Qarabağ Qazisini öldürməyə cəht etdilər

Bir neçə gün idi ki, Hollandiyadan səfərə çıxıb Almaniyada və Çexiyada oldum. Dünən gecə Polşaya yetişdim və səhəri isə Hollandiyadan gələn bəd xəbər mənim həyatımın ən ağır anlarından birini yaşatdı...

Uzun illər qürbətdə mənə dost, qardaş, sirdaş olan, keçmiş Qarabağ döyüşcüsü, Qazisi, qürbətdə hər bir soydaşımıza arxa, dayaq olan Polad Məmmədovun bir namərd tərəfindən qətlinə cəht edilmişdi.

Arxadan bir neçə (6) bıçaq zərbəsi alan Polad, xəstəxanada ölüm-dirim mücadiləsində, Göydə Ulu Tanrının, Yerdə isə Hollandiya həkimləri sayəsində ölümün pəncəsindən xilas ola bilmişdi... Ürək nahiyəsindən də bıçaplanan Poladın vəziyəti ağır olsa da, hazırda onun sağlıq durumu yaşamasına ümid verir.

Onu bıçaqlayan şəxs isə saxlanılıb.

P.S.
Həyat göstərir ki, narkomanın nə milli mənsubiyyəti, nə vətəni, nə vicdanı, nə də əqidəsi olmur!!! Hər halda onun qətlinə cəht edən həmin cani, həm qanun qarşısında, həm də vicdanlı soydaşlarımız qarşısında cavab verəcək...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

Xudaferin.eu

10:04