Macarstan Azərbaycanın Avropa İttifaqında ən etibarıı tərəfdaşlarından biridir .

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev avqustun 20 -də Macarıstanda işgüzar səfərdə olub .
Paytaxt Budapeşt şəhərində Azərbaycanın dövlət başçısı ilə Macarstanın Baş Naziri Viktor Orban arasında rəsmi görüş keçirilib .
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub .
Tərəflər Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasından məmnun olduqlarını bildiriblər .
Macarıstanın Azərbaycanın qida sənayesinə investisiya qoyması və əczaçılıq sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub .
Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Ökələrimiz arasında siyasi - iqtisadi münasibətlər hər gün inkişaf edir.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu , Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.
İki dost ölkə arasında 50-dən çox hüquqi sənəd imzalanıb .
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvar ayının 29 - 30 da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti Macarstana rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm rol oynadı .
Prezident İlham Əliyevin avqustun 20 - də Macarstana olan bu səfəri çərçivəsində də mühüm sənədlər imzalandı.
Bu sənədlər arasında ən əhəmiyyətlisi isə Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə oldu .
Bəyannamədə tərəflər arasında ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqun davam etdirilməsi razılaşdırılıb .
Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunub .
TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb.
Təbii sərvətləri baxımından da Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir.
Strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamə, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sənədlərin hüquqi bazası rolunu oynayacaq .
Macarstanın investisiya şirkətləri Azərbaycanda əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 2021-ci ildə 35,16 milyon dollar təşkil edib.
2022-ci ildə bu rəqəm 34, 81 % artaraq , 47,4 milyon dollara çatıb.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir .
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rol oynayır .
Macarstan Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir .
CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində Macarstan rəsmi səviyyədə təmsil olunur. Ölkələrimiz arasında enerji sahəsində ötən il dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş də mühüm yer tutur.
Bu Sazişdə nəzərdə tutilan layihələrin icrası Avropa bazarları üçün elektrik enerjisinin ixracı imkanlarını xeyli genişləndirəcək .
Azərbaycanla Macarstan arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq inkişaf etdirilir.
2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstanın İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesində fəaliyyət göstərir .
İki ölkə arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir.
Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verilir. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.
Azərbaycanla Macarstan arasında əməkdaşlıq BMT , ATƏT , NATO , Aİ kimi yüksək səviyyəli Beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

20:14