , KXCP ( Klassik Xalq Cənhəsi Partiyası ) dan Mirmahmud Mirəlioğlu , VİP ( Vətəndaş və İnkisaf Partiyası ) dan Əli Əliyev , MMP ( Müasir Musavat Partiyası ) dan Hafiz Hacıyev , HƏP ( Haqq Ədalət Partiyası Ali Məclisi ) dən Zəlimxan Məmmədli çıxışlarında xalqın problemlərini cəsarətlə dilə gətirir , vəziyyətdən çıxış yollarını göstərməyə çalışırlar .
Ancaq çox təəsuf ki , hər kəs " Solo " oxuyur , " Xor " da birləşmək istəmirlər .
Nəticədə İqtidar ölkəni öz bildiyi kimi idarə edir . Putinlə Lavrov da məkrli planlarını Azərbaycanda həyata keçirməkdə davam edirlər .
Yaxşı ki , çətinliklərə baxmayaraq , " Xural " TY də Əvəz Zeynallı nümunəsi var . " Hürrüyyət " də Vüqar Məmmədov , " P. S. Nota " da Sərdar Əlibəyli kimi təcrübəli , " Reaksiya " TY də Zaur Qəriboğlu , " Laf "TY də Ləman Əliəşrəfqızı , Afət Telmanqızı , " Bumeranq " TY də Elçin Rəhimzadə kimi cəsarətli jurnalistlər var .
Yaxşı ki , Ordumuzda Hikmət Mirzəyev , Kərəm Mustafayev , Mais Bərxudarov kimi generallarımız var .
Yaxşı ki , yanımızda
R. T. Ərdoğan kimi qüdrətli rəhbəri olan qardaş Turküyə , İmran Xan kimi cəsarətli Bas Naziri olan dost Pakistan dövləti var .
Nə qədər ki , gec deyil ölkəmizdə ədlətli , demokratik seçkilər keçirməliyik . Xalqa ürəkdən xidmət edən savadlı , vətənpərvər insanların dövlət apparatında təmsil olunmasını təmin etməliyik .
Əks halda Rusiyanın məkrli planı dərinə işləyəcək

Müəllif : Qəvami Sadıqbəyli
( jurnalist - politoloq )

Xudaferin.eu

15:09