Qəhbə hər bir millətdə var...

Həyatda ən çox nifrət etdiyim siyasi liderlərdən biri hec şübhəiz Adolf Hitlerdir. Digərləri də var... İstəsəniz bəzilərinin adlarını çəkə bilərəm... Lenin, Qorbaçov, Yeltsin.. Satqınlardan hamı istifadə edər, fəqət heç kim onları sevməz...

Qalib milli liderlər də çoxdur... Bunlardan Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə, Yozef Pilsudski heç şübhəsiz öndə gəlirlər...

Ancaq, bu gün Azərbaycanda Şarl de Qollu (Sharl Аndre Jozef Marii de Qoll) sevməyən yoxdur. Axı o Fransa Qəhrəmanı və həmyerlimiz Əhmədiyyə Cəbrayılovla dostluğunu unutmamış, Sovetlər Birliyi adlanan bir olkədə mənəvi işgəncələrə məruz qalan Fransa Qəhrəmanını vicdanlı eloğlumuzu xilas etmişdir. Çünki, onlar birlikdə faşizmə qarşı canları bahasına döyümşüdülər… 

Hitler dünyaya hakim olsaydı ordusunu biz türklərdən, sənayesini almanlardan, fahişələri fransızlardan formalaşdırmağı arzulayardı...
Gorəsən nədən insan qatili olan Adolfun bu "qanadlı kəlamı" dunyanın 200-dən artıq dilinə tərcümə olunub paylaşısılır...

Görünür fahişə deyəndə bəzi cahillər dərhal Emmanuel Makronu düşünür... Əsla belə deyil!!! 
Butun Avropaya intibah, mədəniyyət, azad düsüncə gətirən fransız xalqı Emmanuel Makron deyil!...

Fransa və fransız xalqı bəşəriyyətə Con Lokku, Francois-Marie Volter, Jak Russo, Denis Diderot, Viktor Hüqo və onlarca bəşəri humanizmin dahilərini bəxş edib.

Qəhbə hər bir millətdə var...

Azərbaycan və Türk Dünyası ədəbi-ictimai fikrində ilk dəfə dramaturgiyaya fransızların timsalında humanizmi və müasir elmlərin bilicisi obrazını XIX əsrin ortalarında görkəmli dramaturq Mirzə Fətəli Axundzadə “Dərviş Məstəli Şah və Müsyo Jordan” əsərində gətirmişdir. Bu əsərin sayəsində 150 il öncə fransız xalqı Azərbaycan xalqı ücün ümid və ədalət rəmzi olub.

Hətta uzaq bir dağ kəndlisi də bilir ki, fransız alim Müsyo Jordan savadsiz, fəqət istedadli, merd ve qonaqperver bir Qarabağlı bəyzadə gənc olan Şahbazı oz hesabına aparıb Parisdə təhsil vermək arzusunda idi...

Odur ki, gəlin fransızlara Müsyo Jordanın gözu ilə baxaq. Makronlar isə gəldi gedərdir. Fransa və Azərbaycan dostluğu əbədidir...

Fahişəlik isə çox qədim peşədir...

Elman Mustafzadə

Xudaferin.eu

10:40