Cinayəti ört-basır edəndə, yeni cinaətlər baş qaldırır...

Bu gün Avropada məskunlaşmış bütün soydaşlarımız hüzün içində, müxtəlif şəhərlərdə aksiyalar, tədbirlər keçirməkdədirlər...

Hər bir tədbirdə asılmış şüarlarda isə qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Xocalı şəhrinə xaincəsinə hücum etmiş, uşaq, qoca, qadın, qız bilmədən, hamısını qəddarcasına qətl etmişdilər.

Əziz soydaşlarım! Bəs onda sual olunur: "Həmin ərəfədə Xankəndində yerləşən və Xocalı qətliamında acımadan, amansızlıqla cinayətlər törətmiş, Rusiyanın 366-cı motoatıcı diviziyası kimə, hansı ölkəyə məxsus idi???...

Dəfələrlə demişəm, qeyd etmişəm, yenə təkrar edirəm:

Rusiyanın 366-cı motoatıcı diviziyasının qatil komandir və zabitlərini, sadə, əməkçi, ziyalı rus xalqı ilə qarışdırmaq olmaz. Ancaq cinayəti də, ört-basdır eləmək də yolverilməzdir!! Cidanı çuvalda gizlətməzlər!...

Həqiqət isə budur:

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərini xəritədən yox edənlərin, bütün Xocalı insanlarını acımadan, qəddarcasına qətl edənlərin başında, şübhəsiz Rusiyanın 366-cı motoatıcı diviziyası DA-YA-NIRRR!!!

Beynəlxalq cinayət işi erməni qatilləri ilə yanaşı, ən başlıcası, Rusiyanın 366-cı motoatıcı diviziyasının komandir və zabit heyyətinə açılmalıdır! Bunun ücün isə, sadə, əməkçi, ziyalı rus xalqına, dövlət səviyyəsində müraciət olunmlıdır ki, onlar həqiqəti bilsinlər.

Unutmayın ki, cinayəti ört-basdır edəndə, yeni cinayətlər baş qaldırır...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

Xudaferin.eu

21:42