Hakimiyyətin Qarabağlılara olan ilginc münasibətinin təfərrüatı

Deputat Astan Şahverdiyevin timsalında bütün bunlar öz gerçəkliyini göstərdi

Ötən həftə Azərbaycan ictimai fikrində gündəmə gələn əndrabadi baxışlardan birini də Milli Məclisin Cəbrayıl rayonundan seçilmiş deputatı Astan Şahvediyev nümayiş etdirdi. O, Biləsuvar rayonu ərazisində məskunlaşmış və Qarabağın Cəbrayıl rayonundan olan məcburi köçkünlərin sosial problemlərlə bağlı etirazlarına qarşı çıxaraq öz səlahiyyətinin nədən ibarət olduğunun fərqində olmaq istəmədiyini rəsmi şəkildə sübut etdi. 

Hətta öz ağır və əzablı sosial problemlərini qabardan insanları “əyyaş”, “narkoman”, “dələduz” adlandırmaqdan belə çəkinmədi. Onun təmsil olunduğu iqtidarın yarıtmaz siyasətindən baş götürüb Rusiyanın və başqa ölkələrin bazarlarında ən azından hamballıq edərək ailəsinə çörəkpulu qazananları Azərbaycan cəmiyyətinin “otxodları”- zibilləri adlandırdı. 

Astan Şahverdiyev texnika elmləri doktorudur. YAP Siyasi Şurasının üzvüdür. Milli Məclisdə “İnsan Haqları Komitəsi”nin üzvü seçilib. İxtisasca energetikdir. Bioqrafiyası da sübut edir ki, kifayət qədər təhsil almış bir şəxsdir. Ancaq, bütün bunlarla yanaşı, yəni 2003-cü ildən YAP üzvü olduqdan sonra, onun da xarakteri, düşüncələri və baxışları dəyişmişdir. Beləliklə A. Şahverdiyev ziyalılıqdan dönərək “YAP”okrat məmuru olub. 

Ötən həftə nədən Cəbrayıl qaçqınları Biləsuvarda etiraz aksiyası keçirmişdi, sualına aydınlıq gətirilməlidir. Dədə-babadan cəbrayıllılar heyvandarlıq sahəsində ölkədə ən məhsuldar camaat hesab olunublar. İşgüzarlıqları ilə kimsədən minnət götürmədən onlar öz həyat nizamları ilə yaşamağı sevən insanlardırlar. 

Ötən həftə Cəbrayıl qaçqınları məskunlaşdıqları ərazidə su, işıq və qazın olmaması səbəbindən etiraz aksiyası keçirərək onlara vəd olunmuş sosial haqlarını tələb etdilər. Əslində son iki devalivasiyadan ən çox zərər bütün Qarabağ qaçqınları olublar. İndi onlar üçqat əzab və zülm içində yaşamağa məhkum ediliblər. Bu “VƏTƏNSİZLİK”, “MƏCBURİ KÖÇKÜN” və ya “QAÇQIN”lıq taleyi ilə yanaşı, “MƏŞƏQQƏTLİ SOSİAL PROBLEMLƏR İÇİNDƏ ALOVLANIB YANMAQ”dan ibarətdir. Bu qədər zülm və əzaba yerli məmurların onların üzərindəki inzibati amirlik siyasətinin tətbiq olunmasını da əlavə etsək, sanki “QARABAĞ QAÇQINLAR”ının dünyanın dəhşət saçan katorqası şəraitində yaşadıqlarını göstərir. 

Mənim şəxsən Cəbrayıldan çoxsaylı dostlarım var. Onların bəziləri Azərbaycanda, bəziləri qürbət ölkələrdə yaşayırlar. Heç bir zaman cəbrayıllıları kiminsə hesabına müftə yaşayan insan olaraq görmədim. Onlar öz halal alın təri ilə yaşamağı sevən insanlardır. Biləsvuarda məskunlaşan Cəbrayıl qaçqın-köçkünləri də məhz belədirlər. Onların dilə gətirmək istədikləri problemləri bir daha xatırlatmağı vacib sayıram. Ya hökumətin özü onlara iş yerləri yaratmalıdır, ya da hökumət imkan verməlidir ki, onlar öz problemlərini həll etmək imkanı əldə etsinlər. Problemə real baxışlarla yanaşsaq, Azərbaycanın hər yerində olduğu kimi, insanlarımız bu iki hüquqdan da məhrumdurlar. Məsələsinin əsil mahiyyəti budur. 

Deputat Astan Şahverdiyev  müsahibə verərək deyir ki: “Azərbaycan cəmiyyətinin  qüvvəsi dövlətə xidmət etməkdədir. Heç bir cəmiyyətin qüvvəsi dövlət ola bilməz”. YAPokrat deputat anlamır ki, cəmiyyət, xalq özü bir qüvvədir.  Onu qəzəbləndirmək olmaz. Axı Cəbrayıl qaçqınlarının tək problemi işıq məsələsi deyil. İşıq verməklə məsələ həll olunmur. Birdəfəlik etiraf edin ki, sizlərin problemlərinizi həll etməkdə acizik. Bu insanlar işsizdir, iş olmadan sizin işığınızın pulunu necə versinlər? Yeməyə çörək tapmırlar. İnsanları quldur olmağa məcbur edirsiniz. Haqlarını istədikdə yenə “narkoman”, “əyyaş”, “otxod” adlandırırsınız. 

Qarabağ xalqinin həm tarixi, həm mədəni zəngin keçmişi var.  Qarabağ kübar, mədəni, əxlaqlı, vətənini, millətini sevən, qurdürəkli insanlar yetişdirib. Astan Şahverdiyev kimi adamlar qarabağlı ola bilməz. Onun kimilər vaxtı ilə hansısa bəlirsiz bir məkandan  köçüb gələndə biz türklərin içində cuzi erməni qanı daşıyanlardandır. Ona görə əvvəl qədim Qarabulaqda ( indiki Füzuli rayonu), sonra Cəbrayılda yerləşsə də, erməni xislətini gizlədə bilmədi..

Rusiyada yaşayan azərbaycanlılar vətənini, ailəsini, doğmasını qoyub qürbət yerdə, qışın nəfəs kəsən soyuğunda tər tökür ki, hansısa YAPokrat ona “otxod” desin? Alın təri ilə, heç kimin qarşısında belini bükmədən çalışanlar nə vaxtdan təhqirə layiq olublar? Rusiyada yaşayan soydaşlarımızı təhqir eləməklə Astan Şahverdiyev həm də bir vaxtlar Rusiyada yaşayan ölkə rəhbərini, eləcə də Rusiyada Azərbaycan mədəniyyətinin tebliğatçısı və ölkə rəhbərinin qızını— Leyla Əliyevanı təhqir edir. Guman edirəm, belə adamın  məsuliyyətsiz ifadələri tutarli cavabını almalıdır. 

Cənablar! Düz 23 ildir hakimiyyətdəsiniz. Bu 23 ildə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində 23 addım belə ata bilməmisiniz. Ona görə ki, doğma xalqınıza olan bu münasibətiniz imkan vermir ki, torpaqlarımız erməni işğalından azad edilsin. Astan Şahverdiyev hakimiyyətin və YAP-ın timsalında bu həqiqətləri ortaya qoydu. Bir yandan məcburi köçkün və qaçqınların, o biri yandan rejimin zülmündən baş götürüb qürbətə gedən soydaşlarımızın onun dili ilə təhqir edilməsi bu həqiqətləri ortaya qoyur...

Elman Mustafazadə 
“Avropa Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri

17:59